Month: May 2021

  • Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub

    Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən bu vəzifəyə Dövlət Yol Polisinin 9-cu taqımında çalışmış, polis leytenantı Elşən İsmayılov təyin olunub.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son sutkada COVID-19 infeksiyasından 373 nəfər həyatını itirib.

    “HaberGlobal” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Gün ərzində 242 194 nəfərdən test nümunələri götürülüb, onlardan 28 817 nəfərin koronavirus testi pozitiv çıxıb

    81 302 nəfər sağalıb, 3 525 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

    Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 504 nəfər həyatını itirib.

  • AvtoVAZ təhlükəsizlik sistemlərini və elektron yardımçıları hazırlayır

    Yaxın gələcəkdə elektron köməkçilər ilə təchiz edilmiş Lada modelləri debüt edə bilərlər. AvtoVAZ şirkəti artıq özünün ADAS adını almış təhlükəsizlik və sürücüyə yardım sistemləri kompleksini yaratmağa başlayıb. Gazeta.ru nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı artıq bu sahə üzrə ixtisaslaşmış mühəndisləri işə götürüb.

    Milli.Az autograph.az-a istinadən bildirir ki, ADAS (Advanced Driver Assistance Systems) aktiv təhlükəsizlik və sürücü yardım sistemləri əksər avtomobil istehsalçılarının arsenalında mövcuddur. Bunlara yol xətlərinə nəzarət, zolaqda saxlama və öndən toqquşmaları xəbərdar edən sistemlər, yoldakı nişanların və obyektlərin tanınması funksiyası və tıxac köməkçisi olan adaptiv kruiz-kontrol daxildir. Bu sistemlərin tətbiqi pilotsuz nəqliyyat vasitələrinin yaradılması üçün atılmış addımdır.

    AvtoVAZ şirkəti lazımi sistemləri “çox sürətlə” bazara çıxarmağa hazırdır, çünki rus istehsalçısı bu sahədə böyük təcrübəyə və müvafiq texnologiyalara malik olan Groupe Renault qrupunun bir hissəsidir. Lada avtomobillərində hansı elektron köməkçilərin quraşdırılacağı açıqlamayıb. Şirkət qabaqcıl təhlükəsizlik sistemlərinin və sürücü yardımçılarının tətbiq ediləcəyi vaxtı da bildirməyib. Bununla belə, avtomobil istehsalçısı “belə sistemlərə iqtisadi cəhətdən əsaslandırılmış tələbatın yaranması halında dərhal reaksiya verəcəyini” vəd edib.

    Ancaq bütün bunların əks tərəfi də var – elektron köməkçilərin tətbiqi Lada modellərinin bahalaşmasına gətirib çıxaracaqdır.

  • Efiopiyada silahlı hücumlar zamanı onlarla insan öldürülüb

    Efiopiyada iki silahlı hücum baş verib.

    Bu barədə “Report” “Addis Standard” nəşrinə istinadən bildirir.

    Qeyd edilir ki, silahlı hücumlar zamanı ümumilikdə 21 nəfər həlak olub. Silahlıların mülki şəxslərin olduğu avtobusa hücumu zamanı 15 nəfər həlak olub.

    İkinci hücum ölkənin cənubunda olub. Burada hücum nəticəsində daha 6 nəfər öldürülüb.

  • Müəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılır

    Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

    Nazirlikdən “Report”a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

    Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

    Müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

  • Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

    Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

    Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə “VAZ-2106″da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Jurnalistlər arasında şahmat turniri keçiriləcək

    Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turnirinin iştirakçıları müəyyənləşib.

    Azərbaycan Şahmat Federasiyasının iştirakı, İdman TV, Oxu Az, Estafet Az, Media Az və inSportPress-in informasiya, Chess Az-ın isə texniki dəstəyi ilə keçiriləcək yarışda gücünü sınayacaq idman mediasının nümayəndələri bunlardır:

    Samirə Allahverdiyeva (müstəqil idman jurnalisti) Aysel Adıgözəlli (Qol Az), Şəmsəddin Abbasov (CBC Sport), Siyavuş Əliyev (İdman TV), İlkin Sultanlı (“Futbol+” qəzeti), İxtiyar Əsgərov (Matc Az), Müzəffər Müzəffərli (PFL Az), İlkin Aslanov (Sportmedia Az), Sərxan Musalı (Azərbaycan Güləş Federasiyasının mətbuat katibi), Rüstəm Əfsərli (CBC Sport), Səbuhi Səfiyarlı (İdman icmalçısı), Fuad Eldarov (İdman TV), İlkin Xəlilov (ATV), Zaur Xudiyev (Oxu Az), Teymur Tuşiyev (Sputnik Az), Əli Cəfərov (CBC Sport), Ümid Süleymanov (İdman TV), Kamran Hacı (Allsport Az).

    Sabah saat 12.00-da start götürəcək onlayn turnirin mükafatçılarının təltifetmə mərasimi mayın 4-ü AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.

  • Küçədə qalsa da, yardım qəbul etməyən şəxslə bağlı – RƏSMİ AÇIQLAMA

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yaşan və səhhətində ciddi problemi olan vətəndaş Əliyev Lətif Akif oğlu ilə bağlı yerli mətbuatda yer alan məlumatlardan sonra açıqlama yayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, agentliyin mətbuat katibi Murad Həşimov həmin şəxsin heç bir kömək qəbul etmək istəmədiyini deyib:

    “Bir neçə ay əvvəl Sosial Xidmətlər Agentliyinin əməkdaşları olaraq onun sığınacağa cəlbi üçün çalışdıq. Onun ayağında tibbi problemi olduğu üçün və ümumiyyətlə, özünə gəlməsi üçün xəstəxanaya aparılmasını da təşkil etdik.

    Amma təəssüf ki, öz şəxsi seçimlərindən dolayı xəstəxanadan çıxandan sonra sığınacağa cəlb edə bilmədik, küçədə qalmağı özü seçdi. Özü də məlumatlıdır və daimi diqqətimizdədir. Sığınacağa gəlməyi qəbul etdiyi istədiyi anda, yeri hazırdır”.

    Qeyd edək ki, sözügedən reportaj Müsavat.com-da yayımlanıb. L.Əliyev bildirib ki, ona hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməkdaşları da kğmək etməyə çalışıb, ancaq kişi israrla bütün təklifləri rədd edib.

  • Ограничена деятельность предприятия по производству молочной продукции

    Проведена проверка на предприятии по производству молочной продукции (улица Шахина Самедова, 13, Хатаинский район столицы), принадлежащем Сеймуру Мамедову.

    Об этом сообщило Агентство продовольственной безопасности Азербайджана.

    В ходе проверки выяснилось, что на предприятии не соблюдаются санитарные нормы и правила.

    Были взяты образцы йогурта, довги и творога, произведенных на предприятии, и переданы в лабораторию для проведения анализов.

    В результате экспертизы было установлено, что творог Ağ süd не соответствует требованиям нормативно-технической документации, а в другой молочной продукции были обнаружены бактерии группы кишечной палочки (БГКП).

    Расследование по данному факту продолжается.

  • Ramazan ayının 19-cu gününün imsak, iftar və namaz vaxtları

    Sabah Ramazan ayının 19-cu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də imsak vaxtı saat 03:58-də, iftar vaxtı isə 19:52-dədir.

    Mayın 2-i üçün namaz vaxtları:

    Sübh azanı 04:08
    Zöhr azanı 12:38
    Əsr azanı 17:33
    Məğrib azanı 19:52
    İşa azanı 21:01

    19-cu günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”

    Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!