Month: May 2021

  • Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi xəbərdarlığı

    Ermənistandakı daxili-siyasi vəziyyət partlayış təhlükəsi qarşısındadır, vəziyyət az qala vətəndaş müharibəsinə çevrilə bilər.

    Bu sözləri Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

    Onun sözlərinə görə, hazırda ölkədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında açıq şəkildə təzahür edən antoqonizm mövcuddur.

    “Bu düşmənçilik dayandırılmasa nə olacağını təsəvvür etmək qorxuludur. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir”, – deyə sabiq prezident bildirib.

    Ter-Petrosyanın fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir.

  • Сегодня Теймур Раджабов сыграет с чемпионом мира

    Сегодня, 28 мая, пройдут полуфинальные матчи в рамках турнира FTX Crypto Cup – шестого этапа шахматного тура чемпионов, организованного чемпионом мира Магнусом Карлсеном.

    В 1/4 финала Теймур Раджабов встретится с М.Карлсеном и будет играть черными фигурами.

    Если после двухдневных матчей победитель не определится, то будет сыгран тай-брейк. 34-летний азербайджанский гроссмейстер в этом раунде также встретиться с представителем США Уэсли Со и российским шахматистом Яном Непомнящим.

    Полуфинал

    Магнус Карлсен (Норвегия) – Теймур Раджабов (Азербайджан)

    Уэсли Со (США) – Ян Непомнящий (Россия).

    Отметим, призовой фонд турнира составляет 320 тыс. долларов, включая бонус в размере 100 тыс. долларов в биткоинах.

  • Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq

    Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün yarımfinal görüşləri keçiriləcək.

    1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.

    İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So ilə rusiyalı Yan Nepomnyaşi qüvvəsini sınayacaq.

    Yarımfinal

    Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov (Azərbaycan)

    Uesli So (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)

    Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

    Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

  • В Азербайджане отмечают День Республики

    28 мая 2021 года Азербайджан отмечает один из ярчайших и знаменательных праздников в своей истории – 103-ю годовщину со дня создания Азербайджанской Демократической Республики – АДР (Azərbaycan Xalq Cumhuriyyəti), ставшей первой светской республикой на мусульманском Востоке.

    Создание 28 мая 1918 года АДР вошло в историю нашей страны как крупное историческое событие. АДР, созданная с целью построения независимого, свободного и демократического государства, всего за 23 месяца своего существования вернула народу национальное самосознание и способность к самоопределению. Как видно из Декларации независимости, принятой 28 мая 1918 года, это славное событие еще больше укрепило чувство независимости нашего народа.

    О создании АДР было провозглашено 28 мая 1918 года – Азербайджанским Национальным Советом в Тифлисе, который возглавил Мамед Эмин Расулзаде.

    На протяжении длительного периода Азербайджан входил в состав Российской империи. Однако азербайджанский народ всегда вел борьбу за свободу и независимость.

    Вновь созданная АДР с честью выполнила сложнейшую историческую задачу. Были организованы первые парламент и правительство Азербайджана, государственный аппарат, определены границы страны, созданы флаг, гимн и герб, азерайджанский язык объявлен государственным, осуществлены серьезные меры в области армейского строительства, особое внимание уделено развитию просвещения и культуры. Был основан первый университет Азербайджана, осуществлена национализация образования, проведена исключительно важная с точки зрения истории общественного мнения работа, подготовившая почву для культурного подъема народа в последующие годы.

    С первых дней своего существования АДР, основываясь на принципах народной власти и всеобщего равноправия, предоставила равные права всем гражданам страны, устранила расовое, национальное, религиозное и классовое неравенство.

    АДР была первой демократической республикой не только в Азербайджане, но и на всем мусульманском Востоке. Однако ей удалось просуществовать всего 23 месяца. 28 апреля 1920 года 11-я большевистская красная армия оккупировала Азербайджан и республика пала.

    День Республики отмечается как государственный праздник с момента восстановления государственной независимости. Согласно Трудовому кодексу, 28 мая объявлен нерабочим днем.

    Распоряжением Президента Азербайджана Ильхама Алиева 2018 год был объявлен “Годом АДР”, в рамках которого в стране торжественно отметили 100-летний юбилей республики.

    Наше трехцветное знамя, поднятое в период АДР, с 2020 года развевается во всем Карабахе, включая Шушу, Лачин, Кельбаджар, Джебраил, Губадлы, Агдам, Зангилан, Физули. Это стало возможным благодаря героизму и мужеству доблестных военнослужащих азербайджанской армии, которые под руководством Верховного главнокомандующего Ильхама Алиева одержали победу в 44-дневной Отечественной войне.

  • Azərbaycanda Respublika Günü qeyd edilir

    Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 103 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

    Yüz üç il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

    Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

    Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

    ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və Respublika süqut edib.

    Respublika Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

    AXC dövründə qaldırılan üçrəngli bayrağımız ötən ildən Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.

  • Paytaxtda 33 yaşlı qadını maşın vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, Qış parkı yaxınlığında 1988-ci il təvəllüdlü Ağayeva Gülü Heydər qızı yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu və bilək nahiyəsinin əziyi diaqnozu qoyulub.

  • Эмин Амруллаев и Зия Сельчук посетили Парк военных трофеев – ФОТО

    Министр образования Азербайджана Эмин Амруллаев и его турецкий коллега Зия Сельчук посетили Парк военных трофеев.

    Об этом Э.Амруллаев поделился на своей странице в Facebook.

    “Мы посетили Парк военных трофеев вместе с министром национального образования Турции, уважаемым Зией Сельчуком. Карабах – это Азербайджан!”,- написал министр.

  • Belarusun səhiyyə naziri Bakıya təşəkkür etdi

    Azərbaycanın sayəsində Qoşulmama Hərəkatı güclü bir səs qazandı və qlobal sağlamlıq gündəminə böyük töhfə verir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Belarusun Səhiyyə naziri Dmitri Pineviç bildirib.

    D.Pineviç nazirlərin ənənəvi görüşünü çağırdığına görə Azərbaycana (Qoşulmama Hərəkatının sədri) minnətdarlığını bildirdi. O, həm ÜST-də, həm də BMT-də Azərbaycan səhiyyə nazirinin ictimai səhiyyə məsələlərinə daim diqqət göstərdiyini qeyd edib.

  • Zöhrə Abdullayevanın səhhəti pisləşdi

    Xəstəxanaya yerləşdirilən əməkdar artist Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşıb.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda sosial şəbəkədə aparıcı Hacı Nuran məlumat verib: “Zöhrə Abdullayevanı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirmişdik. Bu dəqiqə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqə onun üçün hamının dua etməsini istəyirəm. Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq duaya ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın!”.

    Qeyd edək ki, Zöhrə Abdullayeva bir müddət əvvəl revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.

  • İstanbul körpüləri Azərbaycan bayrağının rənglərinə bürünüb – FOTO

    28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzləri sayılan “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

    “Haber Türk” məlumat verir ki, aksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə keçirilir.

    Mayın 27-si və 28-i keçiriləcək aksiya zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun Avropa və Asiya sahillərini birləşdirən körpülərində Azərbaycan bayrağının rəngləri əks olunacaq.