Month: May 2021

  • Azərbaycan şirkəti nizamnamə kapitalını simvolik həddə endirir

    “Benkons” MMC nizamnamə kapitalını kəskin azaldaraq 4 972 741 manatdan 100 manata endirdiyini elan edib.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Kreditorlar tələblərini 1 ay ərzində şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 79/2 ünvanına bildirə bilərlər.

  • İranın xarici işlər naziri Ermənistanda səfərdədir

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda səfərdədir.

    Onu Yerevanın Zvartnos hava limanında Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan qarşılayıb.

    Məhəmməd Cavad Zərif Ermənistanın baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyan və Ara Ayvazyanla görüşəcək.

    Qeyd edək ki, M.C.Zərif mayın 25-də Bakıda səfərdə olub. Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib.

  • Ukraynalı baş məşqçi millimizi təriflədi

    “Bu rəqiblərlə əvvəllər də qarşılaşmışıq. Hər iki komandanın heyətində topla oynamağı sevən, ikili mübarizələrdə yaxşı təsir bağışlayan futbolçular var”.

    “Report”un məlumatına görə, bu fikirləri Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ruslan Rotan Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Özbəkistan milli komandaları ilə keçirəcəkləri matçlar barədə danışarkən deyib.

    40 yaşlı mütəxəssis daha çox öz oyunlarına kökləndiklərini bildirib: “Hazırda bizi rəqiblər deyil, öz çıxışımız maraqlandırır. Sonadək bu prinsipə sadiq qalacağıq. Azarkeşləri stadiona dəvət edirik. Bu, bizim üçün əsl dəstək, əlavə stimul olardı. Onları sevindirməyə çalışacağıq”.

    Rotan heyətdəki itkilərə də toxunub: “Bizim üçün tanış vəziyyətdir. İtkilərimiz çox olsa da, qorxulu heç nə yoxdur. Bu, digər uşaqlar üçün özlərini sübut etmə şansıdır. Onlara demişəm ki, öz keyfiyyətlərindən maksimum yararlansınlar. Gənclər yığmasının qapısı hər kəsin üzünə açıqdır”.

    Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu bu gün meydan sahiblərinə qarşı keçirəcək. Növbəti görüş isə mayın 27-də Özbəkistan seçməsinə qarşı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

  • “Milli Məclis” jurnalının çap işləri ilə bağlı sorğu elan olunub

    Milli Məclis inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması (1), darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət (2), “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işləri (3), inzibati binalarında fasad örtüklərində, avtomobil parkındavə həyatyanı sahələrində təmir bərpa işləri (4), inzibati binalarınfda eklektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izoliyasiyası müqavimətlərinin ölçülməsi və protokolların tərtib edilməsi (5), mətbəx və məişət texnikası avadanlıqlarınan alınması və ehtiyyat hissələri də daxil olmaqla təmir işləri (6), rəhbərlik və qonaqlar üçün kresloların satın alınması məqsədi ilə təkliflər sorğusu elan edib.

    Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 2-I, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanına təqdim edə bilərlər.

    Təkliflərə iyunun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Telefon: (012) 492-31-26.

  • Hovuzların açılacağı tarix bilindi – RƏSMİ

    İyunun 10-dan etibarən çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

  • Gəncədə kişi keçmiş həyat yoldaşını bazarda qətlə yetirdi

    Gəncə şəhərində qətl hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    1984-cü il təvəllüdlü Qafar Amanov keçmiş həyat yoldaşı 1990-ci il təvəllüdlü Gülay Amanovanı qətlə yetirib.

    O, Gəncədə Səbət bazarı deyilən ərazidə ailə münaqişəsi zəminində qadını bıçaqla öldürüb.

    Hadisəni törədən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане за минувшие сутки выявлены 203 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 203 новых случая инфицирования коронавирусом, 596 человек вылечились и были выписаны домой.

    Об этом 26 мая сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 8 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 333 097 человек, 4 885 – скончались, 322 273 – вылечились, 5 939 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 477 012 тестов на COVID-19 (за последние 24 часа – 8 397).

  • Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 5 939 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub.

  • Глава МИД Сербии посетит Азербайджан

    Министр иностранных дел Сербии Никола Селакович посетит Азербайджан.

    Об этом сообщил президент Сербии Александр Вучич в поздравительном письме Президенту Азербайджана Ильхаму Алиеву по случаю Дня Республики.

    Он отметил, что в ходе визита состоится очередное, шестое заседание азербайджано-сербской межправительственной комиссии по торгово-экономическому сотрудничеству.

  • Serbiya XİN rəhbəri Azərbaycana gələcək

    Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycana səfər edəcək.

    Bununla bağlı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda məlumat verib.

    O bildirib ki, səfər zamanı Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclası keçiriləcək.