Month: May 2021

  • Bakıda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, Babək prospektində 1981-ci il təvəllüdlü Əliyeva Fatma Qiyas qızını avtomobil vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanaq oynağının əziyi diaqnozu qoyulub.

  • İyulun 1-dən Azərbaycanda iş yerlərində COVID-19 pasportu tələb olunacaq

    2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

    “Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

  • Məscidlərin fəaliyyətinə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir

    İyunun 10-u saat 00:00-dan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarında bildirilib.

    Qeyd edilib ki, dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir.

  • Polşada “Mançester Yunayted” azarkeşlərinə hücum olub

    İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri İspaniya “Vilyarreal”ına qarşı UEFA Avropa Liqasının final oyunu öncəsi hücuma məruz qalıblar.

    İnsident ötən gecə matçın oynanılacağı Polşanın Qdansk şəhərindəki barların birində baş verib.

    İddiaya görə, polşalı fanatların törətdiyi hadisə nəticəsində 3 ingilis tərəfdar yüngül dərəcəli xəsarət alıb. Həmçinin onların bəzi əşyaları oğurlanıb. Hazırda həmin əşyaların sahiblərinə qaytarılması istiqamətində iş gedir.

    Qeyd edək ki, Qdansk stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • Mövlud Çavuşoğlu Azərbaycana gəlir

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

    Məlumatı “Daily Sabah” yayıb.

    XİN başçısının səfəri iyunun ilk həftəsinə planlaşdırılır.

    Qeyd edək ki, M.Çavuşoğlu mayın 31-də Yunanıstana gedəcək. O, iyunun 12-14-də isə Belçikada səfərdə olacaq.

  • “Qoç ət“ restoranı yenə cərimələndi – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 403 ictimai iaşə obyektində 698 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Yüzbəyov Mürsəlov küçəsi, ev 2B ünvanında yerləşən, hüquqi şəxs “Məskan” firmasına məxsus “Orxan“ kafesi;

    2. Bakı şəhəri, Səbail rayonu, Badamdar şos., ev 77 ünvanında yerləşən, fiziki şəxs Rzayev Samir Kamil oğluna məxsus “Qoç ət“ restoranı;

    3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən, fiziki şəxs Əliyev Nadir Elxan oğluna məxsus “Rest“ çay evi;

    4. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 58 ünvanında yerləşən, fiziki şəxs Əliyev Kamil Ağami oğluna məxsus restoran;

    5. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Həsənov Müşfiq Arif oğluna məxsus “Qoç ət“ restoranı;

    6. Bakı şəhəri, Nizami rayonu, İlham Məhəmmədov küçəsi ev 815 ünvanında yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus “Halal Manqal“ restoranı;

    7. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 4 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus “Beerloga” kafesi;

    8. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 49 ünvanında yerləşən, fiziki şəxs Hümbətov Radik Əliyar oğluna məxsus “Ayla ailəvi” restoran;

    9. Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi 1 ünvanında yerləşən, hüquqi şəxs Dadaşova Aytəkin Tofiq qızına məxsus “062“ pub;

    10. Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Topçubaşov küç., ev 11 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Samir Mahir oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev 25 B ünvanında yerləşən,fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus “Nutelland” restoranı;

    12. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944 ünvanında yerləşən fiziki şəxs Adgözəlov Amid Xudakərim oğluna məxsus “Papa shaurma tantuni“ restoranı;

    13. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küç.50 ünvanında yerləşən, fiziki şəxs Yusubov Ceyhun Sədi oğluna məxsus “Ocaq“ restoranı;

    14. Sumqayıt şəhəri, Novxanı yolunda yerləşən, fiziki şəxs Abbasov Ceyhun Mübariz oğluna məxsus “Təndir” kafesi;

    15. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Bağırov Elnur Aydın oğluna məxsus kafe;

    16. Salyan rayonu, H.Zeynalabdin küçəsində yerləşən, fiziki şəxs Ağalarov Vasif Cavanşir oğluna məxsus çay evi.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

    Xatırladaq ki, “Qoç ət“ restoranı ötən gün də nöqsanlar aşkarlanan siyahıda idi.

  • Azərbaycanın XİN başçısı BMT rəsmisi ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Vyana bölməsinin Baş direktoru və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İcraçı direktoru Gada Vali arasında görüş keçirilib.

    Bu barədə “Report”a Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

    Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmilli cinayətkarlıq növlərinə qarşı mübarizə üzrə meydana çıxan çətinliklər barədə müzakirə aparıb və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.

    Görüş zamanı, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan ASAN Xidmət və DOST Mərkəzləri barədə fikir mübadiləsi aparılıb və bu müsbət təcrübənin bölüşdürülməsinin əhəmiyyəti vurğulanıb.

  • “Qəbələ”də qeyri-müəyyənlik: Adeniyi komandanı tərk edir

    “Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadacaq.

    Bu barədə “Report”a 41 yaşlı mütəxəssisin özü məlumat verib.

    Baxşıyevin sözlərinə görə, rəhbərlik ona komandanı yeni mövsümə hazırlaşdırmağı tapşırıb: “Hələ danışığımız olmayıb. Amma rəhbərlik komandanı gələn mövsümə hazırlamağı qarşıma məqsəd qoyub. Mən “Qəbələ”yə bağlı insanam. Ona görə də müqavilə hər zaman mənim üçün ikinci planda olub. Komandanı daha da inkişaf etdirmək istəyirik”.

    Baş məşqçi bildirib ki, yeni mövsümlə bağlı müəyyən planlar hazır olsa da, büdcənin təsdiqlənməsini gözləyirlər: “Bundan sonra futbolçularla danışıqlara başlayacağıq. Bütün oyunçularımızın müqaviləsi başa çatıb. Gərək, büdcə bilinsin ki, ona uyğun hərəkət edək”.

    Baxşıyev nigeriyalı hücumçu Ceyms Adeniyinin böyük ehtimalla, komandanı tərk edəcəyini söyləyib: “Onun komandada qalması çox çətindir. Çünki məvacibi yüksəkdir. İnanmıram ki, maaşını ödəyə bilək. Nikolas Rayselin də sözləşməsi başa çatıb. Amma tam əlimizi üzməmişik. Yenidən danışıqlara başlaya bilərik. Digər futbolçularla bağlı vəziyyət isə qeyri-müəyyəndir. Hər şey maliyyədən asılıdır”.

    Mütəxəssis yeni büdcənin qarşıdakı günlərdə təsdiqlənəcəyini vurğulayıb: “Bu, rəhbərliyə aid məsələdir. AFFA-dan kluba dəstək olub-olmayacağını bilmirəm. Mənim işim komanda ilə bağlıdır. Heyətə yeni futbolçular qatmaq istərdik. Amma dediyim kimi, ilk növbədə büdcə bilinməlidir. Klubumuza hansısa oyunçu ilə bağlı rəsmi təklif gəlməyib. Amma hər biri istənilən klubla danışıq aparmaqda sərbəstdir”.

    Qeyd edək ki, “Qəbələ” ötən mövsümü 26 xalla 7-ci pillədə başa vurub.

  • “Borjomi” işçiləri tətili dayandırıb, zavod istehsalı bərpa edəcək

    Gürcüstanın “IDS Borjomi” şirkətinə məxsus iki zavodun işçiləri tətili dayandırıb.

    Şirkət rəhbərliyi tətilçilərin tələblərinin bir qismini yerinə yetirməyə razılıq verib.

    Sabahdan etibarən müəssisələrdə istehsal prosesinin bərpa olunacağı gözlənilir.

    Qeyd edək ki, 400-ə yaxın zavod əməkdaşı mayın 18-dən əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil keçirirdilər. Bu səbəbdən mayın 19-da hər iki zavodda istehsal dayandırılıb.

  • Sertifikasiya həkimlərə nə qazandırır?

    “Həkimlərin sertifikasiya imtahanında olan suallar praktikaya əsaslanan mövzularla bağlıdır. Praktikadan gələn həkimlərin suallara cavab verməsi üçün çox vaxt sərf olunmur”.

    “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

    M.Mirzəzadə bildirib ki, sertifikasiya imtahanından keçməyən şəxslərin diplomlarını heç kim almır: “Onlar sadəcə tibbi fəaliyyətə buraxılmır. Sertifikasiya heç bir işçini işdən azad etmir. Hər hansı tibbi müəssisənin rəhbəri həkimlərin sertifikasiya imtahanında iki dəfə uğur qazana bilməyən işçiləri barədə Əmək Məcəlləsinə uyğun olaraq qərar verə bilər, yəni işdən çıxara bilər. Bu, onların öz qərarıdır”.