Month: May 2021

  • Azərbaycan-Ermənistan sərhədindən görüntülər: Ermənilər hər şeyi atıb qaçıb – VİDEO

    “Ermənistanın məğlubedilməz döyüşçüləri”nin növbəti rüsvayçılığı üzə çıxıb.

    Bu barədə “Caliber” “Telegram” kanalı video yayıb.

    Videoda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonlarına düşən hissəsindəki mövqelərində ermənilərin qoyub qaçdıqları silah, sursat və avadanlıq əks olunub.

    Erməni hərbçilər ənənələrinə sadiq olaraq hər şeyi atıb qaçıb və “sərhəd” mövqelərini Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına buraxıb.

  • Скончался доцент Азербайджанской национальной консерватории – ФОТО

    Скончался доцент кафедры народных инструментов Азербайджанской национальной консерватории, заслуженный учитель (тар) Юсиф Велиев.

    Он работал директором Лерикской и Бардинской детских музыкальных школ, а также Бакинской одиннадцатилетней музыкальной школы имени Георгия Шароева.

  • Ali məktəbin dosenti vəfat etdi – FOTO

    Azərbaycan Milli Konservatoriyasının dosenti vəfat edib.

    Ali məktəbin “Xalq çalğı alətləri kafedrası”nın dosenti, əməkdar müəllim (tarzən) Yusif Vəliyev vəfat edib.

    Y.Vəliyev Lerik və Bərdə rayonu uşaq musiqi məktəbinin və Bakı şəhəri “Georgi Şaroyev adına onbirillik musiqi məktəbi”nin direktoru vəzifələrində çalışıb.

  • Возбуждено уголовное дело по факту тяжелого ранения 28-летнего мужчины: есть задержанный – ОБНОВЛЕНО

    Возбуждено уголовное дело по факту тяжелого ранения 28-летнего мужчины в Имишлинском районе Азербайджана.

    Об этом сообщили в районной прокуратуре.

    25 мая, около 23:00, в надзорный орган поступила информация о том, что житель села Чахырлы Али Алиев получил огнестрельное ранение.

    Выяснилось, что мужчину пытался убить его односельчанин Ядигяр Джафаров, выстрелив в него из охотничьего ружья во время конфликта на почве личной неприязни.

    По данному факту возбуждено уголовное дело по статьям 29 (покушение на преступление), 120.1 (умышленное убийство) УК АР.

    Я.Джафаров задержан в качестве подозреваемого и привлечен к следствию.

    Расследование продолжается.

    * * * * *

    В селе Чахырлы Имишлинского района произошел инцидент со стрельбой.

    Как сообщает Qafqazinfo, местный житель Ядигяр Джафаров (1966 г.р.) выстрелил из охотничьего ружья в своего односельчанина Али Алиева (1993 г.р.) в ходе возникшего между ними конфликта.

    Последний получил многочисленные пулевые ранения в руку и живот. Пострадавший был госпитализирован сначала в Имишлинскую ЦРБ, а затем из-за тяжелого состояния переведен в Центральную городскую больницу Ширвана.

    По данному факту в райотделе полиции проводится расследование.

    В селе Чахырлы Имишлинского района произошел инцидент со стрельбой.

    Как сообщает Qafqazinfo, местный житель Ядигяр Джафаров (1966 г.р.) выстрелил из охотничьего ружья в своего односельчанина Али Алиева (1993 г.р.) в ходе возникшего между ними конфликта.

    Последний получил многочисленные пулевые ранения в руку и живот. Пострадавший был госпитализирован сначала в Имишлинскую ЦРБ, а затем из-за тяжелого состояния переведен в Центральную городскую больницу Ширвана.

    По данному факту в райотделе полиции проводится расследование.

  • 28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlandı: Saxlanılan var – YENİLƏNİB

    İmişlidə 28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.

    Bununla bağlı İmişli rayon prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, 25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.

    Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq aparılır.

    * * * * *

    İmişlidə güllələnmə hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Çaxırlı kənd sakini, 1993-cü il təvəllüdlü Alıyev Alı Tariyel oğlu həmkəndlisi, 1966-cı il təvəllüdlü Cəfərov Yadigar Əkbər oğlu ilə aralarında yaranan münaqişə zəminində qolundan və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb.

    A. Alıyev hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Названо число граждан, получающих трудовые пенсии на особых условиях

    По состоянию на апрель 2021 года число граждан, получающих трудовые пенсии на особых условиях, превысило 127 тыс. 200 человек.

    Об этом сообщили в Государственном фонде социальной защиты при Минтруда.

    Согласно информации, из них свыше 96 тыс. 700 человек получают пенсию по старости, более 16 тыс. 900 – в связи с инвалидностью и свыше 13 тыс. 500 – по причине потери кормильца.

  • Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI

    2021-ci ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

    Onlardan 96,7 min nəfərdən çoxu yaşa görə, 16,9 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

  • Hindistanda yoluxma azalır: Aprelin ortasından bu yana ilk

    Hindistanda aprelin ortalarından bu yana ilk dəfə koronavirusa yoluxma sayı 200 mindən az olub.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Ölkədə yoluxma hallarının sayı ümumilikdə 26,9 milyona çatıb. 24 milyondan çox insan xəstəlikdən sağalıb, 307 mindən çox insan isə ölüb.

  • Koronavirus məhdudiyyətlərindən yayınmaq üçün toyu təyyarədə qeyd etdilər – VİDEO

    Hindistanın Tamilnad ştatından gənc cütlük toy mərasimlərinin uçuş həyata keçirən təyyarədə qeyd ediblər. Mərasimdə 160 qonaq iştirak edib.

    Bu barədə “The Times of India” xəbər yayıb.

    Məlumata görə, ştatda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib, qaydalara əsasən toy mərasiminə ancaq 50 qonaq dəvət edilə bilər. Bu səbəbdən gənclər toylarını səmada qeyd etmək qərarına gəliblər.

    Bildirilir ki, nikah mərasimi “SpiceJet” şirkətinə məxsus təyyarə Maduraydan havaya qalxdıqdan iki saat sonra başlayıb. Mərasim bitənədək təyyarə havada dövr edib və sonra yenidən Maduray şəhərinə qayıdıb.

    Baş verənlər Hindistanın aviatənzimləyiciyi olan Mülki Aviasiya üzrə Baş direktorun diqqətini cəlb edib.

    Məlumata görə, reysdə iştirak edən bütün heyət üzvləri işdən çıxarılıb. Sərnişinlərə isə ömürlük uçuş qadağası qoyula bilər.

  • ABŞ hərbçiləri suyun altında sürətlə hərəkət edən naməlum obyektlər aşkar ediblər

    ABŞ Hərbi Dəniz Donanması suyun altınada sürətlə hərəkət edən naməlum obyektlər aşkar edib.

    “The Mirror” nəşrinin məlumatına görə, hərbi ekspertlər bu obyektlərin izahını verməkdə çətinlik çəkirlər. Naməlum cisimlər ABŞ sualtı qayıqları tərəfindən hidrolokatorlar vasitəsilə aşkar olunub. Tapıntının yeri və vaxtı dəqiqləşdirilmir.

    Pentaqon və mili kəşfiyyat idarələrinin iyun ayında məsələ ilə bağlı Konqresə hesabat verəcəkləri bildirilir.