Month: May 2021

  • Sabiq model yaşından çox gənc görünməsinin sirrini açıqlayıb

    Sabiq model 70 yaşına baxmayaraq hələ də cazibədarlığının qorumasının sirrini açıqlayıb.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Cen Teylor Stronqun sözlərinə görə, “əbədi cavan” görünüşünün pərdə arxasında qadının ekstremal idman növlərinə olan marağı dayanıb.

    “63 yaşımda ikən İsveçrədə qayadan tullandım və paraplanda uçdum. O qədər həyəcanlı idim ki, bundan əvvəl vəsiyyətnamə yazdım. Lakin qoruxumun öhdəsindən gəlmək mənə böyük xoşbəxtlik gətirdi. Bundan sonra mən Alyaskada ziplayndan da istifadə etdim”, – deyə Stronq əlavə edib.

    Sabiq model dərisinin təravətini qorumaq üçün günəşdən müdafiə kremləri istifadə etdiyini və şlyapa taxdığını deyib. O, həmçinin dərisini vitaminlə təmin etmək üçün kosmetoloji prosedurlardan istifadə edir.

    Bundan əlavə sabiq model gümrahlıq üçün “D” vitamini qəbul edir.

  • Sinqapurda nəfəsli COVID testinin istifadəsinə icazə verildi

    Sinqapur Milli Universiteti nəzdində fəaliyyət göstərən “Breathonix” şirkəti bəzi ölkələrin yol polislərinin istifadə etdikləri alkoqol testinə bənzər nəfəsli COVID testi hazırlayıb.

    “Haber Global” bildirir ki, test cihazı yoxlanılan şəxsin nəfəsini koronavirus xəstəsinin nəfəsilə qarşılaşdıraraq, yoluxma barədə dəqiq məlumat verir. Onun həssaslıq göstəricisi 93%, doğruluq əmsalı isə 95% təşkil edir.

    Cihazın başlıca üstünlüyü cavabı 1 dəqiqədən də tez müddət ərzində hazır etməsidir.

    Yeni test ilk olaraq, Malayziyadan Sinqapura yerüstü səhayət edənlərin yoxlanışı üçün istifadə olunacaq.

  • Ученые из Австралии создали способные заменить вакцину от коронавируса препараты

    Австралийские ученые разработали два новых препарата для профилактики и лечения COVID-19, которые можно будет использовать вместо вакцинации. Об этом рассказали в медицинском научно-исследовательском институте им. Бергхофера (QIMR), расположенном в Брисбене, пишет ТАСС.

    Препараты для профилактики и лечения тяжелых форм COVID-19, созданные в НИИ им. Бергхофера, уже проходят лабораторные испытания на животных во Франции, первые результаты показывают, что лекарства безопасны в применении и обладают лишь ограниченным рядом побочных эффектов. К тому же, как указали исследователи в отчете, опубликованном в научном журнале Nature Cell Discovery, созданные ими препараты не требуют особых условий хранения.

    Исследователи отмечают, что оба препарата воздействуют не на сам вирус SARS-CoV-2 (вызывающий заболевание COVID-19), а на клетки, которые он атакует. Как рассказал старший научный сотрудник QIMR профессор Судха Рао, первый из них “маскирует белок рецептора ACE2, который коронавирус использует для проникновения в клетку”, а второй повышает способность иммунной системы распознавать вирус и противостоять ему. “Мы выяснили, что люди, у которых рецепторы ACE2 химически заблокированы, менее восприимчивы к заражению SARS-CoV-2. Наш первый препарат защищает не блокированные рецепторы ACE2 от заражения, а второй предотвращает активное распространение инфекции, удерживая рецептор заблокированным даже после заражения”, – рассказал Рао.

    В пресс-службе НИИ им. Бергхофера сообщили, что созданные в Брисбене препараты можно будет использовать, в том числе, для защиты от коронавируса тех, кто по медицинским причинам не может быть вакцинирован.

  • Vaksini əvəz edəcək preparat hazırlanır

    Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar.

    TASS-ın məlumatına görə, bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri “Nature Cell Discovery” elmi jurnalında məqalə dərc ediblər.

    Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə təsir edir.

    Preparat Fransada heyvanlar üzərində laboratoriya testlərindən keçib. İlkin nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və məhdud sayda yan təsirlərin aşkarlandığını göstərib.

    Mütəxəssislər bildiriblər ki, klinik sınaqlar uğurlu alınarsa, birinci dərman infeksiyanın qarşısını almaq üçün peyvəndlə yanaşı, ikincisi isə artıq yoluxmuş xəstələrdə SARS-CoV-2 virusunun replikasiyasını dayandırmaq üçün istifadə edilə bilər.

    Həmçinin o da qeyd edilib ki, hazırlanan preparatlar tibbi səbəblərdən vaksin vurdura bilməyənlərin koronavirusdan müdafiəsi üçün də istifadə oluna bilər.

    Dərmanların COVID-19 xəstələrindən alınan qan nümunələri və hüceyrələr üzərində laboratoriya testləri zamanı artıq yüksək effektivlik göstərdiyi vurğulanıb. Bundan əlavə, preparatın xüsusi şəraitdə saxlanılmasına ehtiyac yoxdur.

  • Ukrayna Belarusla hava nəqliyyatını bağlayır

    Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.

    Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.

    Bundan əlavə, Ukrayna hava yollarına və təyyarələrinə Belarusun hava məkanında uçuşlar qadağan ediləcək.

    Şmıqalın sözlərinə görə, hava nəqliyyatının bağlanması qərarı uçuşların və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

    Xatırladaq ki, “Ryanair” təyyarəsinin Minskə məcburi enişindən sonra bir çox iri aviaşirkət Belarus hava məkanından uçmaqdan imtina edib. Daha əvvəl oxşar qərar Fransa, Böyük Britaniya, Finlandiya, Avstriya, Litva və digər ölkələrdə elan olunub.

  • Putin və Bayden görüşünün tarixi açıqlandı – RƏSMİ

    Əldə olunan razılaşmaya əsasən Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə ABŞ prezidenti Cozef Baydenlə danışıqlar aparacaq.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, danışıqlar zamanı Rusiya –Amerika münasibətlərinin hazırki vəziyyəti və inkişaf perspektivləri, strateji sabitlik problemiləri, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə və regional münaqişələrin tənzimlənməsi kimi beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunacaq.

  • Parisdə ictimai nəqliyyat pulsuz olacaq

    Fransa hökuməti Parisdəki ictimai nəqliyyatı pulsuz etməyi planlaşdırır.

    BBC xəbər verir ki, oxşar layihə artıq ölkənin bir neçə kiçik şəhərində uğurla həyata keçirilib.

    Fransada bir neçə ildir ictimai nəqliyyatda pulsuz səyahət tətbiq olunur. İndi bu imtiyazdan ölkənin 30-dan çox şəhərinin yüz minlərlə sakini istifadə edir.

    Fransanın doqquzuncu böyük şəhəri olan Strasburq bu proqrama sentyabr ayında başlayır.

    Dunkerkdə aparılan araşdırmaya görə, pulsuz səyahət siyasətinin tətbiqindən sonra dəyişikliklər şəhəri canlandırıb və bir çox avtomobil sürücüsü mikroavtobuslara keçdiyindən buradakı karbon qazı emissiyaları azalıb.

    Sistemin işə düşməsindən bəri ictimai nəqliyyatla səyahətlərin sayı 60 faiz artıb.

    Hökumət yerli müəssisələrdə vergiləri artırmaqla pulsuz ictimai nəqliyyat proqramının maliyyələşdirilməsini təmin edir.

  • Avrokubokların mükafat fondu artırılıb

    UEFA Çempionlar Liqası, Avropa Liqası və Konferensiyalar Liqası turnirlətinin növbəti mövsüm üzrə mükafat fondunu açıqlayıb.

    “L Equipe” nəşrinin məlumatına görə, Çempionlar Liqasının bunadək 1,95 milyard avro olan ümumi mükafat fondu 2,032 milyard avroya çatdırılacaq.

    Qrup mərhələsinə düşəcək istənilən klub 15,64 milyon avro qazanacaq ki, bu da cari mövsümdəkindən 390 min avro çoxdur.

    Qrup mərhələsində hər qələbəyə görə hazırki mövsümlə müqayisədə 100 min avro çox – 2,8 milyon avro, heç-heçə qarşılığında 30 min avro çox – 930 min avro ödəniləcək.

    1/8 finala vəsiqənin hər bir sahibi 9,6 milyon avro (100 min avro çox), 1/4 finalçı 10,6 milyon avro (100 min avro çox), yarımfinalçı 12,5 milyon avro (500 min avro çox), finalçı 15,5 milyon avro (500 min avro çox) əldə edəcək. Qalibə 20 milyon avro ödəniləcək ki, bu da cari mövsümdəkindən 1 milyon avro çoxdur.

    Avropa Liqasının ümumi mükafat fondu 465 milyon avrodan 510 milyon avroyadək artırılacaq. İştirakçıların sayının azaldıldığı üçün klublar daha çox qazana biləcək. Qrup mərhələsinə çıxış üçün 3,63 milyon avro, bu mərhələdə qələbə üçün 630, heç-heçə üçünsə 210 min avro ödəniləcək. Qrupda ilk yeri tutan komanda 1,1 milyon avro alacaq.

    Konferensiyalar Liqasında isə ümumi mükafat fondu 235 milyon avro olacaq. Qrup mərhələsinə çıxışa görə mükafat 2,94 milyon avro təşkli edəcək. Bu mərhələdə qələbəyə görə 500, heç-heçə üçünsə 166 min avro ödəniləcək. Qrupda ilk yeri tutan komanda 650 milyon, ikinci yeri tutan klub isə 325 milyon avro alacaq.

    Eyni zamanda UEFA-nın klub reytinqindəki yerə görə ödənişləri də bütün klublar üçün 585 milyon avrodan 600,6 milyon avroya artırılacaq. Teleyayım bazarı üçün ayrılacaq məbləğ isə 292 milyon avrodan 300,3 milyon avroya çatdırılacaq.

  • Gürcüstanın Müstəqillik Günü qeyd olunur

    Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.

    103 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.

    Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

    Milli bayrama həsr olunan rəsmi mərasim pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə Tbilisinin Azadlıq meydanında keçiriləcək. Qonaqlar arasında Polşa prezidenti Andjey Duda və Ukraynanın müdafiə naziri Andrey Taran da yer alacaq.

    Mərasim çərçivəsində Gürcüstanın hərbi texnikasının bir hissəsi nümayiş etdiriləcək, hərbi xidmətə çağırılan çağırışçıların təntənəli andiçmə mərasimi baş tutacaq.

    Bu gün həmçinin mayın 22-də Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin Tbilisiyə gətirilən cənazəsinin qalıqları şəhərin Mtatsminda panteonunda dəfn olunacaq.

    Bayram mərasimlərinə Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsertlə yekun vurulacaq.

  • Buraxılış imtahanında bir nəfər maksimal nəticə göstərib

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında bir nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 balı toplayıb.

    Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da yüksək nəticə göstərərək 256.2 bal toplayıb.