Month: May 2021

  • Rafael Ağayevin Olimpiadada iştirakı rəsmiləşdi

    Azərbaycanın Tokio Yay Olimpiya Oyunlarına daha iki lisenziyası rəsmiləşib.

    Ümumdünya Karate Federasiyası (WKF) Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatından sonra Olimpiadaya ilk 40 vəsiqənin sahibini açıqlayıb.

    Azərbaycanın dünya çempionları – Rafael Ağayevlə (-75 kq) İrina Zaretskayanın da (+61 kq) lisenziyası rəsmiləşib. Rafael bu nəticəyə reytinqdə üçüncü, İrina isə birinci olmaqla nail olub.

    Qeyd edək ki, ümumilikdə Olimpiadada 80 karateçi (40 kişi və 40 qadın) mübarizə aparacaq. Digər 40 karateçidən 24-nün adı 11-13 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Təsnifat Turnirində bilinəcək. Digər yerlər isə bölüşdürüləcək. 12 əlavə vəsiqə qitə təmsilçiliyinə əsasən sahibini tapacaq. Son 4 lisenziya isə Üçtərəfli Komissiyanın rəyinə əsasən dəvətnamə şəklində (“wild card”) təqdim ediləcək.

    Onu da bildirək ki, bununla da Azərbaycanın Olimpiadaya 22 və 23-cü lisenziyası rəsmiləşib.

  • Кому будет предоставлена возможность повторно сдать выпускной экзамен? – ОФИЦИАЛЬНО

    Примерно от 200 до 250 учащихся не приняли участие в выпускных экзаменах в апреле по уважительной причине.

    Об этом 26 мая на пресс-конференции заявила председатель совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    По ее словам, именно этим лицам будет предоставлена возможность повторно сдать экзамен.

    “Для этого нет необходимости проходить регистрацию. Соответствующую информацию эти учащиеся получат из своих школ”, – сказала М.Аббасзаде.

  • Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq? – RƏSMİ

    “Aprel ayında buraxılış imtahanlarında təxminən 200-250 adam üzrlü səbəblə iştirak etməyib”.

    Bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, həmin şagirdlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq:

    “Bunun üçün qeydiyyata ehtiyac olmayacaq. Təhsil aldıqları məktəblərdən onlara bu barədə məlumat veriləcək”.

  • Azərbaycanda təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi

    Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

    Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova tutduğu vəzifəsindən azad edilib. Onun öz ərizəsi ilə vəzifəsindən getdiyi deyilir.

    Bununla yanaşı, Cəlilabad rayonunda Kürdlər kənd tam orta məktəbin direktoru Gözəl Şərifova, Komanlı kənd tam orta məktəbin direktoru Pənah Baxşəliyev və Alar kənd 1 nömrəli məktəbin direktoru Saməddin Kərimov da işdən azad edilib.

    İlkin məlumatlara görə, direktorların işdən azad olunmasına səbəb isə Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan monitorinqlər zamanı sözügedən təhsil müəssisələrində nöqsanlar aşkarlanması olub.

  • Sinqapurda nəfəsli COVID testinin istifadəsinə icazə verildi

    Sinqapur Milli Universiteti nəzdində fəaliyyət göstərən “Breathonix” şirkəti bəzi ölkələrin yol polislərinin istifadə etdikləri alkoqol testinə bənzər nəfəsli COVID testi hazırlayıb.

    “Haber Global” bildirir ki, test cihazı yoxlanılan şəxsin nəfəsini koronavirus xəstəsinin nəfəsilə qarşılaşdıraraq, yoluxma barədə dəqiq məlumat verir. Onun həssaslıq göstəricisi 93%, doğruluq əmsalı isə 95% təşkil edir.

    Cihazın başlıca üstünlüyü cavabı 1 dəqiqədən də tez müddət ərzində hazır etməsidir.

    Yeni test ilk olaraq, Malayziyadan Sinqapura yerüstü səhayət edənlərin yoxlanışı üçün istifadə olunacaq.

  • Löv “Fənərbağça”nın təklifini rədd etdi

    Türkiyənin “Fənərbağça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

    “Haber Global”ın məlumatına görə, idman jurnalisti Fatih Dəmirkol “Kontra Ekstra” proqramında maraqlı açıqlama verib.

    O, bildirib ki, Türkiyə Super Liqası klubu AVRO-2020 sonrası öz postundan ayrılacaq Almaniya millisinin çalışdırıcısı Yoakim Lövə təklif göndərib. Alman mütəxəssis isə bir qədər istirahət etmək istədiyini bildirərək, “Fənər”in təklifini rədd edib.

    Bunun ardından “sarı lacivərdlilərin” diqqəti Macarıstan “Ferentsvaroş”unu çalışdıran Sergey Rebrova yönəlib. Ukraynalı baş məşqçinin Türkiyə klubuna gətiriləcəyi təqdirdə, Əmrə Belözoğlunun yenidən idman direktoru postuna qayıdacağı bildirilib.

  • Bu gün üç astronomik hadisə baş verəcək

    Bu gün üç astronomik hadisə baş verəcək.

    Bu barədə “RİA Novosti” Moskva planetariyasına istinadla xəbər verib.

    Məlumata görə, ilk olaraq “Super Ay” hadisəsi müşahidə olunacaq: Səhər tezdən Ay Yerə maksimum səviyyədə yaxınlaşacaq.

    İkincisi – Tünd Qırmızı Ay tutulması olacaq.

    Üçüncüsü – Tam Ay tutulması baş verəcək.

    Kosmik hadisələr Moskva vaxtı ilə saat 14.19 (Bakı vaxtı ilə 15.19) üçün proqnozlaşdırılıb.

    Qeyd edək ki, sözügedən astronomik hadisələr 12 ildən bir üst-üstə düşür.

    O da vurğulanıb ki, Qırmızı Ay tutulması zamanı Yerin təbii peykini mavi “tac” əhatə edə bilər.

    Elm adamlarının sözlərinə görə, Ayın görünüşünə atmosfer ozonu təsir edəcək. Çünki Ay Yerin şimal yarımkürəsində ozon qatından keçən Günəş şüaları ilə işıqlanacaq. Əgər belə olarsa, Ayın üst hissəsi yüngülcə mavi rəngə çalacaq.

  • За четыре месяца около 10 000 человек была установлена инвалидность

    В январе – апреле 2021 года около 10 000 человек была установлена инвалидность, из них 3 178 – впервые, остальным – повторно.

    После установления инвалидности Госслужбой медико-социальной экспертизы и реабилитации при Министерстве труда и соцзащиты населения через электронную систему было осуществлено проактивное назначение социальных выплат этим лицам.

    Оценка инвалидности проводится объективно и прозрачно, без контакта гражданин – чиновник (эксперт), посредством электронной инфраструктуры (подсистема “инвалидность”), на основе информации, введенной учреждением здравоохранения в электронную систему.

  • Bu ilin dörd ayı ərzində 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

    2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb ki, onlardan 3 178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERA) tərəfindən əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

    Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə həyata keçirilir.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft ucuzlaşıb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,08 faiz ucuzlaşıb və bir barelin qiyməti 66,02 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyul fyuçersləri də 0,07 faiz ucuzlaşıb və bir bareli 68,7 dollara satılıb.