Month: May 2021

  • İlk Türk rəqəmsal media platforması Qarabağla bağlı məlumatları da dünyaya təqdim edəcək – real tv – VİDEO

    İlk Türk rəqəmsal media platforması Qarabağla bağlı məlumatları da dünyaya təqdim edəcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Real” TV-nin Trend İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”unun birgə təsis etdiyi TURKİC.World -Türk Dünyası adlı layihə barədə sujetində deyilir.

    Bildirilir ki, türkdilli ölkələr arasında mövcud olan siyasi, sosial, iqtisadi, mədəni əlaqələrin davamı kimi, türk dünyasının həmrəy kommunikasiya platformasının yaradılmasına da ehtiyac var idi. Trend İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”unun birgə təsis etdiyi TURKİC.World -Türk Dünyası adlı layihə də məhz buna xidmət edir. Azərbaycanda ilk rəqəmsal platforma olan bu layihə gələcəkdə daha da genişləndiriləcək, şaxələndiriləcək.

    Layihənin unikal proqram təminatı onun daha da təkmilləşməsinə və digər türkdilli ölkələrin bu platformaya qoşulmasına imkan verir. Qeyd edək ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur.

    Sujeti təqdim edirik:

  • Скончался профессор Низами Худиев

    Ушел из жизни бывший председатель Азербайджанской государственной телерадиовещательной компании (АзТВ), доктор филологических наук, профессор, заведующий кафедрой языкознания Азербайджанского государственного педагогического университета (АГПУ) Низами Худиев.

    Об этом сообщили в АГПУ.

    Он скончался на 72-м году.

    Низами Худиев родился 1 апреля 1949 года в Шахбузском районе Нахчыванской Автономной Республики. С 1990 года по настоящее время являлся профессором кафедры языкознания АДПУ. В 1994-1996 годах был ректором данного вуза, в 1995 году избран депутатом Милли Меджлиса Азербайджанской Республики от Шарур-Бабекского избирательного округа № 2. С 1996 по 2005 год занимал должность председателя Азербайджанской государственной телерадиовещательной компании.

    Является автором 14 книг и более 400 научных статей.

  • “Eurovision” qalibləri ilə bağlı oğurluq iddiası

    “Zitti E Buoni” mahnısı ilə “Eurovision 2021″in qalibi olan İtaliyanın “Maneskin” qrupu ilə bağlı qalmaqal bitmək bilmir.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl narkotik maddə istifadə etdiyi deyilən qrupun solisti test verərək adını təmizə çıxarıb.

    Bu dəfə qrup oğurluqda ittiham olunur. “Zitti e Buoni” mahnısı ilə bağlı bağlı qalmaqal yaşayan qrup birinci olduqdan sonra iddialar daha da güclənib.

    2015-ci ildə işıq üzü görən “FDT” adlı mahnıya bənzətildiyi deyilən “Zitti e Buoni” səs-küyə səbəb olub. Daha sonra “Nebra” adlı başqa bir italyan qrup mahnının 2018-ci ildə gitara ilə hazırlanan versiyasına sahib olduğunu bildirib.

  • “Zibil maşınında işlədiyimə görə mənimlə yaxınlıq etmirdi” – Arvadını öldürən kişinin etirafı

    Arvadını uşaqlarının gözü qarşısında 46 yerdən bıçaqlayan ərin cəzası məhkəmə tərəfindən azaldılır.

    Median.Az haberler.com-a istinadən xəbər verir ki, iki il əvvəl Konyada 46 yerində üç uşaq anası olan arvadı Tuba Erkolu bıçaqlayan Bəkir Erkolun məhkəmə önünə çıxarılıb. Əvvəl məhkəmə onun barəsində ömürlük cəza qərarı çıxarmışdı. Lakin indi cinayəti törədəndəki vəziyyətini nəzərə alaraq qərarı yumşaldaraq 18 il 4 aya endirilib.

    Qatilin etirafları isə hamının heyrətinə səbəb olub. “Zibil maşınında işlədiyim üçün arvadım mənə “zibil iyi gəlir səndən” deyə onu aşağılayırdı. İki il mənimlə yaxınlıq da etməyib” deyə dilə gətirib.

  • Эрдоган: Антиисламские настроения распространяются как раковая опухоль

    Президент Турции Реджеп Тайир Эрдоган принял участие в первом Международном медиа-симпозиуме по исламофобии.

    Как сообщает агентство “Анадолу”, он отметил, что во многих странах мира, особенно на Западе, антиисламские настроения распространяются как раковая опухоль:

    “Стратегия США по “демонизации мусульман”, начатая после атаки 11 сентября, имеет цель еще больше активировать вирус исламофобии, который и так присутствовал во многих обществах”.

    Президент Турции также добавил, что необходимо понять, что глобальную опасность представляет не ислам, а исламофобия.

  • Xalq artisti “Avroviziya”dan gileyləndi

    “Yəqin ki, xaricilərin deyil, özümüzün qərar verməyimizin vaxtı çatıb. Bundan sonra mahnı, obraz və bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır”.

    Median.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri “Avroviziya” mahnı müsabiqəsi haqda xalq artisti Tünzalə Ağayeva deyib. O Feysbuk statusunda bunları yazıb:

    “Ümumiyyətlə Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik.

    Dünya təcrübəsini, “Eurovision”un istiqaməti və sairi başa düşürəm.

    Ötən günlərdə əldə etdiyimiz nəticə bizə bir siqnal oldu ki, istiqaməti dəyişməliyik.

    Biz tükənməmişik, sabaha çox güclü, enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, kimsədən əskik olmayan, daha da üstün potensialımızı göstərək”.

  • BƏƏ Prezidenti və Baş naziri İlham Əliyevi təbrik edib

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, məktubda deyilir:

    “Möhtərəm cənab Prezident.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

    Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum da Azərbaycan Prezidentini təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Möhtərəm cənab Prezident.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.

  • Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb – SİYAHI

    Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 27-də keçiriləcək.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

    1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş);

    3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

    8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994- cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

    10. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

    12. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş);

    14. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş);

    15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş).

  • Минобороны Азербайджана: Наши подразделения не вели прицельный огонь по противнику

    Министерство обороны Армении в очередной раз распространило не соответствующую действительности информацию о якобы имевшем место обстреле подразделениями Вооруженных сил Азербайджана, дислоцированных в Кельбаджарском районе, армянских позиций в населенном пункте Верин Шоржа Гегаркуникской области Армении, на армяно-азербайджанской границе.

    Об этом говорится в заявлении Министерства обороны Азербайджана.

    “Днем 25 мая семь грузовиков с личным составом вооруженных сил Армении совершили попытку приблизиться к указанному участку границы. В результате принятых нашими подразделениями упреждающих мер передвижение противника было пресечено.

    Однозначно заявляем о том, что наши подразделения не вели прицельный огонь по противнику.

    Согласно имеющейся у нас информации, инцидент с гибелью армянского военнослужащего произошел в результате несчастного случая.

    Азербайджанская сторона не имеет никакого отношения к этому инциденту.

    Сообщаем, что азербайджанская сторона находится в постоянном контакте с российской стороной по данному вопросу”, – говорится в заявлении оборонного ведомства.

  • Alim insanları təhdid edən daha bir təhlükəli virusdan danışdı

    Meymun çiçəyi virusu insanlar üçün potensial təhlükəlidir.

    Median.Az xəbər verir ki, bu sözləri Moskva Dövlət Universitetinin Biologiya Fakültəsi Virusologiya fakültəsinin professoru Aleksey Aqranovski deyib.

    O, COVID-19 pandemiyasından əvvəl donuz qripi və Ebola epidemiyalarının müşahidə edildiyini də xatırladıb. Bu baxımdan mütəxəssis, yeni epidemiyaların təhlükəsi olduğu qənaətinə gəlib, lakin “bu, o demək deyil ki, çaxnaşmaya düşməliyik”.

    “Sistemli şəkildə işləməliyik. Bu, istiqanlı heyvanların (yarasalar, gəmiricilər), gənə viruslarının, ağcaqanadların və digər artropodların viruslarını öyrənmək üçün lazımdır”, – Aqranovski deyib.

    Başqa bir mütəxəssis Aleksandr Çepurnov meymun çiçəyinin potensial təhlükə yaradan infeksiyalar siyahısında olduğunu bildirsə də, əslində bu təhlükənin yüksək olmadığı qənaətini dilə gətirib.