Month: May 2021

  • Türkiyəli jurnalist Fulya Öztürk “YAŞAT” xeyriyyə marafonuna dəstəyini ifadə edib

    Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası isə Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm.

    Bu fikirləri türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonu barədə danışarkən söyləyib.

    “YAŞAT” marafonuna dəstəyini ifadə edən türkiyəli jurnalist xeyirxah insanları bu təşəbbüsə qoşulmağa çağıraraq deyib: “Şəhid ailələrini, qazilərimizi, əsgərlərimizi unutmamalıyıq”.

  • DSX: “Azərbaycan sərhədçilərinin Ermənistan ərazisinə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil”

    Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

    – Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

    – Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin bu gün yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər. Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub. Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bu gün bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb.

    – Hazırda Ermənistan ilə dövlət sərhədində mövcud vəziyyət necədir?

    – Ermənistan ilə dövlət sərhədində vəziyyət sabitdir və nəzarətimiz altındadır. Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür. Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır.

  • Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır

    Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 21 V, blok 2 ünvanında iki həftədir oğurluq hadisələri baş verir.

    Bu barədə “Report”a həmin binada yaşayan sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, artıq ikinci dəfədir binanın liftinin avadanlıqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanır.

    “Bu ayda birinci oğurluq hadisəsi mayın 19-da baş verdi. Kimsə yaxud kimlərsə liftin avadanlıqlarını oğurladılar. Buna görə də, bir neçə gün liftdən istifadə edə bilmədik. Lift idarəsindən isə heç kim gəlib, nəyin baş verməsi ilə maraqlanmadı. Qonşularla qərara gəldik ki, özümüz pul yığaq. Beləliklə, hər mənzildən pul yığıb, öz hesabımıza lift avadanlığı aldıq. Bununla da, liftimiz bir neçə gün işlədi. Lakin dünən günorta saat 12-13 radələrində yenə naməlum şəxs və ya şəxslər liftin avadanlıqlarından birini (əyləci) oğurlayıblar”, – deyə həmin binada yaşayan sakin İntizar Tağıyeva bildirib.

    Binanın digər sakinləri isə qeyd ediblər ki, belə oğurluq hadisələrin dalbadal baş verməsi onlarda fərqli şübhələr, gümanlar yaradır. “Liftin avadanlığı kimə lazımdır? Kim bilir ki, hansı avadanlıq baha, yaxud ucuzdur? Çox güman ki, oğurluğu bu sahədən başı çıxanlar edir”, – deyə başqa sakin bildirib.

    Qeyd edək ki binada əvvəllər də lift avadanlıqlarının oğurlanması hadisəsi baş verib. Sakinlər dəfələrlə öz hesablarına yeni avadanlıq alaraq, lifti təmir etdiriblər. Lakin son iki həftədə bu cinayət hadisəsinin dalbadal baş verməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Üstəlik, sakinlər iki gündür liftdən istifadədən məhrum olublar.

    Bütün bunlar bir yana, liftin avadanlığı binanın damının şaxtasının qapısının açılmadan oğurlanması, qıfılın toxunulmaz qalması bir sıra sualların ortaya çıxmasına səbəb olub.

  • Deputat Nizami Səfərov şəhid ailələrini ziyarət edib – FOTO

    Milli Məclisin deputatı Nizami Səfərov Samux rayonunda seçiciləri ilə görüşüb.

    Deputat bir sıra şəhid ailəsinin evini ziyarət edib, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.

    Daha sonra deputat Samux rayonunda yerləşən Heydər Əliyev mərkəzini, Heydər Əliyev parkını və şəhidlər xiyabanını ziyarət edib.

    Gün ərzində Samux rayonunun 25 sakininin deputatla görüşü təşkil edilib. Onların müraciəti dinlənilib və qanunvericilik çərçivəsində hər bir müraciət öz müsbət həllini tapması üçün işlər görülüb.

    Qeyd edək ki, deputatın yaxın günlərdə yenidən qəbul günü keçiriləcək.

  • Паралимпийскому чемпиону не удалось завоевать медаль на соревнованиях в Баку

    Сегодня в Баку стартовало Гран-при по парадзюдо.

    Как сообщает Oxu.Az, в первый день турнира, который прошел без участия зрителей и представителей СМИ, приняли участие 10 азербайджанских спортсменов. Шестеро из них завоевали медали.

    В соревнованиях среди мужчин Намиг Аббаслы (-66 кг) удостоился золотой, а Вугар Ширинли (-60 кг) – бронзовой медали. 39-летнему паралимпийцу, двукратному чемпиону мира и Европы Рамилю Гасымову (-73 кг) не удалось завоевать медаль на турнире.

    Женщины выступили лучше. Севда Велиева (-57 кг) стала обладательницей золотой, Шахана Гаджиева (-48 кг), Бясти Сафарова (-52 кг) и Афаг Султанова (-57 кг) – бронзовых медалей.

    Отметим, что завтра – в последний день соревнований, выступят восемь азербайджанских тяжеловесов, таких как Ильхам Закиев и Зульфия Гусейнова.

  • Предоставлены квартиры еще 40 семьям шехидов и инвалидам Карабахской войны – ФОТО

    В поселке Рамана Сабунчинского района Баку еще 40 семьям шехидов и инвалидам Карабахской войны были предоставлены квартиры.

    Об этом говорится в сообщении Министерства труда и социальной зашиты населения Азербайджана.

    Документы на квартиры гражданам вручили председатель Агентства социальных услуг при Минтруда Вугар Бехбудов и заместитель председателя Общественного совета ведомства Умуд Мирзоев.

    В своем выступлении В.Бехбудов сказал, что распоряжением Президента Ильхама Алиева от 25 января 2021 года семьям шехидов и инвалидам Карабахской войны в 2021-2025 годах будет предоставлено 11 тыс. квартир и частных домов.

    По его словам, в нынешнем году им будет передано до трех тыс. жилых объектов.

    Глава агентства отметил, что семьям шехидов и инвалидам Карабахской войны с начала года уже предоставлено 300 квартир. В нынешнем году для них в регионах будет построено еще 450 жилых объектов.

    Члены семей шехидов и инвалиды войны поблагодарили Президента Ильхама Алиева за проявленную заботу.

    В целом на сегодня семьям шехидов и инвалидам войны передано 9 500 квартир и частных домов.

  • В Баку столкнулись два автомобиля, есть пострадавший

    В столице произошло дорожно-транспортное происшествие.

    Как передает Report, инцидент зафиксирован в Наримановском районе.

    Так, в результате столкновения двух автомобилей пострадал Эльнур Джейхун оглы Мирзазаде, 1989 года рождения.

    Раненый с различными телесными повреждениями был госпитализирован.

    По факту ведется расследование.

  • Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

  • Tural Xasıyev: “Bu portal region əhalisi ilə dövlət qurumlarını birləşdirəcək”

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

    Belə ki, “Vətəndaşların Elektron Müraciət Portalı – e-qebul.az” “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021”də (WSIS Prizes -2021) “E-hökumət” nominasiyası üzrə 1-ci yerdə qərarlaşıb.

    Xüsusilə qeyd edək ki, layihə ölkəmizin rəqəmsallaşması və elektron dövlət xidmətlərinin sayının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

    Oxu.Az-ın “WSIS PRİZES -2021”nin qalib olan rəqəmsal layihəsi, region əhalisi ilə dövlət qurumlarını bir kliklə birləşdirən bu portalın texniki imkanları ilə bağlı suallarını Məlumat Hesablama Mərkəzinin İnnovativ həllər şöbəsinin müdiri Tural Xasıyev cavablandırıb.

    – Layihə haqqında məlumat toplamaq üçün e-qebul.az portalına daxil olub istifadəçi üçün qeyd olunan xidmətlərlə tanış olmaq olur.

    Bu portalda başqa hansı xidmətlər əlçatandır?

    -“Vətəndaşların Elektron Müraciət Portalı” interaktiv portaldır. Bu portal vasitəsilə vətəndaşların yerli icra hakimiyyəti orqanı üzərindən dövlət qurumlarına onlayn müraciəti təmin olunur. Bunun üçün vətəndaşın sadəcə portala daxil olub qeydiyyatdan keçməsi kifayətdir. Portalda müraciətlərin sistemləşdirilməsi, izlənilməsi və monitorinqi, həmçinin real vaxt rejimində bildirişlərin göndərilməsi də mümkündür.

    Bu portal həm vətəndaşlara, həm də dövlət qurumlarına bir sıra imkanlar yaradır. Məsələn, vətəndaş vaxt itkisini və məsafəni aradan qaldırır. Dövlət qurumları isə birbaşa ünsiyyətdə tələb olunan resurslarına qənaət edir. Nəzərə alınsa ki, dünyada və ölkəmizdə hazırda pandemiya vəziyyəti davam etməkdədir, portalın vətəndaşlara uzaqdan xidmət göstərmə üstünlüyü müstəsna əhəmiyyət kəsb edir. Bundan əlavə, şəxsiyyət vəsiqəsinin məlumatları əsasında digər dövlət informasiya sistemlərinə inteqrasiya vasitəsilə vətəndaş haqqında ətraflı məlumat əldə etmək mümkündür.

    Portaldakı xidmətlərin və xidmət göstərən qurumların sayı artırılacaqmı? Portalın texniki potensialı buna imkan verir?

    – Portala istənilən sayda qurum, həmçinin həmin qurumların istənilən sayda xidmətini əlavə etmək olar. Bu portal yaradılarkən bunun üçün lazım olan hər detal nəzərə alınıb. Bundan sonra isə tələbdən asılı olaraq dəyişikliklər ola bilər. Yəni, tələb olunarsa, qurumların və xidmətlərin sayını artırmaq mümkündür.

    Belə ki, portal həm qurumlar, həm də xidmətlər üzrə dinamik funksionallıq imkanına malikdir. Gələcəkdə hansısa dəyişiklik edilmədən xidmət və qurumları istənilən sayda artırmaq mümkün olacaq. Bunun üçün əvvəlcədən sistemin xüsusi idarəedici modulları nəzərə alınıb.

    Layihə əsasən region əhalisi üçün nəzərdə tutulub. Amma elə ola bilər ki, kiminsə kompüteri, hətta internet əlaqəsi də yoxdur…

    -Toxunduğunuz məsələ regionlarda aktual olan məsələdir. Əlbəttə ki, kiminsə kompüteri və ya internet əlaqəsi olmaya bilər. Bu problemin bir sıra həll yolları mümkündür. Məsələn, layihənin pilot olaraq tətbiq olunduğu Şamaxı rayonunda bu problem icra hakimiyyətinin yanında xüsusi ofis yaradılaraq həll olunub. Müraciətini onlayn göndərmək imkanı olmayan vətəndaşlar həmin ofisə yaxınlaşır, oradakı kompüterlər vasitəsilə müraciətlərini sistem üzərindən ünvanlayırlar.

    Bu sistem vətəndaşyönümlüdür, bu istiqamətdə fərdi məlumatların təhlükəsizliyi məsələsi necə qorunurmu?

    -Bu çox aktual məsələdir və sözsüz ki, təhlükəsizlik məsələsinə ciddi şəkildə əməl olunur. “E-qebul.az” portalı SSL təhlükəsizlik sertifikatı ilə qorunur. Bu, o deməkdir ki, bütün məlumatların hamısı şifrələnmiş formada ötürülür. Daxil edilmiş məlumatlar əvvəlcədən müəyyən olunmuş alt sistemlərə inteqrasiya olunub. Həmçinin sistemdə qeydiyyatdan keçərkən “SMS aktivləşdirmə” (OTP) tətbiq olunur.

    Yəni sistemin istifadəçiləri qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini qeyd edir və ona təhlükəsizlik kodu göndərilir. Göndərilən kodla elektron kabinet aktivləşdirilir və həmin kabinetdən ötürülən, eləcə də qəbul edilən bütün informasiyalar şifrələnərək təhlükəsizliyi təmin edilir.

    Eyni zamanda yeni nəsil şəxsiyyət vəsiqəsində e-imzanın tətbiqini nəzərə alaraq gələcəkdə sistemin e-imza ilə inteqrasiyası da nəzərdə tutulub.

  • Gəncədə susuzluqdan quruyan ağaclar barədə AÇIQLAMA – VİDEO

    Ötən gün sosial şəbəkələrdə Gəncədə ağacların susuzluqdan quruması ilə bağlı məlumatlar paylaşılıb.

    Median.Az xəbər verir ki, hadisə Gəncənin Abbas Səhhət qəsəbəsində baş verib.

    Belə ki ərazidəki irigövdəli şam ağacları kütləvi şəkildə quruyub. Sakinlər iddia edirlər ki, ərazidəki su kranlarından su gəlmir.

    Məsələnin həll olunmadığını deyən sakinlər problemin həlli üçün polisə də şikayət ediblər.

    Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin əraziyə baxış keçirilib:

    “Əməkdaşlar əraziyə gələrək həmin ağacların həqiqətən uzun müddət sulanmadığını müəyyən ediblər. Polis əməkdaşları tərəfindən ağacların sulanması təmin olunub, aidiyyəti qurumlara bundan sonra mütəmadi sulanması və qulluq edilməsi barədə məlumat verilib”