Month: May 2021

  • Qarabağda döyüşən livanlı muzdlu terrorçu məhkəmədə dindirilib

    Bu gün Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report” xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

    Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.

    Cinayət işində Eulcekcian Viken Abrahamın muzdlu kimi Ermənistan tərəfindən döyüşlərdə iştirakını sübut edən foto və videogörüntülər də var.

    Məhkəmə iclası növbəti günlərdə davam etdiriləcək.


    Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

    İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

    Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

    Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Президент ОАЭ поздравил Ильхама Алиева

    Президент Объединенных Арабских Эмиратов Халиф бен Заид Аль Нахаян поздравил Президента Азербайджана Ильхама Алиева с национальным праздником страны.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном письме говорится:

    “Уважаемый господин Президент.

    Передаю Вам и народу Азербайджана самые искренние поздравления по случаю национального праздника Вашей страны – Дня Республики.

    Желаю Вашему превосходительству крепкого здоровья, счастья, а дружественному азербайджанскому народу – дальнейшего процветания под Вашим мудрым руководством и прогресса”.

  • Nursultanda Azərbaycan Ticarət Evi açılıb – FOTO

    Qazaxıstanın paytaxtı Nursultan şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb.

    Bu barədə “Kazinform” agentliyinə istinadən ölkəmizin Qazaxıstandakı səfirliyi özünün “Facebook” səhifəsində məlumat yayıb. Bu addımın iki ölkə arasındakı iqtisadi münasibətlərin möhkəmlənməsinə istiqamətləndiyi bildirilib.

    “Bugünki hadisəni bayram tədbiri adlandırmaq olar. Belə ki, mayın 28-də Azərbaycan öz dövlətçiliyinin 103 illiyini qeyd edir. Məhz belə bir əlamətdar gün ərəfəsində biz Azərbaycan Ticarət Evinin açılışını edirik. Bu təşəbbüsün müəllifləri hər iki ölkənin prezidentləridir. Bu, Qazaxıstanda Azərbaycanın ilk və tək Ticarət Evidir. Tezliklə Almatı və Aktauda da filiallar açmağı planlaşdırırıq. Gələcəkdə Qazaxıstanın bütün bölgələrini əhatə etmək niyyətindəyik”, – deyə Azərbaycan Respublikasının Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov bəyan edib.

    Onun sözlərinə görə, obyekt Qazaxstan və Azərbaycan ixracatçılarına yaxşı imkanlar təqdim edəcək. Artıq qazaxstanlılar Azərbaycan məhsullarını birbaşa əldə edə biləcəklər.

    Qeyd edək ki, bir müddət əvvəl Bakıda Qazaxıstan Ticarət Evinin açılışı baş tutub.

  • Yeriyə bilməyən beş qazimiz Türkiyədə ayağa qaldırıldı

    Daha 14 qazimizin müalicəsi Kocaelidə davam etməkdədir.

    Vətən müharibəsi zamanı, torpaqlarımızın azadlığı uğrundan döyüşərək sağlamlıqlarını itirmiş daha 14 qazimizin müalicəsi, YAŞAT Fondunun göndərişi əsasında Türkiyənin Kocaeli şəhərində davam etdirilir.

    Müalicə və reabilitasiyası davam etməkdə olan Vətən müharibəsi iştirakçısı Çingiz Vəliyev “Report”un Türkiyə bürosuna müsahibəsində müalicəsinin gedişatından razı olduğunu və tez bir zamanda sağalaraq, Azərbaycana qayıtmaq istədiyini deyib:

    “Mən Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmışam, belimdən və ayağımdan ağır qəlpə yarası almışam. Doğrusu, buraya gələndə ayağımda heç bir hərəkət yox idi. Şükürlər olsun, indi hərəkət etməyə başlamışam, İstanbulda əsaslı müalicədən sonra YAŞAT Fondunun dəstəyi ilə buraya (Kocaeliyə) göndərilmişəm. Burada fizioterapiya üzrə gündəlik seanslar keçirəm. Bu şəraiti yaratdıqları üçün ölkə rəhbərliyinə, YAŞAT Fonduna və burda çalışan həkimlərin hər birinə öz dərin təşəkkürümü bildirirəm. İndi mənim də, bütün buradakı digər qazi qardaşlarımın da arzusu, sağlamlığımıza tam şəkildə qovuşaraq, doğma torpağımıza qayıdıb, uğrunda qan tökdüyümüz Qarabağın təbiətində dincəlməkdir. ” – o qeyd edib.

    Qazilərimizin müalicəsi və reabilitasiya prosesləri ilə məşğul olan xəstəxananın fiziki terapiya həkimi uzman. dr. Esra Mustafa müalicənin aparılması və effektivliyi ilə bağlı qeyd edib ki, xəstəxanada Vətən müharibəsinin 14 qazisi var:

    “Təbii ki, qazilərin hər birinin vəziyyəti müxtəlif cürdür. Bir qisminin ya sağ, ya sol ayağında hərəkətetmədə problem var. Fevralın 14-dən indiyədək burada qazilərimizin müalicə və reabilitasiyası ilə yaxından maraqlanırıq. Bildiyiniz kimi, fiziki terapiya və reabilitasiya uzun və vaxt aparan prosesdir. Lakin həm biz həkim heyəti, həm də, qazilərimiz müalicənin müsbət nəticələrindən olduqca məmnunuq. Məsələn, təkcə buradaki beş qazimiz gəldiyi zaman ümumiyyətlə yeriyə bilmədiyi halda, indi onlar sərbəst şəkildə yeriyə və hərəkət edə bilirlər. Bütün qazilərimizə fiziki terapiya ilə yanaşı psixoloji dəstək də təmin etməkdəyik. Bütün bu xoş nəticələr bizi daha da ümidləndirir, hər birinin tam sağlam şəkildə evlərinə qayıtmaqları üçün səylə işləməyə davam edəcəyik”.

    Qeyd edək ki, indiyədək 90-a yaxın Vətən müharibəsi qazimiz müayinə, müalicə və reabilitasiya üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib. Kocaeli şəhəri ilə yanaşı İstanbul və Bursa şəhərlərində də onların müalicə davam etdirilir.

  • Paralimpiya çempionumuz Bakıda keçirilən yarışda medalsız qaldı

    Bu gün Bakıda paracüdo üzrə Qran Pri yarışına start verilib.

    Median.Az-ın xəbərinə görə, tamaşaçısız və media nümayəndələrinin iştirakı olmadan keçirilən yarışın ilk günündə Azərbaycanın 10 idmançısı mübarizə aparıb. Bunlardan 6-sı medal qazanıb.

    Kişilərdə Namiq Abbaslı (-66 kq) qızıl və Vüqar Şirinli (-60 kq) bürünc medal qazanıb. 39 yaşlı Paralimpiya, dünya və ikiqat Avropa çempionu Ramil Qasımov (-73 kq) Bakıda keçirilən yarışda medalsız qalıb.

    Qadınlar daha yaxşı çıxış edib. Sevda Vəliyeva (-57 kq) qızıl, Şahanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq) və Afaq Sultanova (-57 kq) bürünc medal qazanıb.
    Qeyd edək ki, sabah yarışın son günüdür. Sabah İlham Zəkiyev və Zülfiyyə Hüseynova kimi 8 ağır çəkili idmançımız mübarizə aparacaq.

  • Молодой человек дарит новую жизнь диким животным – ВИДЕО

    Молодой человек из Гахского района Азербайджана дарит новую жизнь погибшим диким животным.

    Как сообщает Baku TV, у него во дворе можно увидеть диких кошек, енота, шакала, сову, фазана, аиста, сороку и т.д.

    Абдулла Тагиев по специальности архитектор. Сегодня, помимо работы, он может уделять время своему хобби – изготовлению чучел.

    Они выглядят как живые. Наш герой, влюбленный в природу, говорит, что таксидермия – часть его жизни. Однако ему приходится нести определенные затраты на изготовление чучел. Поэтому, чтобы продолжать свою деятельность, Абдулла продал несколько работ. Самая дешевая из них была реализована за 100 манатов, самая дорогая – за 1 000 манатов.

    Подробнее – в сюжете Baku TV:

  • 10 gündür parkda gecələyən ailəyə ev verildi – VİDEO

    Xəbər verdiyimiz kimi, İlqar Həbibov 3 övladı ilə birlikdə 10 gündür parkda gecələyir.

    Baku TV əməkdaşları ailənin vəziyyətini işıqlandırdıqdan sonra bir xeyirxah şəxs öz evinin qapısını həmin ailə üçün açıb.

    İlqar Həbibov bildirib ki, onlara verilən evdə uzun müddət yaşayış olmadığından ev biraz təmirsizdir.

    “İş yerim olsa, işləyib həm bu evə biraz əl gəzdirərəm, həm də övladlarımı saxlaya bilərdim”, – deyə bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • İngiltərə millisi də heyəti açıqladı – Avro-2020

    Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

    İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermə nəticəsində “Neftçi” klubunun hücumçusu Namik Ələskərov bu ada layiq görülüb.

    Səsvermədə 8 komandadan ümumilikdə 184 nəfər (176 futbolçu, 8 baş məşqçi) iştirak edib.

    “Qəbələ”nin 25, “Səbail”in 24, “Zirə”, “Keşlə” və “Neftçi”nin hərəyə 23, “Sumqayıt”ın 21, “Sabah”ın 19, “Qarabağ”ın 18 oyunçusu öz variantını açıqlayıb.

    Səsverənlər ümumilikdə 32 futbolçu arasında seçim ediblər. Nəticədə “Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov 51 səslə birinci yeri tutub. O, səslərdən 48-ni futbolçulardan, 3-nü isə baş məşqçilərdən alıb. Ötən mövsümün ən yaxşısı seçilmiş “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir futbolçulardan 32, baş məşqçilərdən 2 səs alaraq, bu dəfə ikinci olub. Üçüncü yeri isə “Neftçi”nin daha bir orta sahə oyunçusu Sabir Buqrin 24 səslə tutub. Ona səslərin hamısını futbolçular verib.

    Qalan baş məşqçilərdən 2-si “Neftçi”dən Emin Mahmudova, 1-i isə “Qarabağ”dan Mahir Emreliyə səs verib.

    Bundan başqa, Mahmudov və Rəhim Sadıxov (“Sumqayıt”) hərəyə 8, Filip Ozobiç (“Qarabağ”) 7, Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 6, İsmayıl ibrahimli (“Qarabağ”) və Qismət Alıyev (“Zirə”) hərəyə 5, Vüqar Mustafayev (“Sumqayıt”) – 4, Emreli, Patrik Andrade (“Qarabağ”) və Sezar Meza Kolli (“Keşlə”) hərəyə 3 səs, Qara Qarayev (“Qarabağ”), Toral Bayramov (“Qarabağ”), Ehtiram Şahverdiyev (“Qəbələ”), Rüfət Əhmədov (“Qəbələ”) hərəyə 2 səs yığıblar.

    “Qəbələ”dən Anar Nəzirov, Asif Məmmədov və Kamal Mirzəyev, “Zirə”dən Riçard Almeyda, Elvin Camalov və Sertan Taşkın, “Səbail”dən Amil Yunanov, Urfan Abbasov və Rahid Əmirquliyev, “Neftçi”dən Ömər Buludov, Stiven Jozef-Monroz və Voyislav Stankoviç, “Sabah”dan Saşa Stamenkoviç və Xulio Sezar Rodriges, “Sumqayıt”dan Vurğun Hüseynov hərəyə 1 səs toplayıblar.

    Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

    Ələskərov 2020/2021 mövsümündə Azərbaycan çempionu və 19 qolla bombardir olub.

    Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl dörd ildir İdman Araşdırmalar Mərkəzi “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Sumqayıt”a məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.

    Milli.Az

  • “Çalıkuşu”nun Fəridəsi yeni fotosu ilə illərə meydan oxudu – FOTO

    “Çalıkuşu” filmindəki Fəridə obrazı ilə yadda qalan türkiyəli aktirsa Ayden Şener son paylaşımı ilə illərə meydan oxuyub.

    Onun “Instagram”da paylaşdığı fotosu müzakirə mövzusu olub.

    İzləyiciləri 58 yaşlı Şenerin fotosuna “hələ də eyni qədər gözəldir”, “gənc qızlara meydan oxuyan gözəllik” kimi şərhlər yazıblar.

    Qeyd edək ki, A.Şener 1981-ci ildə “Türkiyə gözəli” seçilib.

    O podyumlardan və kameralardan uzaq qalsa da, teatr sahəsində karyerasını davam etdirir.

  • Fərdi ovçuluq təsərrüfatı yaradılacaq

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova nazirliyin təşkil etdiyi “Ekspert saatı”nda deyib.

    O bildirib ki, bu məsələ hazırda aktualdır: “Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında daxili yazışmalara başlanılıb. Yeniliklər olduqda ictimaiyyətə açıqlanacaq”.