Month: June 2021

  • Bakıda “Land Cruiser”in sürücüsü beş maşını vuraraq hadisə yerindən qaçıb – FOTO

    Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, Nəsrəddin Tusi küçəsində baş verən hadisədə “Toyota Land Cruiser”, KİA və “Chevrolet” markalı maşınlar toqquşub.

    “Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Xəsarət alanlar barədə məlumat yoxdur.

  • ABŞ-ın keçmiş müdafiə naziri vəfat edib

    ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld dünyasını dəyişib.

    “Report” xəbər verir ki, bu barədə “Reuters” onun ailəsinə istinadən məlumat yayıb.

    Məlumata görə, Donald Ramsfeld 88 yaşında vəfat edib.

  • “Tottenhem” yeni baş məşqçisinin adını açıqladı – FOTO

    İngiltərə Premyer Liqasının aparıcı klublarından olan “Tottenhem” yeni baş məşqçisinin adını açıqlayıb.

    Klubun “Twitter” səhifəsindən paylaşım edilərək, komandanın sükanının Nunu Eşpiritu Santuya tapşırıldığı bildirilib.

    Qeyd edək ki, portuqaliyalı dörd il “Vulverhempton”da çalışdıqdan sonra may ayında klubu tərk edib.

  • Bakıda avtomobil gənc qadını vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1995-ci il təvəllüdlü Mahmudova Gülnarə İbad qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub. G.Mahmudova reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Pediatrdan xəbərdarlıq: Körpələri öpməyin

    Körpələrin dərisi həssas və nazik olduğu üçün onları öpmək olmaz.

    Bu sözləri axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib.

    O bildirib ki, uşaqları öpərkən onların dərisinə müxtəlif infeksiyalar yoluxa bilər:

    Kişilərin üzlərindəki tüklər də körpənin dərisini qıcıqlandıran səbəblərdəndir. Buna görə körpələrin dərisi qabıq qoyur və qızarır.

    Çox öpülən uşaqların dərisi həssas olur. Buna görə körpələrin öpmək düzgün deyil. Valideynlər xüsusilə də küçədə və digər yerlərdə tanımadığı şəxslərin övladlarını öpməsinə icazə verməməlidir.

    Ağız və burun bakteriyaların giriş nöqtəsidir. Hər cür bakteriya və virus körpələrə keçə bilər və onların immun sistemi zəif olarsa, tez-tez xəstələnə bilərlər. Nəfəs yolu infeksiyasına yoluxan şəxslərin körpələri öpməsi isə qətiyyən olmaz”.

  • Xəzərdə batmaq təhlükəsi ilə üzləşənlər xilas olundu

    Bu gün Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Zağulba 3”, “Bilgəh”, “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

  • Şahzadə Dianaya məxsus avtomobil hərracda satılıb

    Şahzadə Dianaya məxsus avtomobil hərracda 52 min funt sterlinqə satılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, 1981-ci ildə Şahzadə Dianaya nişan hədiyyəsi olaraq verilən “Ford Escort Ghia” nın alıcısının kim olduğu məlum deyil. Avtomobildə bacısı Leydi Sara Spenser tərəfindən şahzadəyə hədiyyə olaraq verilmiş gümüş qurbağa maskotu var.

    Qeyd edək ki, şahzadə avtomobili 1982-ci ilin avqust ayına qədər istifadə edib.

  • Обнародовано количество заключенных браков и родившихся детей, зарегистрированное за последние 6 месяцев

    В результате развития экономики страны и роста гражданского оборота количество нотариальных зарегистрированных действий увеличилось на 14% по сравнению с предыдущим периодом и превысило два миллиона.

    Об этом было отмечено на заседании коллегии, посвященном проделанной работе в Министерстве юстиции Азербайджана.

    Заявлено, что в первом полугодии было зарегистрировано около 128 тыс. актов гражданского состояния, более 53 400 случаев рождения детей, а также около 22 тыс. браков – более 20 процентов по сравнению с аналогичным периодом прошлого года.

    Сообщается, что принимаются последовательные меры по совершенствованию системы исполнения судебных решений, которые играют важную роль в повышении эффективности правосудия.

    “За шесть месяцев было успешно реализовано более 345 000 исполнительных документов и обеспечена выплата до 300 млн манатов денежных средств.

    В текущем году более 2 800 электронных браслетов были использованы в отношении лиц, осужденных к ограничению свободы и другим альтернативным наказаниям. С целью более эффективной организации исполнения подобного рода наказаний и усиления контроля за ними создано Бакинское городское управление пробации”.

  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

    Türkiyədə son 24 saat ərzində 228 163 nəfərin COVID-19 testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5496 nəfər təşkil edib.

    45 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, son sutka ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayı 7191 nəfər olub.

  • Koronavirusun kökü 20 min əvvələ dayanır – ARAŞDIRMA

    ABŞ-dan aparılan araşdırmaya görə koronavirusun kökü 20 min əvvələ dayanır.

    Median.Az xəbər verir ki, “Current Biology” jurnalında yayımlanan araşdırmaya görə, Şərqi Asiyada yaşayan insanların DNT-sində koronavirus kimi bir pandemiyanın 20 min əvvəl yaşandığına dair izlərə rastlanılıb.

    Araşdırmada qeyd edilir ki, vaksinasiya ilə pandemiya nəzarət altına alınmasa daha pis nəticələrə gedib çıxa bilər. /medicina.az