Month: June 2021

  • Ölkəmizdə kartof istehsalı artırılacaq

    Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə kartof istehsalının artırılması ilə bağlı layihə reallaşdırılır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinnin sədr müavini Leyla Məmmədova deyib.

    O bildirib ki, koronavirus pandemiyası kənd təsərrüfatı məhsulları istehsalının azalmasına və keyfiyyətin pisləşməsinə gətirib çıxarıb:

    “FAO və bizim agentlik Azərbaycanın kənd təsərrüfatına vurulan ziyanın minimallaşdırılması üçün zəruri tədbirlər görür”.

    Onun sözlərinə görə, bugünədək FAO ilə birgə Azərbaycanın kənd təsərrüfatı sahəsində reallaşdırılmış layihələr yaxşı nəticələr verib.

  • Goranboyda 30 yaşlı qadın bıçaqlandı

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.

    Yaralının vəziyyəti ağırdır.

    İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В ОБСЕ были обнародованы преступления Армении против Азербайджана

    В рамках весенней сессии ПА ОБСЕ состоялось онлайн-заседание Комитета по демократии, правам человека и гуманитарным вопросам.

    Как передает Report, выступившие на заседании члены армянской делегации затронули проблему Нагорного Карабаха и выразили озабоченность по поводу прав и свобод армянских пленных в Азербайджане, а также защиты армянских религиозных и культурных памятников в Нагорном Карабахе.

    Член азербайджанской делегации депутат Амина Агазаде в ответ на замечания армянской стороны заявила, что государства не оккупируют собственные территории, а, наоборот, освобождают их. И это факт, что в 44-дневной войне Азербайджан освободил свои земли и восстановил территориальную целостность. Она отметила, что все культурные и религиозные памятники в Азербайджане являются культурным наследием Азербайджанского государства и народа.

    А.Агазаде донесла до сведения, что в течение 30 лет оккупации Армения проводила систематическую политику по уничтожению, уничтожению и ассимиляции культурного наследия Азербайджана на оккупированных территориях, также так и на территории Армении. Уничтожая исторические памятники, изменяя их архитектурные особенности и проводя “археологические” раскопки, Армения поставила перед собой цель полностью стереть любые признаки азербайджанского присутствия на этих.

    Мечети и другие культовые сооружения, кладбища, археологические памятники, а также музеи, библиотеки и другие культурные объекты были полностью разрушены или разграблены. Мечети были разрушены и превращены в руины. Из 67 мечетей 64 были разрушены или серьезно повреждены. Многие оригинальные азербайджанские культурные объекты подверглись безжалостному вандализму с целью скрыть их происхождение.

    Армения постоянно препятствовала ЮНЕСКО и другим специализированным международным организациям в посещении оккупированных территорий Азербайджана и оценке там состояния культурного наследия, а многочисленные обращения Азербайджана в ЮНЕСКО и другие подобные организации не были удовлетворены. Это, в свою очередь, сыграло роль в формировании у Армении чувства безнаказанности. Перед лицом систематических актов вандализма со стороны Армении Азербайджан был лишен возможности защитить свое культурное наследие.

  • ATƏT PA-nın yaz sessiyasinda Ermənistanın Azərbaycana qarşı cinayətləri açıqlanıb

    ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.

    “Report” xəbər verir ki, iclasda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz nitqlərində Dağlıq Qarabağ mövzusuna toxunaraq, Azərbaycanda olan erməni əsirlərinin hüquq və azadlıqları, Dağlıq Qarabağ ərazisində ermənilərə məxsus dini, mədəni abidələrin qorunmasından narahat olduqlarını dilə gətirib.

    Azərbaycan nümayəndə heyətinin üzvü deputat Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, dövlətlər öz ərazilərini işğal etmir, əksinə, öz torpaqlarını azad edir. Və bu faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütovlüyünü bərpa etmişdir.

    Deputat qeyd edib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir.

    Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamilə silinməsini hədəfləyən məqsədlər qoyub.

    Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilib ya da talan edilib. Məscidlər dağıdılmış və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilib və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyektləri amansız müdaxilələrə məruz qalıb;

    Bu hərəkətlərin umumilikdə 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolunun, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi YUNESCO sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını tərənnüm edir.

    Ermənistan YUNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olmuş, Azərbaycanın bu məqsədlə YUNESCO-ya və digər oxşar təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb. Bu da öz növbəsində Ermənistanın cəzasızlıq hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorunmaq imkanlarından məhrum olub.

    Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərlərini asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir.

    Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan bütün dünya ictimaiyyətinə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıda bilib. Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi” və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqları da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcək.

    Azərbaycan Birləşmiş Millətlər Təşkilatının humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı ayrı-ayrı dövlətlər də daxil olmaqla müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşlıqlı etimad tədbiri kimi mühüm rolunu oynayacaq.

  • Минюст Азербайджана обратился к международным организациям в связи с минной опасностью на освобожденных землях

    Министерство юстиции Азербайджана обратилось к международным организациям в связи с минной опасностью на освобожденных от оккупации территориях.

    Об этом было сказано на коллегии ведомства, которая прошла под председательством главы Минюста Фикрета Мамедова, сообщает Trend.

    Было отмечено, что в этом году Министерство юстиции Азербайджана принимало участие в ряде престижных международных форумов: “Там были сделаны соответствующие призывы в связи с незаконными действиями Армении, в частности по поводу отказа предоставить карты минных полей. Кроме того, были направлены обращения к главам соответствующих ведомств зарубежных стран и влиятельным международным организациям”.

  • NATO-nun xüsusi nümayəndəsi Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsinə münasibət bildirib

    “Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.

    O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.

    NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.

    Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.

  • Ağadadaş Ağayev sağalaraq vətənə döndü – VİDEO

    Türkiyədə ard-arda dörd əməliyyat keçirən Xalq artisti Ağadadaş Ağayev sağalıb vətənə dönüb.

    Sənətkarın yaxın dostları onu qarşılamaq üçün Heydər Əliyev Hava Limanına yollanıb.

    Görüntüləri təqdim edirik:

  • Турция закупит у Украины двигатели для вертолетов

    Турецкая компания Turkish Aerospace Industries (TAI) подписала соглашение с украинской “Мотор Сич” на закупку 14 двигателей для ударных вертолетов тяжелого класса, пишет Hurriyet.

    Согласно заявлению TAI, поставки будут завершены к 2025 году, а первые два двигателя будут переданы уже в сентябре 2022 года.

    Первый полет ударного вертолета тяжелого класса, который будет иметь почти вдвое большую взлетную массу, чем нынешние ATAK, намечен на 2023 год.

    Компания Turkish Aerospace, основанная в 1973 году, является технологическим центром в области проектирования, разработки, производства и интеграции аэрокосмических систем в Турции.

    TAI уже имеет опыт производства и модернизации ударных вертолетов – для турецкой армии сейчас производятся лицензированные копии итальянского геликоптера AW129, который в Турции известен как T129 ATAK.

  • Son 6 ayda qeydə alınan doğum və nikahın sayı açıqlanıb

    Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb.

    Bu barədə Ədliyyə Nazirliyində görülmüş işlərə və dövlət başçısının tapşırıqlarının icrasına həsr olunan kollegiya iclasında qeyd edilib.

    Bildirilib ki, birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53 400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox – 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

    “Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.

    Cari ildə həmçinin azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2 800-dən çox elektron qolbaq tətbiq edilib, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb”, – kollegiyada vurğulanıb.

  • Путин высказался о восстановлении Советского Союза

    Президент Росси Владимир Путин считает восстановление Советского Союза невозможным.

    Об этом сообщает ТАСС.

    “Восстанавливать Советский Союз бессмысленно, невозможно по целому ряду причин и даже нецелесообразно, имея в виду демографические процессы в ряде республик бывшего Советского Союза”, – заявил он в среду, 30 июня, во время ежегодной прямой линии.

    По его словам, это чревато возникновением социальных вопросов, которые будет невозможно решить, и проблемами размывания государствообразующего этнического ядра.