Month: June 2021

  • Xaçmazda axtarışda olan şəxs tutuldu

    Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan şəhər sakini Ə.İbadov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 115 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

  • FAO Azərbaycanın ət və süd məhsulları bazarlarına dəstək göstərəcək

    Azərbaycanda qoyunçuluq bir sahə kimi kənd yerlərində qidalanma (ət və pendir) və dolanışıq üçün əsas gəlir mənbəyidir. Əlavə olaraq yerli istehlakdan və ixrac bazarından artan tələb bu fəaliyyət sahəsi üçün yeni imkanlar yaradır.

    Bu barədə Kənd Təsərüffatı Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, xırdabuynuzlu damazlıq heyvan yetişdiricilərinin qarşılaşdıqları bir çox problemi nəzərə alaraq, qoyun yetişdirilməsində strateji baxış və istiqamətin müəyyən olunması üçün “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” Layihəsi çərçivəsində ölkədəki mövcud qoyunçuluq sisteminin qiymətləndirilməsi prosesi həyata keçirili.

    25 iyun tarixində FAO-nun Azərbaycandakı Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli mütəxəssislər və fermerlər qrupunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda Qoyunçuluq Strategiyasına dair Qiymətləndirmə Hesabatı damazlıq işi üzrə beynəlxalq mütəxəssis Maite Lasarte tərəfindən təqdim edildi.

    Tədbir zamanı iştirakçılar Azərbaycanda qoyunçuluqda mövcud vəziyyəti və inkişaf perspektivlərini, habelə beynəlxalq mütəxəssis Maite Lasarte 2020-ci ildə ölkəyə səfəri zamanı aparılan qiymətləndirmənin nəticələrini müzakirə etdilər.

    Hesabat qoyun cinslərinin qiymətləndirilməsini (siyahıya alma, fenotipik xüsusiyyətlərin müəyyən olunması), əsas maraqlı tərəflərin müəyyən olunmasını və ölkədə dayanıqlı damazlıq strategiyasını təyin etmək üçün fəaliyyət planını əhatə edir. Hesabatda həmçinin Damazlıq Strategiyası İşçi Qrupun yaradılması, pilot bölgələrdə seminarın təşkili və fermerlərin damazlıq strategiyası proseslərinə cəlb edilməsi, ilkin fenotipik xüsusiyyətlərin müəyyən edilməsi və damazlıq proqramlarının hazırlanması kimi qısa, orta və uzun müddətli tövsiyələr də yer alıb.

    Görüşdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova kənd təsərrüfatının, o cümlədən xırdabuynuzlu heyvan yetişdirilməsinin ikinci böyük məşğulluq mənbəyi kimi milli iqtisadiyyatda mühüm rol oynadığını qeyd edib: “FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığımız çox səmərəlidir və xüsusilə bu layihə çərçivəsində təklif olunan tövsiyələrin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafına kömək edəcəyinə əminik”.

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Birləşmiş Millətlər Təşkilatının heyvan sağlamlığı və yetişdirilməsi sahəsində aparıcı qurumudur və heyvandarlıq sektorunun yaxşılaşdırılmasında texniki yardım göstərməkdə uzunmüddətli təcrübəyə malikdir. Heyvanların sağlamlığı və yetişdirilməsi sahəsində mövcud təcrübəsi ilə FAO heyvandarlıq sektorunun dayanıqlı inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birgə çalışır.

    “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilir. Layihə heyvandarlıq sektorunun dayanıqlı inkişafını və ət və süd məhsulları bazarlarını yaxşılaşdırmağı hədəfləyir.

  • “Facebook”un bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib

    ABŞ-ın texnologiya nəhəngi “Facebook” şirkətinin bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, onun səhmlərinin ötən gün 4,2% bahalaşmasından sonra olub.

    Son nəticədə sosial şəbəkənin qurucusu Mark Zukerberq bir günə sərvətini, təxminən, 5 milyard dollar artıraraq 123 milyard dollardan 128 milyard dollara çatıb və ölkənin digər texnologiya nəhəngi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi geridə qoyaraq dünyanın 4-cü ən varlı insanına çevrilib.

    “Facebook” ABŞ-da bazar dəyəri 1 trilyon dolları keçən 5-ci şirkətdir. Digər 4 şirkət “Apple” (2,3 trilyon dollar), “Microsoft” (2 trilyon dollar), “Amazon” (1,7 milyard dollar) və “Alphabaet” (“Google”, 1,7 milyard dollar) sayılır. Dünyanın digər ilk 3-lüyə düşmüş zəngin insanları isə Cef Bezos (198,3 milyard dollar), Bernard Arnault (192,1 milyard dollar) və Elon Musk (169,3 milyard dollar) hesab edilir.

  • ABŞ-da koronavirusa yoluxmanı əks etdirən maska hazırlanıb

    ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc edilmiş məqalədə məlumat verilir.

    İnstitutun mütəxəssisləri Harvard Universitetindən olan həmkarları ilə birgə taxılıb-çıxarılan kiçik cihaza malik maska prototipi yaradıblar.

    Maskanı taxandan təxminən saat yarım sonra cihaz nəticəni təqdim edir. Məxfiliyi qorumaq məqsədilə cihaz elə qurmaq olur ki, onun məlumatları ətrafdakılara görünməsin.

    Məqalədə qeyd edilir ki, bu tip cihazlardan hələ Ebola və Zika viruslarına yoluxmanı aşkarlamaq üçün də istifadə edilib.

    Xatırladaq ki, epidemiyanın baş qaldırmasından sonra ABŞ-da 33,6 milyon insan koronavirusa yoluxub, onlardan 604 min nəfəri vəfat edib. Hər iki göstərici baxımından ölkə dünya üzrə birinci pilləni tutur.

  • DİN: Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil

    “Əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.

    Bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:

    “Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.

    DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:

    “Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.

  • Messi Argentina millisində yeni rekorda imza atdı

    İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.

    34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub.

    Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb.

    Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək.

  • Suriyada terrorçular zərərsizləşdirildi

    Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin iki döyüşçüsünü zərərsizləşdirib.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

    Məlumata görə, PKK/YPG terrorçuları “Barış pınarı” əməliyyatı zonasına girməyə çalışıb, amma vaxtında aşkar ediliblər və xüsusi təyinatlı dəstənin döyüşçüləri tərəfindən zərərsizləşdiriliblər.

    PKK terrorçuları ötən əsrin 80-ci illərinin ortalarında Türkiyədə bir sıra terror aktları həyata keçiriblər.

  • На международных учениях “Анатолийский орел – 2021” выполнены задачи по ведению воздушных боев – ВИДЕО

    На международных летно-тактических учениях “Анатолийский орел – 2021”, проходящих в турецком городе Конья с участием летных составов из разных стран, военные пилоты Военно-воздушных сил (ВВС) Азербайджана выполнили очередные задачи.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    Обнаружив наземные цели условного противника с помощью лазерных приборов наблюдения, военные пилоты ВВС Азербайджана нанесли удары по ним и выполнили задачи по ведению воздушных боев.

  • Azərbaycan qırıcılarının Türkiyədəki təlimindən görüntülər – VİDEO

    Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.

  • İçkilərin saxlama müddətini saxtakarlıqla artıran sex barəsində araşdırılma başladıldı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Muğanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirib.

    AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

    Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti 30 gün olduğu halda, heç bir əsas olmadan 60 gün artırılaraq 90 gün qeyd edildiyi məlum olub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

    Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.