Month: June 2021

  • Nazirlik rəsmisi son günlər ölkədə baş verən yanğınlardan DANIŞDI

    “Azərbaycan meşəsi az olan ölkələr siyahısındadır və cəmi 12 faizə yaxın ərazi meşə ilə örtülüb. Hətta lokal bir yanğın da arzuolunmazdır”.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır:

    “Çox hallarda taxıl biçəndən sonra həmin ərazinin yandırılması baş verir. Belə bir mülahizələr var ki, taxıl biçildikdən sonra ərazinin yandırılması oradakı həşarətləri məhv edəcək və məhsuldarlıq artacaq. Bu, tamamilə cəfəngiyyatdır.

    Əksinə bu cür yanğın etməklə torpağın münbit qatı məhv olur və nəticədə növbəti illərdə sahibkar orada əkinə başlayanda dəfələrlə xərc qoymalı olur”.

    H.Əlizadə qeyd edib ki, yanğın hadisələrinin baş verməməsi üçün davamlı olaraq insanlarla maarifləndirilmə işləri aparılır:

    “Davamlı olaraq dövlət qurumları ilə birlikdə sakinlərlə görüş keçirilir, məlumatlandırılır. Yanğın hadisələrini törədən şəxslər barədə cəza tədbirləri görülür. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə (Əkin yerinin yandırılmasına görə) görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə olaraq, Cinayət Məcəlləsinə də 260-1-ci maddəsi ilə yanğına yol verən şəxslər bir ilə kimi azadlıqdan məhrum edilə bilər”.

    O əlavə edib ki, yanğın hadisələri aran və cənub bölgəsində daha çox qeydə alınır.

  • Ermənistanda susuz qalan kəndlilər yolu bağladılar

    Ermənistanda Şirak vilayətinin bir neçə kəndinin sakinləri İrəvan-Gümrü magistral yolunun Beniamin kəndi yaxınlığındakı hissəsini bağlayıblar.

    “Sputnik Ermənistan” xəbər verir ki, kənd sakinləri səlahiyyətlilərdən suvarma suyunun təchizatı ilə bağlı məsələnin təcili həll edilməsini tələb edirlər.

    Onların fikrincə, isti hava və yağışın olmaması kənd təsərrüfatına xeyli ziyan vurur. Bu məhsulun həm keyfiyyətinə, həm də miqdarına təsir göstərə bilər.

    Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır.

  • Sabah Bakıda 32 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 23-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    İyunun 30-u və iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • 50 nəfərlik toylarda rəqs edərkən maska taxmaq lazımdır? – DİN-dən AÇIQLAMA

    “Əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.

    “Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:

    “Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.

    DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:

    “Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.

  • Məzahir Əfəndiyev: “Qarabağda gedən sürətli bərpa işləri davamlı inkişafın carçısıdır”

    Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib.

    Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

    O qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi:

    “Birinci Qarabağ Müharibəsi ölkəmiz üçün ağır itkilərlə nəticələndi. Belə ki, iqtisadi potensialın məhv edilməsi, inkişafın dayanması, eyni zamanda qaçqın və məcburi köçkünlərin sayının artması ölkəmizi böyük humanitar fəlakətin astanasında qoydu.

    Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı, tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı.

    Keçən müddət ərzində Ulu Öndərin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

    Bu dövr ərzində Cənab Prezident 30 ildir həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətinə başladı.

    Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynayıb. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, uzun və ortamüddətli kompleks tədbirləri özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi. Eyni zamanda şəffaflığın gücləndirilməsinə xidmət edən və fiskal gəlirlərə birbaşa təsir göstərən proqram və layihələr iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritet oldu.

    Bu baxımdan qürurla qeyd edə bilərik ki, görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir, baxmayaraq ki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Həmçinin diqqətə layiq məqamdır ki, ölkəmizin valyuta ehtiyatları xarici borcumuzu altı dəfə üstələyir. İqtisadi müstəqilliyimizin nümunəsi olaraq keçdiyimiz günlərdə Azərbaycanın Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi güzəştli kreditdən imtina etməsini də qeyd edə bilərik.

    Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü ilə bağlı etdiyi çıxışda vurğuladığı kimi: “Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”.

    Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin əyani təsdiqidir.

    Bu gün isə Qarabağda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada və xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcəkdir”.

  • Житель Агдаша задержан за выращивание конопли

    Сотрудники Агдашского районного отдела полиции по подозрению в незаконной культивации наркосодержащих растений задержали жителя села Агзыбир Мохлата Алиева, сообщает шекинская региональная группа пресс-службы МВД.

    В ходе обыска по месту проживания во дворе его дома было обнаружено 66 кустов конопли общим весом 9 кг 130 г.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Həyətində narkotik tərkibli bitkilər becərən şəxs saxlanıldı

    Ağdaşda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ağzıbir kənd sakini Möhlət Əliyev saxlanılıb.

    Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 9 kiloqram 130 qram olan 66 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. M.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • Состояние здоровья Абида Шарифова ухудшилось

    Бывший заместитель премьер-министра Азербайджана Абид Шарифов госпитализирован, передает manset.az.

    Причиной его госпитализации стали проблемы с почками, однако выяснилось, что помимо них есть и другие.

    По словам А.Шарифова, в настоящее время он продолжает лечение дома.

    “Сейчас я в плохом состоянии. Обратился в больницу, но из-за коронавируса отказался от дальнейшей госпитализации, лечусь дома. Испытываю множество проблем со здоровьем, не счесть…”, – сказал он.

  • Abid Şərifovun vəziyyəti pisləşdi

    Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib.

    Manset.az xəbər verir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orada çoxsaylı problemlərinin olduğu ortaya çıxıb.

    Bu barədə danışan Abid Şərifov daha sonra virusa görə xəstəxanada deyil, evdə müalicələrinin davam etdiyini bildirib:

    “Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram. Bununla yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz…”

  • Azərbaycanda son yeddi gün ərzində neçə nəfəri gün vurub? – AÇIQLAMA

    Azərbaycanda 22-29 iyun tarixlərində 19 nəfəri gün vurub.

    Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

    Məlumata görə, 12 nəfərə yerində yardım göstərilib ki, onlardan beşi uşaq olub.

    Eləcə də iki uşaq və beş böyük şəxs xəstəxanaya yerləşdirilib.