Month: June 2021

  • İlan sancan şəxslərin sayı AÇIQLANDI – RƏSMİ

    “Cari ay ərzində müraciətlərin çoxu ilan sancmaları ilə bağlıdır. Təkcə bu ay ərzində 16 nəfər ilan sancması ilə müraciət edib ki, onlardan da dörd nəfəri azyaşlıdır”.

    Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

    Həkim bildirib ki, iyunun 1-dən bu günə qədər Bakıətrafı kəndlərlə yanaşı, regionlardan da ilan sancması ilə bağlı müraciətlər çox olub:

    “Həkimlərimiz dörd dəfə qruplar halında rayonlara; Qəbələ, Tovuz, Qazaxa gedərək vətəndaşlara xidmət göstəriblər. İlan sancması ilə ağır vəziyyətə olan xəstələr olub ki, onlar həkim nəzarəti altında 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə gətiriblər.

    Bununla yanaşı müraciətlər arasında dörd nəfər sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Hazırda vəziyyətləri ağırdır. 12 nəfər allergik reaksiya ilə müraciət edib ki, onların da iki nəfəri azyaşlıdır. Daha 17 nəfər isə dərman zəhərlənməsi ilə müraciət edib. Cari ay ərzində müraciət edənlər arasında ölüm halı olmayıb”.

    A.Maqsudov gürzə sancmasının daha çox Aran rayonlarından, Bərdə, Yevlax, Qəbələ, Qazax, Şamaxı, Şirvan, Hacıqabul rayonlarında çoxluq təşkil etdiyini qeyd edib.

  • В санаториях Азербайджана выявлены нарушения

    В ряде учреждений, находящихся в ведении Министерства здравоохранения Азербайджана, выявлено неполное соблюдение общих санитарно-гигиенических правил, а также недостатки в ведении медицинской документации.

    Об этом сообщила советник отдела организации здравоохранения ведомства Айнура Зейналова, комментируя результаты мониторинга в лечебных санаториях.

    По ее словам, в ведении Минздрава находятся 11 учреждений санаторно-курортного типа, из которых три – туберкулезные, остальные – санатории соматического типа.

    “В ходе мониторинга в ряде учреждений выявлено неполное соблюдение общих санитарно-гигиенических правил, а также недостатки в ведении медицинской документации. В связи с этим руководителям центров даны рекомендации. Результаты мониторинга будут проанализированы в министерстве и приняты соответствующие меры”, – отметила А.Зейналова.

    При этом советник подчеркнула, что общая ситуация в большинстве санаториев была удовлетворительной.

    “Соматические санатории принимают детей по возрастным группам, например, Республиканский детский санаторий принимает детей в возрасте до 17 лет, Детский соматический санаторий № 3 – от шести до 14 лет, а Детский соматический санаторий № 4 – от шести до 16 лет. Можно обратиться в учреждение, получив направление (форма 076) из детской территориальной поликлиники.

    В лечебных санаториях с матерями могут оставаться только дети в возрасте до шести лет и с ограниченными возможностями в возрасте от двух до 17 лет. В санатории в основном принимают детей с хроническими заболеваниями (верхних дыхательных путей, опорно-двигательного аппарата, желудочно-кишечного тракта, детей с частыми заболеваниями в анамнезе, церебральным параличом, легкими формами железодефицитной анемии и др.). Здесь дети получают такие лечебные процедуры, как физиотерапию, лечебную физкультуру, витаминотерапию, водные процедуры, массаж, климатотерапию. Хочу довести до сведения родителей, что дети с хроническими заболеваниями, два раза в год могут проходить лечение в следующих санаториях:

    1. Детский неврологический санаторий № 7;

    2. Детский противотуберкулезный санаторий №3;

    3. Детский противотуберкулезный санаторий №5;

    4. Детский соматический санаторий №4;

    5. Детский соматический санаторий №1;

    6. Детский соматический санаторий №6;

    7. Детский соматический санаторий №5;

    8. Детский соматический санаторий №3;

    9. Республиканский детский санаторий;

    10. Санаторно-курортный реабилитационный центр;

    11. Республиканский противотуберкулезный санаторий для детей и подростков им. проф. Гиндеса.

  • Sanatoriyalarda nöqsanlar aşkarlandı – RƏSMİ

    Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib.

    Bu barədə Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verərkən deyib.

    O bildirib ki, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır:

    “Monitorinqlər zamanı nöqsanlar aşkarlanan müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olub.

    Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər.

    Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anemiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

    – 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası
    – 3 saylı Uşaq Vərəm Sanatoriyası
    – 5 saylı Uşaq Vərəm Sanatoriyası
    – 4 nömrəli Uşaq Somatik Sanatoriyası
    – 1 nömrəli Uşaq Somatik Sanatoriyası
    – 6 nömrəli Uşaq Somatik Sanatoriyası
    – 5 nömrəli Uşaq Somatik Sanatoriyası
    – 3 nömrəli Uşaq Somatik Sanatoriyası
    – Respublika Uşaq Sanatoriyası
    – Sanator-Kurort Reabilitasiya Mərkəzi
    – Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası”.

  • Masazırda beş gündür niyə su yoxdur? – AÇIQLAMA

    Abşeron rayonu Masazır qəsəbəsində beş gündür su yoxdur.

    Bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.

    Məlumata görə, söhbət Masazır qəsəbəsinin Cantəpə adlanan ərazisindən gedir.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, Masazır qəsəbəsinin Cantəpə adlanan ərazinin hündür nöqtələrində suyun verilişində çətinlik var:

    “Ərazinin bir hissəsində suyun verilişində çətinlik var. Orada nasosxanamız işləyir, əraziyə suyun verilişi təmin edilir. Lakin ərazidə əhalinin sayının artması, şəbəkənin genişləndirilməməsi və sudan suvarma məqsədilə istifadə hidravlik rejimin pozulmasına gətirib çıxarıb. Bu da ucqar nöqtələrə, eləcə də Cantəpə ərazisinin bir hissəsinə içməli suyun verilməsində çətinlik olub.

    Məsələ ilə bağlı aidiyyəti üzrə Abşeron Sukanal İdarəsinə məlumat verilib. Ötən həftənin şənbə-bazar və bu həftənin 1-ci günü Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Azərsu” ASC tərəfindən su maşınları ilə əraziyə su vermişik. Bu gün də nasosxana ərazisində suyun vurulması prosesi davam edir. Çalışırıq ki, suyun təzyiqi artırılsın və ucqar nöqtələrə suyun verilməsində çətinlik yaranmasın. Yaranan çətinliklərin səbəblərindən biri də həmin ərazilərdə insanların tikinti normalarına uyğun gəlməyən fərdi şəbəkələrinin çoxluq təşkil etməsidir. Sudan daha çox suvarma məqsədilə istifadə də ucqar nöqtələrə içməli suyun verilişinə problem yaradır”.

  • Xocavənddə silah arsenalı aşkar edilib

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə keçirilən profilaktiki tədbirlər nəticəsində xeyli sayda silah aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən dörd avtomat, bir tank əleyhinə raket qurğusu, bir AQS-17 qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4 600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Как разрешение на проведение свадеб повлияло на рынок золота? – ВИДЕО

    Как известно, организация свадебных торжеств вызывает оживление на рынке золота. Растет прибыль от реализации драгоценных металлов. Снятие двухлетнего запрета на празднование свадеб увеличило спрос на ювелирные украшения в пять раз. Продавцы отмечают рост числа покупателей, а также цен на золото за последние дни.

    Подорожание заметили и покупатели.

    С 1 июля в Азербайджане разрешено проведение свадебных торжеств с участием 50-150 гостей при соблюдении установленных требований в связи с пандемией коронавируса.

    Подробности – в сюжете Baku TV:

  • Toyların açılması qızıl bazarına necə təsir etdi? – VİDEO

    Məlum məsələdir ki, toy şənliklərinin keçirilməsi həm də qızıl bazarında canlanma yaradır. Qiymətli metalın alqı-satqısının artması həm də külli miqdarda gəlir deməkdir. İki ilə yaxın qadağadan sonra toylara verilən icazə qızıl almaq istəyənlərin sayını 5 dəfə artırdı. Satıcılar da son günlər müştəri sayının artdığını və qızılın qiymətinin qalxdığını dedilər.

    Alıcıların da bəzisi qiymətlərin baha olduğunu deyir. Bir qisim insan isə düşünür ki, əsas toydur, qiymət önəmli deyil.

    Qeyd edək ki, iyulun 1-dən etibarən ölkə ərazisində 50-150 nəfər arası toy şənliklərinin keçirilməsinə icazə verilib. Amma bunun müqabilində tələb edilən şərtlərə əməl olunmalıdır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Продлен срок ареста экс-руководителя аппарата ИВ Баку

    Состоялся очередной судебный процесс над экс-руководителем аппарата Исполнительной власти города Баку Расимом Гулиевым.

    Об этом сообщает unikal.org.

    В ходе процесса под председательством судьи Аббаса Рзаева в Бинагадинском районном суде срок избранной в отношении Р.Гулиева меры пресечения был продлен еще на 3 месяца.

    Расим Гулиев заявил, что подаст апелляцию на данное решение.

    Отметим, по факту незаконной выдачи жилищно-строительному кооперативу (ЖСК) FF-2011 разрешения на снос жилых домов на улице Диляры Алиевой Насиминского района Баку, а также жилого дома, охраняемого государством в качестве памятника культуры местного значения, и строительства на их месте новых в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре возбуждено уголовное дело.

    У следствия возникли обоснованные подозрения в том, что экс-руководитель аппарата, и.о. замглавы Исполнительной власти столицы Расим Гулиев, в целях получения преимущества в качестве должностного лица, выполняющего организационно-распорядительные функции, лично подписал распоряжение главы ИВ №346 от 31 мая 2018 года о строительстве офисных и жилых зданий на территории Насиминского района. При этом ЖСК не учел наличие на указанной территории охраняемого государством жилого объекта 1893 года постройки и осуществил незаконный снос квартир, жилых и нежилых помещений, а также нарушил ряд других условий проведения строительных и демонтажных работ.

    По указанным фактам Р.Гулиеву были предъявлены обвинения по статьям 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) и 314-2.3 (выдача разрешения на проведение строительных или монтажных работ с нарушением установленных законом правил, повлекшее тяжкие последствия) Уголовного кодекса. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

  • Azərbaycanda sabiq məmurun həbs müddəti artırıldı

    İyunun 26-da Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin növbəti məhkəmə prosesi keçirilib.

    Unikal.org-un məlumatına görə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə baş tutan proses zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

    Rasim Quliyevin bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilib .

    Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da “FF-2011” Mənzil Tikinti Kooperativinin həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

    Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Обнародовано число получивших в мае соцпособия и пенсии

    В Азербайджане в мае 2021 года число получателей ежемесячных соцпособий и пенсий превысило 695 тыс. человек.

    Об этом сообщили в Государственном фонде социальной защиты (ГФСЗ) при Министерстве труда и соцзащиты населения.

    Из них более 399 тыс. получили пособия, а более 295 тыс. – пенсии.