Month: June 2021

  • Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı

    Bakıda 2014-cü il təvəllüdlü uşağa təcavüz edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə uşağın anası Ü.A. polisə müraciət edib.

    O bildirib ki, evində təmir işləri görən usta yeddi yaşlı oğluna qarşı seksual xarakterli hərəkət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu şəxslərin maaşından pul tutulacaq

    Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib.

    Median.Az report-a istinadən xəbrə verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Qərarla qaydanın 3.4-cü bəndi yeni redaksiyada verilir.

    Yeni redaksiyaya əsasən, aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.

    Qaydanın hazırkı variantı varinatı isə belədir: “Aylıq vəzifə maaşına əlavəyə gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir”.

  • Ötən həftə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mayın 31-dən bu günə qədər işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

    ANAMA-dan verilən xəbərə görə, mayın 31-dən iyunun 5-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 224, tank əleyhinə 36 mina, 42 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

    Bu müddət ərzində 159 ha ərazi mina və PHS-lərdən təmizlənib.

  • Будут перебои в подаче воды в городе Кюрдамир и некоторых селах – ЗАЯВЛЕНИЕ

    На водопроводе Кюлюллю-Кюрдамир произошла авария.

    Об этом говорится в сообщении ОАО “Азерсу”.

    Отмечается, что в связи с этим возникли перебои в обеспечении питьевой водой города Кюрдамир, а также некоторых сел, расположенных вдоль водопровода.

    Продолжаются работы по устранению последствий аварии.

    ОАО “Азерсу” приносит извинения абонентам за доставленные неудобства.

  • Ermənistanda son sutkada daha 32 nəfər koronavirusa yoluxub

    Ermənistanda son sutkada 32 nəfər koronavirusa yoluxub.

    Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin məlumatına görə, ölkədə ümumilikdə virusa yoluxanların sayı 223 212 nəfərə çatıb.

    Ötən 24 saat ərzində Ermənistanda daha 5 nəfər COVID-19-dan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4463 nəfərə çatıb.

  • Проживающие в России азербайджанцы обратились к Генеральному прокурору страны Игорю Краснову – ФОТО

    Консультативный совет “Межрегиональной ассоциации азербайджанцев России” и председатель правления региональной общественной организации “Азербайджанская диаспора Архангельской области” Тарлан Гасымов обратились к Генеральному прокурору РФ Игорю Краснову.

    В обращении сказано, что во время трагического инцидента 28 мая 2021 года в Мошковском районе Новосибирской области гражданин Векил Абдуллаев был убит сотрудником Государственной дорожной полиции РФ (ГДП) Александром Гусевым. Было отмечено, что не исключается совершение преступления непреднамеренно и по неосторожности.

    Также заявлено, что на видео, размещенном в социальных сетях и СМИ, видно, что сотрудник ГДП выстрелил в Векила Абдуллаева, который не представлял угрозы, и в этой ситуации не было необходимости в применении огнестрельного оружия: “Понятно, что Гусев поступил непрофессионально и безответственно. Его неосторожные действия привели к гибели 19-летнего азербайджанца”.

    Подчеркивается, что в настоящее время в СМИ и социальных сетях ведутся широкие обсуждения, при этом некоторые лица делают безответственные заявления, в частности, мнение сотрудницы телеканала Russian Today – члена Общественной палаты РФ Марии Бутиной о том, что она одобряет действия совершившего убийство сотрудника ГДП, вызвало споры, которые могут привести к обострению ситуации в стране.

    Отметив, что провокационное заявление Бутиной может помешать всестороннему, полному и объективному расследованию, наши соотечественники призвали Игоря Краснова принять соответствующие меры в отношении Марии Бутиной и взять под личный контроль следствие по данному уголовному делу.

  • Moskvada “Şimal-Cənub” politologiya mərkəzi və “Baku Network”un birgə təşkilatçılığı ilə Xəzər konfransı keçirilir

    İyunun 7-də “Şimal-Cənub” politologiya mərkəzi “Baku Network” ekspert şurası ilə birgə Moskvada “Rusiya və Azərbaycan layihələri – Xəzər regionunun inkişaf drayverləri. Xəzər iqtisadi forumuna doğru” adlı beynəlxalq forum keçirir.

    Median.Az Trend-ə istinadən bildirir ki, tədbirin moderatoru qismində “Baku Network” ekspert şurasının direktoru, Valday klubunun eksperti Gülnarə Məmmədzadə iştirak edir.

    Konfransda Trend BİA-nın baş direktorunun müavini, “Valday 2030” layihəsinin iştirakçısı Emin Əliyev, həmçinin azərbaycanlı və rusiyalı dövlət xadimləri, alimlər və ekspertlər: Milli Məclisin deputatı Rasim Musabəyov, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, “Valday” beynəlxalq müzakirə klubunun eksperti Fərhad İbrahimov, Rus İqtisad Məktəbinin direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov, Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Stanislav Pritçin, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev, “Geosiyasi ekspertizalar mərkəzi” beynəlxalq qeyri-kommersiya fondunun direktoru Valeri Korovin, Həştərxan vilayətinin beynəlxalq əlaqələr agentliyi rəhbərinin müavini İlya Toropitsın, Beynəlxalq Avrasiya Hərəkatının Avrasiya İqtisadi Klubunun rəhbəri Mixail Anisimov və “Lotos” səhmdar cəmiyyətinin baş direktoru Sergey Miluşkin iştirak edir.

    Beynəlxalq dəyirmi masanın iştirakçılarını Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Kazbek Xadikov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, “Baku Network” beynəlxalq siyasət və təhlükəsizlik mərkəzinin direktoru Gülnarə Məmmədzadə və “Şimal-Cənub” politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova salamlayıb.

    Konfrans zamanı aşağıdakı məsələlərin müzakirəsi planlaşdırılır:

    Xəzər iqtisadi forumu – region dövlətlərinin əməkdaşlığı yolunda vacib addım.

    Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı – Xəzər regionu üçün aktual gündəm.

    Xəzər regionu və “Şimal-Cənub” nəqliyyat dəhlizi – resurs logistika potensialı.

    Xəzər regionunun təhlükəsizliyinin aktual problemləri – yeni risklər və çağırışlar. Problemləri birgə həll edirik.

    Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafının ekoloji aspektləri.

    Xəzər inteqrasiyasının Həştərxan müstəvisi.

  • Все заместители министра иностранных дел Армении подали в отставку

    Заместители главы МИД Армении в полном составе подали заявления об отставке.

    Об этом сообщила пресс-служба армянского внешнеполитического ведомства, пишет ТАСС.

    “Все заместители министра иностранных дел Армении подали заявления об отставке, которые на прошлой неделе были отправлены в канцелярию премьер-министра, с соответствующими прошениями”, – говорится в сообщении.

  • Azərbaycanda “Pfizer” vaksinin istifadəsinə başlandı

    Bu gündən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə “Pfizer” vaksinin istifadəsinə başlanılıb.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılıb.

    18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

    Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

    Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

  • İsveçrə Azərbaycanda iqtisadi layihələri üçün 12 milyon dollar ayıracaq

    İsveçrə Cənubi Qafqaz üçün 2022-2025-ci illər üzrə regional əməkdaşlıq strategiyası hazırlayır.

    Bu barədə Trend-ə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

    Qeyd olunur ki, bu layihə çərçivəsində SECO Azərbaycanda iqtisadi əməkdaşlıq layihələri üçün 12 milyon dollar vəsait ayırmağı planlaşdırır:

    “SECO Azərbaycanda Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyaı tərəfindən reallaşdırılan aqrar biznesin rəqabətqabiliyyətliliyi və investisiya mühiti lahiyəsinə maliyyə dəstəyi göstərir. Bu layihə Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini dəstəkləyir.

    Layihə keyfiyyətli toxumlara çıxış imkanını genişləndirir, aqrar biznes sahəsində dəyər yaratma zəncirinin tənzimlənməsinin optimallaşdırılmasını təmin edir və kənd təsərrüfatı müəssisələri üçün aqrar-maliyyə alətlərinə, kredit və digər məhsullara çıxış imkanlarını artırır”