Month: June 2021

  • Sumqayıt sakini küçədə döyülərək qətlə yetirildi

    Sumqayıt sakini küçədə tanışı tərəfindən döyülərək qətlə yetirilib.

    Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, iyunun 06-da şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

    İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Çavuşoğlu Fransaya çağırış etdi

    Cənubi Qafqazda Azərbaycanla Ermənistanın rifahını təmin edəcək dayanıqlı sülhü Fransa ilə birlikdə dəstəkləyə bilərik.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L’Opinion” qəzetində dərc olunan məqaləsində yazıb.

    O bildirib ki, tarixin siyasi məqsədlər üçün istifadə olunması və təhrifi heç bir zaman ədalətin bərpa olunmasımı təmin etməyib:

    “Əgər radikal ermənilərin əsassız tələblərinin Türkiyə-Fransa münasibətlərinə xələl gətirməsinin qarşısı alınarsa, iki ölkə birgə səylərlə Cənubi Qafqazın firavanlığı üçün daha çox töhfə verə bilər”.

  • Sürüşmə təhlükəsi olan binalar – VİDEO

    Median.Az REAL TV-yə istinadən sürüşmə təhlükəsi olan binaları təqdim edir. Xətai RİH problemin yaxın zamanlarda aradan qaldırılacağına söz verib.

  • Еще пятеро участников Отечественной войны вернулись в Азербайджан после лечения в Турции – ФОТО

    Еще пятеро азербайджанских военнослужащих, получивших тяжелые ранения во время Отечественной войны и отправленных Фондом YAŞAT на лечение в Турцию, вернулись на родину после выздоровления.

    Это Арзу Алиев, Махияддин Зейналов, Музаффар Аббасов, Самеддин Ахмедов и Кямал Аббасов.

    В ближайшее время они будут обеспечены необходимыми лекарственными препаратами.

    В настоящее время на обследовании, лечении и реабилитации в Турции находятся еще 63 участника Отечественной войны.

    Напомним, что для упрощения процесса подачи заявок в Фонд YAŞAT и обеспечения прозрачности, функционирует портал yashat.gov.az. Ознакомиться с отчетностью фонда можно по ссылке: https://yashat.gov.az/report/tableau.

    Также работает колл-центр фонда – 8110.

  • Kambocada məşhur siçovul təqaüdə çıxır – VİDEO

    Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış “Maqava” ləqəbli siçovul təqaüdə çıxır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, gəmirici beş illik karyerası ərzində Kambocada 71 mina və 38 partlamamış mərminin yerini müəyyənləşdirib.

    “Maqava” Belçikada qeydiyyata alınmş “Aroro” xeyriyyə təşkilatında heyvanlara yerüstü minaların aşkar edilməsini öyrədən təlim keçib. Təlimlərdə siçovulları qoxu ilə partlayıcı maddənin mövcudluğunu müəyyən etməyə öyrədirlər, bunun sayəsində onlar adi metal qırıntısına əhəmiyyət vermirlər. Heyvanlar yalnız partlayıcı maddəni tapıb, torpağı qazmağa başlayırlar və bu zaman işlərə artıq insanlar da qoşulurlar. “Maqava” tennis kortu ölçüsündə ərazini cəmi 20 dəqiqə ərzində axtarmağa qadirdir.

    “Maqava” özünün parlaq beş illik karyerası ərzində kişilərin, qadınların və uşaqların həyatlarını gizli minalardan və müharibənin başqa öldürücü qalıqlarından birbaşa xilas edib. Onun hər tapıntısı Kamboca sakinləri üçün travmalar və ya ölüm riskini aşağı salırdı”, – təşkilat yazıb.

    “Maqava” ötən ilin sentyabrında qəhrəmanlığına görə, PDSA qızıl medalı ilə mükafatlandırılıb. Bu mükafatı heyvanlar üçün “Georgi xaçı” adlandırırlar. O, xeyriyyə təşkilatının 77 illik tarixində mükafat almış ilk siçovuldur. Daha əvvəl itlər, pişiklər, atlar və göyərçinlər bu mükafatları alıb.

    “Maqava” yeni təlim keçənləri öyrətmək üçün daha bir neçə həftə qalacaq.

  • Azərbaycan Qran Prisi Formula 1-in ən baxımlı yarışı olub – “İzvestiya”

    Formula 1 Azərbaycan Qran-prisi son illər ərzində baxımlılığına görə ən yaxşı yarış olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazır.

    Qeyd olunur ki, yarışda gərginlik sona beş dövrə qalmış lider Maks Ferstappenin bolidinin təkərinin deşilməsi ilə pik həddə çatıb. Nəticədə bu mərhələni M.Ferstappenin “Red Bull”da komanda yoldaşı Serxio Peres qazanıb.

    Məqalədə qeyd olunur ki, yarışdan əvvəlki təsnifat mərhələsində də çoxsaylı qəzalar qeydə alınıb. Təsnifat yürüşü müxtəlif insidentlərlə bağlı dörd dəfə dayandırılıb.

    Həmin mərhələdə Lens Strollun, Antonio Covinatsinin, Daneil Rikkardonun, Karlos Saynsın və Yuki Tsunodanın bolidləri qəzaya uğrayıb.

    Yarış günündə isə M.Ferstappenin bolidi sıradan çıxdıqdan sonra yarış dayandırılıb və daha sonra təhlükəsizlik maşınının müşayiəti ilə bərpa olunub. Son dövrədə Lyuis Hemilton səhv edərək trasdan çıxıb və S.Peres dövrəni və yarışı lider olaraq başa vurub.

    Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 4-6-da keçirilib.

  • Yaponiya bu yay vaksinasiya pasportları verməyə başlayacaq

    Yaponiya hakimiyyəti bu yay koronavirus qarşı vaksinasiya pasportları verməyə başlamağı planlaşdırırlar.

    Trend-in məlumatına görə, bu barədə Nikkei qəzeti xəbər verib.

    İlkin mərhələdə bu cür pasportların xaricə tez-tez səyahət edən vətəndaşlara veriləcəyi qeyd olunur.

    Bildirilib ki, ABŞ və Avropa ölkələri peyvənd olunma barədə məlumat tələb etdikləri üçün yüksək səviyyəli Yapon məmurları artıq başqa ölkələrə səyahət edərkən müvafiq sertifikatlardan istifadə edirlər.

  • Радость жителя города Шуша, вернувшегося в родные края 28 лет спустя – ВИДЕО

    После 28-летней разлуки житель города Шуша смог посетить свой родной дом.

    На кадрах видно, как он находит грабли, которые сделал сам почти 30 лет тому назад.

    Слезы льются по его лицу пока он занимается уборкой двора.

    Представляем вам соответствующие кадры:

  • На ряде проспектов и улиц Баку наблюдаются заторы – СПИСОК + ФОТО

    В настоящее время на ряде проспектов и улиц столицы Азербайджана наблюдается повышенная плотность движения транспортных средств.

    Как сообщает Бакинское транспортное агентство, заторы мешают следованию автобусов по регулярным и экспресс-маршрутам.

    Список улиц и проспектов, на которых наблюдаются заторы:

    Проспект Зии Буниядова – в обоих направлениях

    Улица Кероглу Рагимова – в обоих направлениях

    Тбилисский проспект – в обоих направлениях

    Проспект Хатаи – перед Министерством образования и в направлении проспекта Гейдара Алиева и улицы Юсифа Сафарова

    Улица А.Саламзаде – в направлении проспекта З.Буниядова

    Улица Ровшана Джафарова – в направлении проспекта З.Буниядова

    Улица 28 мая – в направлении улицы улицы Рашида Бехбудова

    Улица Абдулазал Демирчизаде – в направлении проспекта Гейдара Алиева и улицы Юсифа Сафарова

    Проспект Азадлыг – в направлении Дома правительства

    Улица Ш.Бадалбейли – в направлении улицы Рашида Бехбудова

    Улица Аббасгулу Ага Бакиханова – в направлении посольства Турции

    Улица Юсифа Сафарова – начиная от пересечения с проспектом Ходжалы – в направлении проспекта Гейдара Алиева

    Проспект Гейдара Алиева – вспомогательная дорога около Багировского моста в направлении центра города

    Шоссе Баку-Сумгайыт-Автовокзал – в направлении круга 20 Января и Шамахинки

    Бадамдарское шоссе – в обоих направлениях.

  • Hindistanda zavodda yanğın olub, ölənlər var

    Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda baş verən yanğında azı 14 nəfər ölüb, bir neçəsi itkin düşüb.

    Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

    Məlumata görə, dezinfeksiyaedici maddələr istehsal edən müəssisədə yanğın başlayarkən 37 nəfər çalışırmış, onlardan 20-si xilas edilib.

    İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

    Hindistanın baş naziri Narendra Modi yanğında insan itkisinin olmasına kədərləndiyini söyləyib və ölənlərin ailələrinə başsağlığı verib.