Month: June 2021

  • Tanınmış ingiltərəli qolkiper qəfil ürək tutmasından öldü

    İngiltərənin “Arsenal”, “Vest Bromviç Albion” və digər Premyer Liqa klublarında çıxış etmiş qapıçı Alan Miller 51 yaşında qəfil ürək tutmasından vəfat edib.

    Bu barədə “Vest Bromviç Albion” klubunun rəsmi saytı məlumat verib.

    “Bu acı günlərdə düşüncələrimiz Alanın ailəsinin və dostlarının yanındadır. Ruhun şad olsun”, – “Vest Bromviç Albion” klubunun yaydığı açıqlamada qeyd olunur.

    Qeyd edək ki, Alan Miller “Arsenal” klubunun yetirməsi olub. Qolkiper peşəkar karyerasına 1988-ci ildə başlayıb.

  • ABŞ ordusu F-35-lərdən imtina edir

    ABŞ-ın Hərbi Hava Qüvvələri beşinci nəsil “F-35 Lightning II” qırıcıları əvəzinə onların təkmilləşdirilmiş versiyası sayılan “F-15EX Advanced Eagle” təyyarələrini əldə etmək istəyir.

    Bunu “Defense News” bildirib.

    Hərbçilər F-35-lərdə həddindən artıq çox qüsurların aşkar edildiyini bəyan edərək, cari onilliyin ortalarında qırıcıların daha təkmil variantını əldə etməyi tərcih etdiklərini vurğulayıblar.

    Qeyd edək ki, “Lokheed Martin” şirkətinin istehsalı olan F-35 təyyarələrinin işlənib hazırlanmasına artıq 400 milyard dollar vəsait xərclənib.

  • Грузовик с кетчупом устроил коллапс на дороге в Англии

    Груженый томатным пюре грузовик перевернулся на трассе в Кембриджшире в восточной Англии и стал причиной транспортного коллапса. Для расчистки проезжей части от кетчупа движение перекрыли на несколько часов, пишет lenta.ru со ссылкой на CNN.

    Управление государственных дорог Великобритании заявило, что фура потеряла груз с томатным пюре, и все содержимое контейнера вылилось на магистральную дорогу из Кембриджа в Хантингдон A14. Следует отметить, что водитель грузовика отделался легкой травмой.

    “Вот что происходит, когда вы слишком быстро едете, пытаясь налить кетчуп в Volkswagen Passat перед вами”, — шутили над происшествием англичане.

  • Alimlərdən həyəcan təbili: Qlobal içməli su ehtiyatı tükənir

    Qlobal istiləşmə sürətinin artması ilə əlaqədar şirinsulu gözllərdə oksigenin miqdarı aşağı düşüb.

    “Newswise”ın xəbərinə görə, bu barədə “Nature” jurnalında dərc olunmuş məqalədə bildirilib.

    Araşdırma yaxın gələcəkdə dünya miqyasında içməli su çatışmazlığı təhlükəsinin ciddi olmasını təsdiq edib.

    Alimlər 400-ə yaxın şirinisulu göldə tədqiqatlar aparıblar. Onlar 1941-ci ildən bəri toplanan məlumatlar bazasını araşdırıblar.

  • Rusiya əhalisi son dörd ayda 304.5 min nəfər azalıb

    Cari ilin ilk dörd ayı ərzində Rusiyada əhalinin təbii azalması 304.5 min nəfər təşkli edib.

    Bu barədə ölkənin statistika komitəsi məlumat yayıb.

    Məlumata əsasən, ötən ilin yanvar-aprel aylarında təbii azalma 158.3 min olduğu halda, 2021-ci ilin analoji dövründə bu göstərici az qala iki dəfə artıb.

    İlin ilk dörd ayı ərzində ölkədə 447.6 min nəfər doğulub, 752.1 min nədər isə ölüb.

  • Yol polisi Göygöldə qaydaları pozanlara qarşı tədbir gördü – FOTO

    Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat verib.

    Bildirilib ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Bundan başqa davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücələr də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb.

    Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 8 nəfər barəsində müvafiq tədbir görülüb.

  • Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Sadıqov Füzuli Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. F.Sadıqova sağ çiyin sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır

    Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.

    “Report” xəbər verir ki, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.

    Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.

    Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.

  • В Карабахе между миротворцами и армянами произошел инцидент

    В Карабахе произошло дорожно-транспортное происшествие с участием российских миротворцев и армян.

    Об этом сообщает Sputnik Армения.

    Ведется расследование.

  • Qarabağda Rusiya sülhməramlıları ilə ermənilər arasında insident baş verib

    Qarabağda Rusiya sülhməramlıları ilə ermənilər arasında insident yaşanıb.

    “Sputnik Erməistan” xəbər verir ki, insident yol-nəqliyyat hadisəsi ilə əlaqədar baş verib.

    Məsələ ilə bağlı araşdırma aparılır.