Month: June 2021

  • Kəlbəcərdə jurnalistlərin minaya düşmə görüntüləri – VİDEO

    İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.

    Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

    Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

  • В Физулинском районе обнаружено большое количество оружия – ФОТО/ВИДЕО

    Правоохранители продолжают проведение профилактических мероприятий с целью обнаружения оружия и боеприпасов на освобожденных от оккупации территориях Азербайджана.

    Сотрудники Физулинского РОП нашли на территории района 11 автоматов, пять гранатометов, пулемет, миномет, противотанковый ракетный комплекс “Фагот”, 11 ручных гранат, 23 магазина, 6 804 пули различного калибра и другие боеприпасы, сообщает бардинская региональная группа пресс-службы МВД.

  • Füzulidə xeyli sayda silah-sursat aşkar edilib – FOTO/VİDEO

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 11 ədəd avtomat, 5 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd minaatan komplekti, 1 ədəd “Foqot” markalı tank əleyhinə raket, 11 ədəd əl qumbarası, 23 ədəd avtomat darağı, 6804 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycanda polisi güllələyən şəxslər axtarılır – FOTOROBOT

    Azərbaycanda polisə atəş açan şəxslər axtarışa verilib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Qaxda polis əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçan şəxslərin fotorobotu hazırlanıb.

    Şübhəli şəxslərin tutulması üçün əməliyyat qrupu yaradılıb və intensiv axtarış tədbirləri davam etdirilir.

    Qeyd edək ki, məlum hadisə mayın 21-də qeydə alınıb. Qax rayon Polis Şöbəsinin əməkdaşı iki nəfər silahlı şəxs görüb. Polis həmin şəxslərə yaxınlaşanda onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı yaralanıb.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

  • Завершено предварительное следствие по уголовному делу экс-депутата

    Завершено предварительное следствие по уголовному делу бывшего депутата Милли Меджлиса Азербайджана Рафаэля Джебраилова.

    Материалы дела направлены в Бакинский суд по тяжким преступлениям и переданы в производство судьи Ахмеда Гулиева. Время начала процесса пока неизвестно, сообщает Report.

    Напомним, по факту совершения депутатом парламента III, IV и V созывов Р.Джебраиловым мошенничества с нанесением ущерба в крупном размере и по другим фактам в Главном управлении по борьбе с коррупцией при генпрокуроре было возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса.

    В ходе предварительного следствия было установлено, что он, злоупотребив служебным положением, получил в качестве взятки 240 тыс. манатов, которые потратил на личные нужды.

    Р. Джебраилов обвиняется по статье 178.3.2 (мошенничество с причинением крупного ущерба) Уголовного кодекса АР.

  • Sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Milli Məclisinin sabiq deputatı Rafael Kamil oğlu Cəbrayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Əhməd Quliyevin icraatındadır. Məhkəmənin vaxtı hələ məlum deyil.

    Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

    Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Цена азербайджанской нефти превысила 72 доллара за баррель

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,95%, или на 0,68 доллара за баррель – до 72,48 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti 72 dolları keçdi

    Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 ABŞ dolları artaraq, 72,48 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Rusiyada 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyası planlaşdırılır

    Rusiyalı mütəxəssislər 12 yaşdan yuxarı yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyası məsələsini nəzərdən keçirirlər.

    “RİA Novosti” bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşkonun açıqlamasına istinadla məlumat yayıb.

    “İndi 12 yaşından yuxarı şəxlərə bir sıra peyvəndlərin icazə verilməsini nəzərdən keçiririk. Təhlükəsizlik və effektivlik üçün Rusiya peyvəndlərinin klinik tədqiqat protokolunu hazırladıq, düşünürəm ki, yaxın gələcəkdə sınaqlara başlayacağıq”, – deyə Muraşko bildirib.

  • ÜST rəsmisi: “Dəhşətli vəziyyət davam edir”

    Dünyada koronavirus pandemiyası ilə bağlı dəhşətli vəziyyət davam edir.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Proqram direktoru Maykl Rayan deyib.

    O bildirib ki, ölkələr rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə hələ əməl etməlidirlər:

    “Vəziyyət çətin olaraq qalır və ümumi hadisələrin sayı azalsa da, risklər hələ də çox yüksəkdir. Pandemiya ciddi fəlakət olara qalır. Mütləq bütün ölkələr tədbir görməli, heç kim arxayınlaşmamalıdır və gələcək pandemiyaya hazırlaşmalıyıq. Əgər hazırlıq olmasa, bu baha başa gələcək”.

    O, Asiya və Orta Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımların davam etməsinə diqqət çəkib.