Month: June 2021

  • Ağ ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqlədi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələlərin geniş spektrini müzakirə edəcəklər.

    “Report” xəbər verir ki, bu barədə Ağ evin məlumatında deyilir.

    Qeyd olunub ki, ABŞ prezidenti gələn həftə ilk xarici rəsmi səfərini edəcək. Səfər çərçivəsində ABŞ lideri Böyük Britaniya, Belçika və İsveçrədə olacaq.

    Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.

  • Çex parlamenti Babiş hökumətinə etimadsızlıq göstərmədi

    Sağ müxalifətin Çexiya parlamentinin aşağı palatasında “ANO” (Narazı vətəndaşların hərəkəti) siyasi hərəkatının lideri, dollar milyarderi, baş nazir Andrey Babiş hökumətinə etimadsızlıq votumunu qəbul etdirmək cəhdi uğursuzluqla nəticələnib.

    “Report” xəbər verir ki, bu barədə “STK” xəbər agentliyi məlumat yayıb.

    Müxalifət 200 millət vəkilindən 101-nin dəstəyini ala bilməyib. Beş müxalif siyasi partiyanın təşəbbüsü ilə keçirilən aşağı palatanın fövqəladə iclası 14 saatdan çox davam edib.

  • Gələn həftədən Azərbaycanda “Pfizer” vaksininin tətbiqinə başlanılacaq

    Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

    Median.Az birgə məlumatı təqdim edir:

    Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir.

    İyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə biləcəklər. Bu vətəndaşlarımızın seçim imkanlarını daha da artırır. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Parlament Prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.

    18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

    Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

    Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

    Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

  • İsrail prezidenti İlham Əliyevi təbrik etdi

    İsrail Prezidenti Reuven Rivlin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik məktubunda deyilir:

    “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

    Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. Bizim tərəfdaşlığımız Azərbaycan və yəhudi xalqlarının qardaşlıq tarixinə, eləcə də millətlərimizin dini tolerantlığı təşviq etmək, nifrəti və antisemitizmi bütün formalarda rədd etmək istiqamətində birgə səylərinə əsaslanır.

    İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm.

    Sizə və Azərbaycan xalqına sülh, inkişaf, sabitlik və firavanlıq diləyir, dostluğumuzun hələ də bizim üçün qoruduğu parlaq gələcəyə ümid edirəm.

    Zati-aliləri, Sizə böyük hörmət və ehtiramımı bildirirəm”.

  • Kəlbəcərdə jurnalistlərin minaya düşmə anından daha bir görüntü – VİDEO

    Bu gün Kəlbəcərdə media işçilərinin minaya düşdüyü anları arxadakı maşında gələn şəxslərdən biri qeydə alıb.

    Bu barədə AzTV kanalı görüntülər yayıb.

    Videonu çəkən şəxs maşının minaya düşdüyünü deyib və bildirib ki, oradakıların həlak olmasından xəbərsizdir.

    Həmin görüntüləri təqdim edirik:

  • Koronavirusdan sağalan şəxsə “qara kif” diaqnozu qoyuldu: Xəstə sol gözünü itirdi

    Meksikanın paytaxtı Mexiko şəhərində həkimlər COVID-19 virusuna yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə “qara kif” diaqnozu qoyublar.

    Bu barədə yerli “Milenio” nəşri məlumat yayıb.

    Belə ki, Qreqorio Avendanyo adlı şəxs may ayının əvvəlində koronavirusa yoluxub. Evdə müalicə alan xəstə bir müddət sonra sağalaraq normal həyata dönüb.

    Lakin 26 mayda Qreqorio Avendanyonun halı qəfil pisləşib və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Bir neçə gündən sonra xəstə nitqini də itirib.

    Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da var.

  • Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək – RƏSMİ

    Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

    F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə qanunvericiliyə əsasən şəhid statusu verilir:

    “Həmakrlarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.

    Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır.

    Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!”

  • Спецпредставитель Президента: Мы проводим работы по восстановлению Агдама в ускоренном темпе

    В первую очередь в городе Агдаме начались работы по разминированию. От мин уже очищена большая территория. В настоящее время мероприятия продолжаются.

    Об этом журналистам в освобожденном от оккупации Агдамском районе заявил спецпредставитель президента Эмин Гусейнов, передает Report.

    По его словам, процесс разминирования не помешает строительным и восстановительным работам в этом городе.

    Он напомнил, что под руководством и по поручению Президента уже создан Координационный штаб по централизованному решению вопросов на деоккупированных территориях.

    “Штаб совместно с соответствующими структурами проводит реставрационно-строительные работы.

    Недавно здесь в соответствии с распоряжением Президента Ильхама Алиева было учреждено специальное представительство главы государства. Состоялась презентация генерального плана Агдама. Уже производится оценка нанесенного ущерба”, – сказал спецпредставитель.

  • Prezidentin xüsusi nümayəndəsi: “Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk”

    “İlkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir”.

    “Report”un verdiyi xəbərə görə, bu fikirləri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesi Ağdam şəhərində quruculuq və bərpa işlərinə mane olmayacaq:

    “Biz bu işləri tam sürətlə həyata keçiririk”.

    O xatırladıb ki, artıq Prezidentin rəhbərliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb:

    “Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər.

    Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”.

  • В Азербайджане в некоторых случаях детям будет назначаться бессрочная инвалидность

    В Азербайджане будут проведены изменения по установлению инвалидности в действующих 94-х нормативно-правовых актах. В том числе, фраза «дети с ограниченными возможностями здоровья в возрасте до 18 лет» будет заменена на «лица с инвалидностью в возрасте до 18 лет». Об этом говорится в законопроекте «Критерии определения инвалидности», подготовленном Министерством труда и социальной защиты населения.

    Детям, при отсутствии положительных результатов реабилитационных или абилитационных мероприятий, будет назначаться бессрочная инвалидность, а не до 18 лет.

    Основной целью разработки новых критериев определения инвалидности является обеспечение объективного подхода при определении группы инвалидности.

    Они также послужат внедрению передовых международных стандартов в области установления инвалидности, повышению качества обслуживания и удовлетворенности граждан, увеличению возможностей интеграции недееспособных граждан в общество, пишет Oxu.Az.