Month: June 2021

  • Daha altı qazimiz sağalaraq Vətənə döndü

    Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə dönüb.

    Fonddan verilən məlumata görə, qazilərimiz – Quliyev Şahmar Anar oğlu, Əliyev Xəyyam Şəadət oğlu, Quliyev Şəhriyar Əsa oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Məmmədov Seymur Rafiq oğlu və Hüseynov Ülvi Məsum oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

    Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

    “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

    Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

  • Moskvaya iş üçün gedənlərə şad xəbər: Prosedur sadələşdiriləcək

    Rusiyanın paytaxtı Moskvanın rəhbərliyi əmək miqrantları üçün icazələrin alınmasını sadələşdirəcək, çünki onların Rusiyaya girişindəki mövcud məhdudiyyətlər həddən artıqdır və paytaxtda kəskin işçi çatışmazlığı var.

    “Vestnik Kavkaza” xəbər verir ki, bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.

    “Hesab edirik ki, əmək miqrantlarının ölkəyə girişinə qoyulan, hələ qüvvədə olan məhdudiyyətlər mövcud vəziyyətdə həddindən artıqdır. Bütün bunlar əmək mühacirlərinin əmək dəyərinin bu gün 30 % artmasına səbəb olub və işçi qüvvəsi çatışmazlığı davam edir. Ümid edirik ki, bu mexanizmlər də yaxın gələcəkdə sadələşdiriləcək”, – deyə o bildirib.

    Yefimov əlavə edib ki, federal səviyyədə fəaliyyət göstərən icazə proseduru çox mürəkkəbdir – bunu bütün işəgötürənlər və ilk növbədə inşaatçılar deyirlər.

  • В аэропорту Ходжалы открыли мечеть – ФОТО

    В Ходжалы построена и сдана в эксплуатацию мечеть.

    Об этом армянская журналистка Белла Лалаян написала в соцсети.

    “Теперь у нас есть мечеть. Аэропорт Ханкенди (расположен в Ходжалы)… Уже состоялось открытие”, – говорится в публикации.

    Журналистка также опубликовала фото нового храма, которое вызвало возмущение у армянской общественности.

  • Xocalı aeroportunda məscid istifadəyə verildi – FOTO

    Xocalıda məscid tikilib və istifadəyə verilib.

    Bu barədə erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabında paylaşım edib.

    “Artıq məscidimiz də var. Xankəndi hava limanı (Xocalıda yerləşir)… Artıq açılış da olub, qurban da kəsilib”, – deyə erməni jurnalist bildirib.

    B.Lalayan həmçinin yeni tikilən məscidin fotosunu da yayıb.

    Yayılan foto erməni ictimaiyyətində kəskin qəzəblə qarşılanıb.

  • Ильхам Алиев принял участие в открытии после реконструкции подстанции “Бинагади” – ФОТО

    3 июня Президент Азербайджана Ильхам Алиев принял участие в открытии реконструированной 110/35/6-киловольтной подстанции “Бинагади” ОАО “Азерэнержи” в Бинагадинском районе Баку, сообщает АЗЕРТАДЖ.

    Президент ОАО “Азерэнержи” Баба Рзаев проинформировал главу государства о работе, проделанной на подстанции.

    Было отмечено, что срок эксплуатации подстанции “Бинагади”, построенной в 1952 году, истек дважды. Это привело к увеличению технологических потерь, различным аварийным ситуациям, коротким замыканиям, перебоям в электроснабжении потребителей. Сейчас эта подстанция полностью реконструирована, оснащена современными системами автоматизации. В рамках выполненных здесь работ был построен новый Центр управления, укомплектованный новым оборудованием, оснащенный современными системами цифрового управления микропроцессорного типа, безопасности и автоматизации, установлена местная система микро-SCADA и полностью оцифровано управление подстанцией.

    Отметим, что реконструкция подстанции “Бинагади” важна еще и потому, что она играет важную роль в устойчивом обеспечении электроснабжения Бинагадинского, Наримановского и Насиминского районов столицы.

    Было подчеркнуто, что реконструировано размещенное на этой территории административное здание Абшеронской региональной электрической сети. Расширено и капитально отремонтировано старое административное здание сети, созданы необходимые условия для работы персонала в непрерывном режиме. Кроме того, для машин и механизмов спецтехники ОАО “Азерэнержи” созданы транспортная площадка и участки для оказания им ремонтных услуг. Приобретены автомобили специального назначения, способные работать на различных рельефах, в сложных условиях. На территории построена площадка для ремонта трансформаторов, проделаны работы по благоустройству в рамках специального проекта, заложены обширные озеленительные зоны.

    Президент Ильхам Алиев запустил подстанцию “Бинагади”.

    Глава государства также был проинформирован о работах, осуществляемых на реконструированных малых гидроэлектростанциях “Суговушан-1” и “Суговушан-2” общей мощностью 7,8 мегаватт в освобожденном от оккупации одноименном поселке.










  • İlham Əliyev “Binəqədi” yarımstansiyasının açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

    Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

    Diqqətə çatdırılıb ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, “Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

    Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə salıb.

    Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verilib.










  • Стала известна причина неучастия сборной Азербайджана по вольной борьбе в ЧЕ

    Федерация борьбы Азербайджана назвала причину, по которой национальная сборная по вольной борьбе (до 15 лет) не смогла участвовать в чемпионате Европы, состоявшемся в прошлом месяце в столице Болгарии Софии.

    Как сообщили Oxu.Az в федерации, изначально не планировалось участие “вольников” в этих соревнованиях и им не засчитали технического поражения.

    “Как известно, из-за пандемии тренажерные залы закрыты больше года. Все это время наши юниоры (до 15 лет) не могли участвовать в тренировках. В этот период не функционировало ни одно спортивное общество или клуб. Костяк национальных команд по вольной борьбе составляют спортсмены из регионов. Сборная U-15 не смогла подготовиться к чемпионату Европы и поэтому в этих соревнованиях не участвовала. Азербайджанские борцы греко-римского стиля, выступившие на ЧЕ, прошли подготовку в качестве вспомогательной силы в составе юниорской сборной в возрастной группе 15-17 лет. Учитывая перспективность этих спортсменов, они были включены в учебно-тренировочный процесс для старшей возрастной группы. Был сформирован ограниченный состав, и эти борцы представили нашу страну на чемпионате Европы U-15 в Болгарии. Двое из них – Туран Дашдамиров (38 кг) и Ринат Нуриев (62 кг) завоевали серебряные медали.

    Следует отметить, что в итоговом протоколе соревнований, размещенном на сайте Всемирного союза борьбы (WWU), была допущена техническая ошибка. Имена борцов греко-римского стиля по оплошности были указаны в списке “вольников”, хотя Федерация борьбы Азербайджана не отправляла предварительную заявку в UWW на участие в соревнованиях по вольной борьбе. Следовательно, ни о каком техническом поражении не может быть и речи. Мы официально обратились в UWW по поводу данного недоразумения. Эта ошибка скоро будет исправлена.

    Отметим также, что чемпионат Европы, который пройдет 14-20 июня в городе Самоков, Болгария, станет первым с 2020 года официальным соревнованием, в котором примут участие азербайджанские юниоры по всем трем видам борьбы. Кстати, участие в чемпионате Европы U-15 не является обязательным и основывается на принципе добровольности”, – сообщили в спортивной организации.

  • Sərbəst güləş millimizin Avropa çempionatında iştirak etməməsinin səbəbi bilindi

    Azərbaycan Güləş Federasiyası ötən ay Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionatında 15 yaşadək sərbəst güləş millimizin iştirak edə bilməməsinə aydınlıq gətirib.

    Federasiyadan Oxu.Az-a verilən məlumata görə, əvvəldən sərbəst güləşçilərimizin bu yarışda iştirakı nəzərdə tutulmayıb və onlara hər hansısa texniki məğlubiyyət verilməyib:

    “Hamıya məlum olduğu kimi, pandemiya səbəbindən bir ildən çox idman zalları bağlı oldu. Bu müddət ərzində azyaşlı (15 yaşa qədər) yeniyetmə güləşçilərimiz məşqlərdə iştirak edə bilmədi. Heç bir idman cəmiyyəti və klub bu müddət ərzində fəaliyyət göstərməyib. Sərbəst güləş üzrə milli komandalarımızın əsasını bölgələrdən olan idmançılar təşkil edir. Zalların bağlı olması nəticəsində sərbəst güləş üzrə U-15 komandamız Avropa çempionatına hazırlaşa bilmədi. Ona görə də bu yarışda sərbəst güləş üzrə komandamız iştirak etmədi. Avropa çempionatında iştirak edən yunan-Roma güləşçilərimiz isə 15-17 yaş qrupu üzrə yeniyetmələrdən ibarət yığmanın tərkibində köməkçi qüvvə kimi hazırlıq keçmişdilər. Bu idmançıların perspektivləri nəzərə alınaraq, yuxarı yaş qrupu üzrə təlim-məşq proseslərinə cəlb olunublar. Məhdud sayda olan heyət formalaşdırıldı və həmin idmançılar ölkəmizi Bolqarıstanda keçirilən U-15 Avropa çempionatında təmsil etdi. Onlardan ikisi gümüş medal qazandı. Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa ikincisi oldu.

    Nəzərinizə çatdıraq ki, Dünya Güləş Birliyinin (UWW) saytında yer alan yarışın yekun protokolunda texniki səhvə yol verilib. Orada yunan-Roma güləşçilərimizin adları səhvən sərbəst güləşçilərin siyahısında göstərilib. Halbuki Azərbaycan Güləş Federasiyası UWW-yə sərbəst güləş yarışları üçün əvvəlcədən iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşılmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Onu da qeyd edək ki, iyunun 14-20-si tarixlərində Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə idmançılarımızın 2020-ci ildən bu yana iştirak edəcəyi ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər üç güləş növü üzrə yığma komandalarımız çıxış edəcək. Yeri gəlmişkən, U-15 Avropa çempionatında iştirak məcburi deyil və könüllülük prinsipinə əsaslanır”.

  • В Шамахы двое молодых людей подозреваются в изнасиловании 10-летнего ребенка

    В поселке Сабир Шамахинского района изнасилован несовершеннолетний ребенок.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    По подозрению в совершении насильственных действий сексуального характера в отношении 10-летнего мальчика задержаны местные жители Р.М. (1998 г.р.) и П.Набиев (2004 г.р.).

    По данному факту проводится расследование.

  • Azərbaycanda 10 yaşlı uşaq iki nəfər tərəfindən zorlandı

    Şamaxıda 10 yaşlı uşağa qarşı zorakılıq olub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə Şamaxı rayonunun Sabir qəsəbəsində baş verib.

    Qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü R.M və 2004-cü il təvəllüdlü P.Nəbiyev həmyerliləri 2010-cu il təvəllüdlü oğlan uşağına zor tətbiq etməklə onunla cinsi əlaqədə olublar.

    Hadisəni törədən R.M və P.Nəbiyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.