Month: June 2021

  • Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

    Bu gün Birləşmiş Millətlər Təşkilatı qlobal problemləri müzakirə etmək iqtidarında olan yeganə beynəlxalq təşkilatdır. COVİD-19 pandemiyası onu göstərdi ki, dünya ölkələrinin virusla mübarizəni təkbaşına milli səviyyədə təşkil etmələrinə baxmayaraq, beynəlxalq əməkdaşlıq, məsləhətləşmələr və qarşılıqlı dəstək vasitəsilə problemin daha az zərərlə həllinə nail olmaq mümkündür.

    2020-ci ilin mart ayından Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, eyni zamanda qabaqcıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdi.

    Bu gün dünyanın qlobal səhiyyə siyasətində əsas məsələ insanların bütün səhiyyə infrastrukturundan bərabər istifadə edə bilməsini və onların sağlamlığının qorunmasında tibb elminin təsdiq etdiyi dərmanlara, vaksinlərə və digər preperatlara əlçatanlığı təmin etməkdir.

    COVİD-19 pandemiyası ilə mübarizədə hələ ki, tövsiyə olunan yeganə üsul vaksinasiyadır. Lakin, təəssüflər olsun ki, dünya əhalisinin böyük əksəriyyəti, xüsusilə azgəlirli ölkələr vaksinlərin əldə olunmasında, onların ölkəyə idxal edilərək insanlara çatdırılmasında böyük çətinliklərlə üzləşirlər.

    Beynəlxalq hesabatlara əsasən bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

    Hətta elə ölkələr də mövcuddur ki, onların vaksin təminatı bilərəkdən bir çox böyük dövlətlər tərəfindən siyasiləşdirilərək müəyyən şərtlər qarşılığında verilir. Bu da beynəlxalq konvensiyanın qaydalarına ziddir.

    Bununla bağlı ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibi Antonio Qutereş vaksinlərin ədalətli bölgüsü ilə bağlı kəskin mesajlar ötürərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə humanistliyini nümayiş etdirərək bu məsələyə dair ən mötəbər kürsülərdən bir sıra təşəbbüslərlə çıxış edərək fikirlər səsləndirib.

    Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılaraq videokonfrans formatında Zirvə görüşü keçirildi. Həmçinin, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında zəruri təşəbbüslə çıxış etdi və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyası keçirildi.

    Onu da qeyd edim ki, belə zamanlarda milli diplomatiyamız da humanist məramları ilə seçilir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmiz tərəfindən Özbəkistan, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Macarıstan, Bosniya və Herseqovina olmaqla 30-dan artıq dövlətə humanitar yardım göstərilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada 5 milyon dollar həcmində ianə ayırıb.

    Azərbaycan və onun lideri hər zaman ədalətin bərqərar olmasına çalışaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bərabərlik prinsipinə əsaslanan birgə qərarların qəbul olunması üçün bu gün də böyük əzmkarlıq və fəallıq nümayiş etdirməkdədir.

    Məzahir Əfəndiyev
    Azərbaycan Respublikası
    Milli Məclisinin deputatı

  • Şəmkir yol polisindən növbəti reyd: Ondan çox sürücü cərimələndi

    Şəmkirdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı ilə əlaqədar rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

    Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

    Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 18 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

  • Названо число госслужащих, уволенных из-за допущенных нарушений

    В прошлом году дисциплинарные взыскания были применены в отношении 1 245 государственных служащих, нарушивших требования положений закона “О правилах этичного поведения госслужащих”, передает Report.

    Из общего числа 1 044 были применены к служащим центральных органов исполнительной власти и других государственных структур, а 201 – местных органах ИВ.

    887 из всех чиновников получили выговоры, 304 – освобождены от госслужбы, 34 – лишены должностного оклада, 11 – понижены в квалификации на одну ступень, четверо – переведены на должность той же классификации, но с более низкой зарплатой, а трое – на служебное место более низкой квалификации.

  • Nöqsanlara görə işdən çıxarılan dövlət qulluqçularının sayı AÇIQLANDI

    Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 1 245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

    “Report” xəbər verir ki, həmin intizam tənbeh tədbirlərindən 1 044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 1 245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azaldılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, üçü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

  • В Мингячевире задержаны подозреваемые в ограблении таксиста

    В Мингячевирский отдел полиции обратился житель Шамкирского района Анар Вердиев, заявивший, что его избили и обокрали три человека, севшие в его Nissan, на котором он подрабатывал водителем такси.

    По подозрению в совершении преступления правоохранителями были задержаны проживающие в селе Деллер-Джеир ранее судимые Эльшад Исмаилов, Аяз Аскеров и Малик Садыгов, сообщает шекинская региональная группа пресс-службы МВД.

    В ходе расследования выяснилось, что подозреваемые приехали в Мингячевир на автомобиле, принадлежащем потерпевшему. По пути, воспользовавшись отсутствием поблизости людей, Э.Исмаилов нанес телесные повреждение водителю и потребовал отдать деньги.

    Затем вся компания на этой же машине, съездив в село Гаджиселли Евлахского района, вернулась в город, где и бросила транспортное средство.

    По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb

    Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfər şəxsin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonu Dəllər-Cəyir kənd sakinləri – əvvəllər məhkum olunmuş Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər.

    Araşdırma zamanı məlum olub ki, adları qeyd edilən şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən E.İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib.

    Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Стали известны детали убийства женщины в Баку: задержан ее знакомый

    В результате проведенных следственно-оперативных мероприятий на территории Сабунчинского района сотрудники надзорного ведомства и полиции раскрыли тяжкое преступление.

    Об этом говорится в совместном сообщении Генеральной прокуратуры и МВД.

    В Сабунчинской районной прокуратуре возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР по факту обнаружения 31 мая около 13:00 тела Тураны Джафаровой (1990 г.р.) в поселке Бакиханова в доме, где она проживала.

    В ходе следствия было установлено, что Т.Джафарову задушил проводом ее знакомый Эйнур Ализаде на почве конфликта.

    Он был задержан в качестве подозреваемого и привлечен к следствию.

    По данному факту проводится расследование.

  • Bakıda amansız qətlin üstü açıldı: Öldürülən qadının tanışı tutuldu

    Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib.

    Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Belə ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.

    Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Кадры из села Лев Кельбаджарского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Лев Кельбаджарского района.

  • Kəlbəcərin Lev kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Lev kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik: