Month: June 2021

  • Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır – VİDEO

    Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin ailəsinin yaşadığı ev yararsız vəziyyətdədir. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

    Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin fərdi ev və ya mənzillə təminatı prosesi sürətlə davam edir:

    “Prezidentin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlillərinin mənzillə təminatı işləri aparılır.

    Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin atası Əvəz Əliyev də mənzillə təmin olunmaq üçün 20.04.2021 tarixində Gədəbəy rayonu üzrə qeydiyyata alınıb. Bu barədə yerli icra hakimiyyəti orqanından Sosial Xidmətlər Agentliyinə daxil olan 26.04.21 tarixli məlumatda qeyd olunub”.

    Qurumdan bildirilib ki, Ə.Əliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.

  • В Азербайджане компания нанесла ущерб природе на крупную сумму

    Жалоба, поступившая в Госслужбу экологической безопасности при Министерстве экологии и природных ресурсов Азербайджана в связи с вырубкой деревьев в селе Фарзалиоба Хачмазского района, была расследована на месте.

    Данный факт нашел свое подтверждение.

    Как сообщил глава службы Хикмет Ализаде, было установлено, что на землях сельскохозяйственного назначения, находящихся на балансе муниципалитета, ООО Qərb Ekol были вырублены дубы и вязы. В результате природе был нанесен ущерб в размере 7 000 манатов.

    По данному факту был составлен акт.

    Собранные материалы направлены в прокуратуру Хачмазского района.

  • Ağacları kəsən şirkətlə bağlı nazirlik prokurorluğa müraciət etdi

    Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

    Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.

  • Объявлен объем азербайджанской нефти, прокачанной по БТД

    Компания BOTAS International Limited (BIL), управляющая трубопроводом Баку-Тбилиси-Джейхан (БТД) в Турции, за январь – май этого года транспортировала около 84 млн баррелей нефти.

    Согласно информации на сайте компании, на терминале Джейхан перекачанная по БТД нефть была загружена в 116 танкеров.

    Только в мае по трубопроводу было прокачано около 17 млн 100 тыс. баррелей, которая 24 танкерами была поставлена на мировые рынки.

    С 2006 года с терминала Джейхан, принадлежащего БТД, 4 775 танкерами было транспортировано 3 млрд 655 млн баррелей нефти.

    Отметим, что BIL с 2001 года эксплуатирует нефтепровод Баку-Тбилиси-Джейхан на территории Турции. Компания начала транспортировку сырой нефти с терминала в Джейхане 2 июня 2006 года.

  • BTC ilə dünya bazarlarına nəql edilən Azərbaycan neftinin həcmi məlum oldu

    Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2021-ci ilin əvvəlindən may ayına qədər 84 milyon barelə yaxın neft nəql edib.

    Oxu.Az-ın “BOTAS International Limited”in rəsmi internet səhifəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin əvvəlindən may ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 116 tankerə yüklənib.

    Təkcə may ayı ərzində isə BTC ilə 17,1 milyon barelə yaxın neft nəql edilib və 24 tankerə yüklənərək dünya neft bazarlarına yola salınıb.

    BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 655 milyon barel neft nəql edilib. Bu neftin daşınmasında 4 775 tankerdən istifadə edilib.

    Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

  • Обвиняемый в жестоком убийстве невестки и расчленении ее тела предстанет перед судом

    Следствие по уголовному делу, возбужденному в прокуратуре Насиминского района Баку по факту обнаружения в 4-м микрорайоне в мусорных баках расчлененного тела молодой женщины, завершено, оно направлено на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

    Об этом сообщает пресс-служба Генеральной прокуратуры Азербайджана.

    Следствие доказало, что Идрис Магеррамов жестоко убил свою невестку Бану Магеррамову, проживавшую с ним в одном доме, нанеся ей удар по голове тупым предметом. После этого мужчина расчленил тело, разложил его части по целлофановым пакетам, которые выбросил в контейнеры для бытовых отходов.

    И.Магеррамов обвиняется по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 245 (надругательство над трупом) Уголовного кодекса АР.

  • Gəlinini öldürərək doğrayan şəxs hakim qarşısına çıxarılır

    2021-ci il yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Имущество Lider TV будет продавать техдиректор “Телерадио”

    Решением Бакинского коммерческого суда назначен управляющий имуществом объявленного банкротом ООО Lider TV и Radio-Azerbaijan.

    Им стал технический директор ПО “Радиотелевизионное вещание и спутниковая связь” (“Телерадио”) при Министерстве транспорта, связи и высоких технологий Микаил Аббасов, сообщает Report.

    Закрытая на прошлой неделе телерадиокомпания задолжала ПО, поэтому ее имущество будет продавать глава “Телерадио”.

    Кредиторы могут обратиться к управляющему имуществом или по адресу: Баку, Ясамальский район, улица Ш.Мехтиева, дом 83/23, Lider TV и Radio-Azerbaijan.

    Телефоны: (012) 497-61-58; 497-88-99.

  • “Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

    Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

    “Report” xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

    Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin rəhbəri satacaq.

    Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud “Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.

  • Kürdəmirdə kişi tanışı tərəfindən bıçaqlandı

    28 may 2021-ci il tarixində saat 22 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Kürdəmir rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Famil Cəfərovu qəsdən öldürməyə cəhd edib.

    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Famil Qurbanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq aparılır.