Month: June 2021

  • “Kopa Amerika”nın keçiriləcəyi ölkə bəlli oldu

    Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) builki “Kopa Amerika”nın Braziliyada keçirilməsi barədə qərar qəbul edib.

    Müvafiq məlumat futbol qurumunun mətbuat xidməti tərəfindən yayılıb.

    Məlumata əsasən, turnir əvvəlcədən planlaşdırıldığı kimi iyunun 11-dən iyulun 10-dək təşkil olunacaq.

    Qeyd edək ki, 2020-ci ilin mart ayında Amerika Kubokunun keçirilməsi pandemiya səbəbindən təxirə salınıb. Öncədən turnirin Kolumbiya və Argentinada keçirilməsi planlaşdırılıb. Lakin Kolumbiya rəsmilərinin çempionatı ilin sonuna keçirmək barədə tələbi Federasiyanı qane etməyib. Beləliklə də, yarışın təşkili hüququnun bu iki ölkədən alınaraq, Braziliyaya verilməsi barədə qərar qəbul edilib.

    Xatırladaq ki, turnirin son qalibi də elə Braziliya yığması olub.

  • Süni intellektli dron ilk dəfə insan öldürüb

    Süni intellektlə çalışan və operator tərəfindən idarə olunmayan hərbi dron ilk dəfə insan ölürüb.

    Bu barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsilik Şurasının hesabatında bildirilib.

    Məlumata əsasən, hadisə 2020-ci ilin mart ayında qeydə alınıb.

    Türkiyə istehsalı olan dron Liviya hökumətinə qarşı vuruşan general Həftar ordusunun döyüşçüsünü məhv edib.

    “Bu dron operatorla bağlantı olmadan hədəflərə hücum etmək üçün proqramlaşdırılmış ölümcül avtonom sistemdir”, -deyə BMT TŞ-nin hesabatında qeyd olunub.

  • Kim Çen In bir aya yaxındır yoxa çıxıb

    Şimali Koreya lideri Kim Çen In bu ildə ilk dəfə olaraq 24 gün ictimaiyyət qarşısına çıxmayıb.

    TASS Cənubi Koreyanın Şimali Koreya ilə əlaqələrə nəzarət edən nümayəndəsinə istinadən xəbər verir ki, o son dəfə mayın 7-də Pxenyanda keçirilən konsertə qatılıb.

    Məmurun sözlərinə görə, Kim Çen Inın yoxa çıxmasının səbəbi bilinmir.

    Bundan əvvəl Cənubi Koreyadan olan mütəxəssislər onun bu il koronavirus infeksiyası ilə əlaqədar narahatlıqlarına görə ictimai tədbirlərə daha az qatılma ehtimalı olduğunu irəli sürüblər.

  • Rusiya Azərbaycana aviareyslərin sayını artırır

    Rusiya cari ilin iyun ayının 10-dan etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

    “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahdan jurnalistlərə bildirilib.

    Məlumata görə, Rusiyadan Yunanıstan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiyaya da uçuşların sayı artırılacaq.

    Qeyd olunub ki, müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq Rusiyanın operativ qərargahı, qarşılıqlı razılaşma əsasında 10 iyun 2021-ci il tarixindən etibarən Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, eləcə də Albaniya ilə müntəzəm beynəlxalq uçuşların bərpa edilməsi barədə qərar qəbul edib.

  • “Formula 1” yarışlarını şərh edən jurnalist efirdən uzaqlaşdırıldı

    Belçikanın RTBF telekanalı “Formula 1” yarışlarını şərh edən jurnalist Mark Duesi müvəqqəti olaraq işindən kənarlaşdırıb.

    “Sport1” xəbər verir ki, buna səbəb aparıcının “Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyamsın haqqında təhqiramiz ifadələr işlətməsidir.

    Xatırladaq ki, S. Uilyams fəxri qonaq olaraq “Formula 1”in Monako Qran-Prisinin yarışlarında iştirak edib və ona finiş xəttində yarış iştirakçılarını damalı bayraqla qarşılamaq həvalə olunub.

    Bu barədə məlumat alan aparıcı canlı efirdə S. Uilyams barədə xoşagəlməz ifadələr istifadə edib.

    “Serena Uilyams bu gün həmişəkindən fərqli olaraq nə isə başqa bir şeyi yelləyəcək”, – deyə jurnalist qeyd edib.

    O, həmçinin efirdə ABŞ-dan olan tennisçinin dostlarından birini “eybəcər” adlandırıb.

  • В Баку два брата пострадали в ДТП

    В Баку произошло дорожно-транспортное происшествие, в результате которого пострадали два человека.

    Как сообщает Report, авария зарегистрирована на территории поселка Тюркан.

    Так, легковой автомобиль столкнулся с грузовиком марки “КамАЗ”.

    В результате ДТП находившиеся в легковушке Алим Агаев (1990 г.р.) и его брат Мухаммед Агаев (1995 г.р.) получили травмы различной степени тяжести.

    Оба пострадавших были госпитализированы бригадой врачей скорой медицинской помощи.

    У А.Агаева диагностирована черепно-мозговая травма и сотрясение мозга, у М.Агаева – перелом правого локтя и ушиб головы.

    По данному факту ведется расследование.

  • Bakıda iki qardaş yol qəzasında ağır yaralandı

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

    Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb.

    Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Грузия открыла сухопутную границу с Азербайджаном

    С сегодняшнего дня можно будет путешествовать из Азербайджана в Грузию по суше.

    Соседняя страна открыла свои границы, которые были закрыты более года в связи с пандемией коронавируса.

    Лицам, желающим въехать в Грузию, требуется представить справку, подтверждающую отрицательный результат PCR-теста, который был сделан за последние 72 часа. Этот документ также должны представить лица, прошедшие полный курс вакцинации от коронавируса.

    В случае, если посетители останутся в стране на долгое время, то по истечении 72 часов им придется повторно сдать тест за свой счет. В противном случае их ждет штраф в размере 2 000 лари. Требование касается всех, вне зависимости от возраста, даже детей.

    Иностранным гражданам рекомендуется приобрести медицинскую страховку, покрывающую лечение от COVID-19.

    Следует отметить, что сухопутная граница между Грузией и Азербайджаном была закрыта с 14 марта прошлого года.

  • Gürcüstan Azərbaycanla quru sərhədlərini açıb

    Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.

    Qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.

    Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.

    Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.

    Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

    Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.

  • В Баку в квартире нашли тело убитой женщины

    Выяснилось, что женщина, обнаженное тело которой обнаружили сотрудники МЧС в одной из квартир в поселке Бакиханова Сабунчинского района столицы, была убита.

    Жительницу Ордубадского района Турану Джафарову (1990 г.р.) задушили проводом в съемной квартире, на ее теле были обнаружены следы насилия.

    По данному факту в прокуратуре Сабунчинского района ведется расследование.