Month: June 2021

  • Putin SSRİ-nin bərpası barədə danışdı

    Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası barədə danışıb.

    TASS xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bu ideyanı mənasız adlandırıb.

    “Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, – deyə o, bəyan edib.

    Putinin sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq.

  • Avropa İttifaqı Azərbaycandan səyahətlərə icazə verib

    Avropa İttifaqı (Aİ) Azərbaycandan səyahətlərə icazə verib.

    “Report” “Politico” nəşrinə istinadən xəbər verir ki, quruma üzv ölkələrin səfirlərinin bu gün keçirilən toplantısında 11 ölkənin Aİ-nin təsdiqlənmiş səyahət siyahısına daxil edilməsinə qərar verilib.

    Siyahıda Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı yer alıb.

    Ötən il Aİ koronavirus pandemiyası səbəbindən ittifaqa daxil olmayan ölkələrdən qeyri-vacib səyahətlərə qadağa qoyub.

  • Генеральный секретарь Федерации стрельбы Азербайджана примет участие в Олимпиаде в качестве спортсмена

    На летних Олимпийских играх в Токио, в соревнованиях по стрельбе Азербайджан будет представлен двумя спортсменами.

    Как сообщает oxu.az, право на это завоевал генеральный секретарь Федерации стрельбы Азербайджана Эмин Джафаров.

    Как заявил он нашему сайту, Международная федерация спортивной стрельбы дала ему wild card и поэтому он впервые получил право участвовать в Олимпиаде.

    Отметим, что в пулевой стрельбе Азербайджан будет представлять сын олимпийской чемпионки Ирады Ашумовой – Руслан Лунев.

  • Azərbaycan vətəndaşlarının Aİ ərazisinə sərbəst girişinə icazə verilib

    Avropa İttifaqı 12 ölkə vətəndaşlarının öz ərazisinə sərbəst girişinə icazə verib.

    Bu barədə “Eurointegration” resursu məlumat yayıb.

    Məlumata əsasən, siyahıya Azərbaycan da daxil edilib.

    Bununla yanaşı, icazə Moldova, Bosniya, Çernoqoriya kimi ölkələrin vətəndaşlarına da şamil olunub.

    Qərarın iyulun 1-dən qüvvəyə mindiyi bildirilib.

  • Азербайджанский кикбоксер нокаутировал противника за одну минуту – ФОТО/ВИДЕО

    Профессиональный азербайджанский кикбоксер Шикар Бадалов стал обладателем пояса победителя в рамках турнира KoK (King of Kings), который состоялся в турецком городе Конья.

    Как сообщает Oxu.Az, он нокаутировал своего иранского противника Ибрагима Хазаи в течение одной минуты.

    Следует отметить, что Ш.Бадалов выходец из спортивного общества МВД.

  • Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

    Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.

    Kiyev vilayət polisindən “Report”a verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirnək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

    Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

  • SOCAR сократил расход топлива на 28 %

    В период пандемии коронавируса (COVID-19) в 2020 году Государственная нефтяная компания (SOCAR) сократила потребление топлива на 28 %, а электроэнергии – на 10 процентов.

    Об этом сказал заместитель начальника отдела по организации мероприятий и связям с общественностью SOCAR Ибрагим Ахмедов.

    По его словам, в прошлом году около 26% электроэнергии, используемой в Азербайджане, компания производила за счет своих внутренних возможностей, а остальное получала от государственных структур.

    Представитель SOCAR также отметил, что рост потребления энергии в 2019 году был связан с тем, что ряд заводов и предприятий начали свою деятельность в составе их структуры.

  • ƏMDX: Azərbaycanda 558 süni balıq gölündən 155-nin fəaliyyəti dayandırılıb

    Azərbaycan torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılır.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, qurumun bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 558 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

    Monitorinqlər nəticəsində indiyədək mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 155 süni gölün fəaliyyəti dayandırılıb. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 403 təbii və süni balıq gölü mövcuddur. Bunlardan 33-ü təbii, 370-i isə süni balıq gölüdür. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 319-u isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun istifadə olunmayan torpaq sahələrində mövcud olan 344 göl barədə inzibati protokol tərtib edilib. 28 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib edilmiş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

    Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni balıq göllərinin ən çox Neftçala, Salyan, Hacıqabul rayonlarında yaradılması aşkar edilib.

    Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri ƏMDX-ya müraciət edir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yerquruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.

    Balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Xidmətə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş təbii sututarların (gölməçə, qamışlıq, axmaz və s.) yerləşdiyi torpaqlara müsbət rəy verilir.

  • Когда стартует оплата по новым тарифам на газ? – ОФИЦИАЛЬНО

    С первого июля абоненты в Азербайджане, у которых установлены смарт-счетчики, будут использовать газ по новым тарифам. Владельцы механических счетчиков до 10 июля будут использовать газ по старым тарифам. До этой даты будет обновлено программное обеспечение.

    Об этом сказал генеральный директор ПО “Азеригаз” Руслан Алиев, сообщает в среду Trend.

    По его словам, новые тарифы на газ будут способствовать дальнейшему развитию отопительных сетей в Азербайджане.

    Гендиректор сообщил, что централизованное отопление используется во многих странах мира. Оно отличается от индивидуальной системы отопления не только экономией газа, но и имеет много преимуществ с экологической точки зрения.

    Он добавил, что на сегодня у ПО “Азеригаз” насчитывается 2,4 миллиона абонентов, 1,3 миллиона из которых будут использовать газ в рамках лимита в 1 200 кубометров, то есть будут платить за него по 10 гяпиков за один кубометр.

  • Çavuşoğlu ilə Lavrov Qarabağı müzakirə etdilər

    Artıq xəbər verdiyimiz kimi, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

    “TRT Haber” xəbər verir ki, tərəflər arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    O, cümlədən, danışıqlarda Qarabağdakı hazırki vəziyyət də müzakirə olunub.

    Danışıqların başa çatmasının ardından XİN rəhbərlərinin birgə mətbuat konfransı keçirilib.

    Nazirlər Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun bərpasının vacib əhəmiyyətini bir daha təsdiqləyiblər.

    “Tərəflərin anlaşmasını, həm ermənilər, həm də azərbaycanlıların bölgədə mehriban qonşular kimi yanaşı yaşamasını istəyirik”, – deyə Lavrov bəyan edib.

    Rusiyalı nazir həm ölkəsinin, həm də Türkiyənin Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşması istiqamətindəki səylərini davam etdirəcəyini bildirib.