Month: June 2021

  • AVRO-2020: 1/8 finalın ilk oyunları keçiriləcək – AFİŞA

    Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir.

    Bu gün 1/8 final mərhələsinin ilk oyunları baş tutacaq.

    Əvvəlcə Uels və Danimarka yığmaları üz-üzə gələcəklər.

    Digər oyun isə İtaliya və Avstriya yığmaları arasında keçiriləcək.

    AÇ-2020
    26 iyun

    20:00. Uels – Danimarka
    Amsterdam. “Yohan Kroyf Arena”.

    23:00. İtaliya – Avstriya
    Londan. “Uembli” stadionu

  • В Гаджигабуле душевнобольной мужчина избил мать

    Жительница села Агаджанлы Гаджигабульского района Гаратель Сафарова (1971 г.р.) была госпитализирована после того, как ее избил собственный сын, сообщает Report.

    Женщине оказали первую медицинскую помощь в Центральной районной больнице Гаджигабула, а затем отправили в ЦРБ Ширвана.

    Выяснилось, что мужчина страдает психическим расстройством.

    По данному факту ведется расследование.

  • Azərbaycanda ruhi xəstə olan oğul anasını döydü

    Hacıqabulda döyülmə hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1971-ci il təvəllüdlü Səfərova Qaratel Məmiş qızı oğlu tərəfindən döyülərək müxtəlif xəsarətlər alıb. O, əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

    Anasını döyən oğlanın ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Corc Floydun qatilinin cəzası bəlli oldu

    ABŞ-da afroamerikalı Corc Floydu qətlə yetirməkdə ittiham olunan keçmiş polis əməkdaşı Derek Şovinin işi üzrə məhkəmə prosesində hökm oxunub.

    Bu barədə TASS məlumat yayıb.

    Məlumata əsasən, eks-zabit Floydun qətlində günahkar bilinərək 22.5 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, məhkəmə prosesi canlı olaraq yayımlanıb.

    Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən saxlanılan zaman qətlə yetirilib.

  • В Израиле нашли череп представителя неизвестного вида древних людей

    В центре Израиля обнаружили останки ранее неизвестного вида древних людей возрастом 120-140 тыс. лет. Они одновременно похожи и на неандертальцев, и на более древних представителей рода Homo. Описание находки опубликовал научный журнал Science, пишет ТАСС.

    “Ранее считалось, что израильские неандертальцы были выходцами из Европы, которым пришлось мигрировать на юг после наступления ледников. Окаменелости, которые мы нашли в карьере Нешер-Рамла, ставят под сомнение эту теорию. Они указывают, что предки всех неандертальцев жили на Ближнем Востоке более 400 тыс. лет назад”, – рассказал один из авторов исследования, профессор Тель-Авивского университета Израэль Хершковиц.

    Несмотря на внешнее сходство, современные люди (Homo sapiens) и неандертальцы развивались разными путями. Раньше считалось, что предки обоих видов разделились примерно 650 тыс. лет назад. Homo sapiens остались жить в Африке и постепенно колонизировали ее, а Homo neanderthalensis мигрировали на север и заселили Европу и Азию. Ученые пока точно не знают, как именно проходила эволюция представителей обоих видов, а также их родственников – недавно открытых денисовцев.

    Не меньше споров вызывает и то, как разные виды рода Homo впоследствии взаимодействовали друг с другом. За последние годы ученые нашли множество генетических следов неандертальцев и денисовцев в ДНК человека, то есть эти виды могли скрещиваться. Год назад исследователи обнаружили, что и в геноме неандертальцев были сегменты ДНК первых Homo sapiens, хотя раньше считалось, что эти виды не могли контактировать.

  • İsraildə əvvəllər məlum olmayan qədim insan qalıqları tapılıb

    İsrailin mərkəzində 120-140 min yaşlarında əvvəllər məlum olmayan qədim insan növlərinin qalıqlarını aşkar ediblər.

    “Science” jurnalında dərc olunan materialda bildirilir ki, tapıntı həm neandertallara, həm də homo cinsinin daha qədim nümayəndələrinə bənzəyir.

    Bu sümükləri eyni dövrün digər tapıntıları ilə müqayisə edən tədqiqatçılar müəyyənləşdiriblər ki, bu yaxınlarda qonşu mağaralarda tapılan, İsrail “Neandertalları”nın qalıqları olması iddia edilən tapıntıların bir çoxu əslində yeni qədim insan növünə aiddir.

  • İsrail yenidən maska taxma məcburiyyətinə qayıdır

    İsraildə bu gündən qapalı yerlərdə maska taxma məcburiyyəti yenidən tətbiq ediləcək.

    “RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər yayır.

    Bildirilir ki, qərar koronavirusun yayılmasının artması səbəbindən verilib.

    “Yoluxmanın artması ilə əlaqədar olaraq bu gün saat 12:00-dan açıq məkanlar istisna olmaqla hər yerdə maska taxma məcburiyyəti tətbiq edilir”, – deyə məlumatda qeyd olunur.

    Yeddi yaşına qədər uşaqlar istisna təşkil edir. Eyni zamanda, idmanla məşğul olarkən maska taxmaq məcburiyyəti yoxdur.

    Qeyd edək ki, İsraildə karantin məhdudiyyətlərinin əksəriyyəti iyunun 1-də, maska taxmaq məcburiyyəti isə iyunun 15-də ləğv edilib.

  • Çindən “Bitcoin”ə daha bir zərbə

    Dünyanın ən böyük kriptovalyuta mədəni olan Çin bu yaxınlarda mədənçiliyi qadağan etmişdi. Çin “Bitcoin”də kəskin enişə səbəb olacaq daha bir addım atıb.

    NTV xəbər verir ki, ölkə kriptovalyutanın mədənlərində istifadə edilən cihazların satışını da qadağan edib.

    “Bitcoin” mədənçiliyi üçün cihazlar istehsal edən “Bitmain” fəaliyyətini dayandırıb.

    “Sənayenin problemsiz bir şəkildə dəyişdirilməsinə kömək etmək üçün cihaz satışını qlobal olaraq dayandırdıq”, – deyə qeyd edilir.

    “Bitmain” dənizlərdən kənarda yetərli və keyfiyyətli enerji təchizatı axtardıqlarını da açıqlayıb.

    Şirkətdən bildirilib ki, çinli mədənçilər Belarus, İsveç, Norveç, Angola və Konqoya ucuz elektrik enerjisi təklif ediblər.

  • “Delta” ştammının yayıldığı ölkələrin xəritəsinə daha biri əlavə olundu

    Koronavirusun ilk olaraq Hindistanda aşkarlanan yeni növü “Delta” Koreya Respublikasında da yayılmağa başlayıb.

    Bu barədə KBS telekanalı ölkənin səhiyyə orqanlarına istinadən xəbər yayıb.

    Bildirilir ki, keçən həftə Cənubi Koreyada koronavirusun bu variantına 190 yoluxma halı aşkarlanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı onu SARS-CoV-2 koronavirusundan iki dəfə çox yoluxucu hesab edir.

    Bu baxımdan Cənubi Koreya səlahiyyətliləri ölkəyə iyul ayında 10 milyon, avqust və sentyabr aylarında isə 70 milyon doza peyvəndin daxil olmasının gözlənildiyini nəzərə alaraq əhalinin peyvəndləmə prosesini sürətləndirmək imkanlarını nəzərdən keçirirlər.

  • Günəşin təsiri ilə kəskinləşən xəstəliklər açıqlandı

    İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir.

    RT-nin məlumatına görə, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür.

    “Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır”, – deyə ekspert qeyd edib.

    O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar.

    “Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər”, – deyə o vurğulayıb.

    Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir.

    “Bundan başqa, yayda ciddi xroniki xəstəlik olan rosacea yarana bilər, immunitet pozulduğu üçün viruslu xəstəliklər, herpes kəskinləşə bilər. Dəridə kollagen məhv olur, piqmentasiya, yanıqlar meydana gəlir, yaşlanma sürətlənir”, – deyə o əlavə edib.

    Skoroqudaneva Günəşin faydalarından da danışıb.

    “Məsələn, günəşli günlərdə serotonin və D3 vitamini (hansı ki, Günəşdə qaraldıqdan sonra – cüzi qızartıda, ancaq yanıq olmadığı zaman dəridə sintez olunur) istehsal olunduğu üçün depressiv vəziyyətin faizi azalır”.

    Mütəxəssis, su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün kifayət qədər duz istehlak etməyi məsləhət gördü.