Month: June 2021

  • Gecə Bakıda beş qadını avtomobil vurdu

    Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında piyadanın vurulması ilə nəticələnən qəzalar baş verib.

    APA xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.

    Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

  • Найдены тела еще двух погибших участников Отечественной войны – ОФИЦИАЛЬНО

    Обнаружены тела еще двух военнослужащих азербайджанской армии, считавшихся пропавшими без вести во время Отечественной войны, сообщила пресс-служба Военной прокуратуры республики.

    После подписания трехстороннего заявления 10 ноября 2020 года под контролем руководства Генеральной и Военной прокуратур и при участии сотрудников Службы государственной безопасности, МВД, Минобороны и МЧС были проведены интенсивные оперативно-следственные мероприятия по обнаружению тел пропавших военнослужащих ВС АР, их идентификации и передаче родным.

    “В результате поисковых мероприятий были обнаружены и идентифицированы тела еще двух пропавших без вести военнослужащих – рядовых-сверхсрочников Эльмеддина Сардар оглу Хасратова и Эльшана Фазиль оглу Юнисли. Приняты все необходимые меры по передаче их тел родным.

    Продолжаются оперативно-следственные мероприятия с целью определения других военнослужащих, считающихся пропавшими без вести”, – говорится в сообщении Военной прокуратуры.

  • Vətən müharibəsində itkin düşmüş iki hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

    Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qullquçusunun meyiti tapılıb.

    Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

    “Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

    Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, – deyə bildirilib.

  • Zakir Həsənovdan Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA

    Şuşa Bəyannaməsi çox mühüm, tarixi bir sənəddir.

    Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    Z.Həsənov Şuşa Bəyannaməsini Qars müqaviləsi ilə müqayisə edib:
    “Şuşa Bəyannaməsinin imzalanması tarixi məqamdır. Bu bəyannamədə hərbi əməkdaşlıq bir millət iki dövlətin iki ordusunun yüksək səviyyədə inteqrasiyasına işarədir.
    Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı yüksək səviyyədə idi. Bu istiqamətdə müxtəlif sənədlər də qəbul edilmişdi, lakin Şuşa Bəyannaməsi ən yüksək səviyyədə iki ordunun inteqrasiyasının göstərişidir. Əməliyyat planları, birgə fəaliyyət və digər məqamlar orada göstərilib”

  • Mülki-Prosessual Məcəllədə edilən dəyişikliklərə aydınlıq gətirildi

    2021-ci il iyunun 25-də Azərbaycan Respublikasının Milli Məclisində Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanun layihəsi müzakirə edilib.

    Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəsmi saytında qeyd olunub.

    Qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə hazırlanıb.

    Qanun layihəsinin hazırlanması çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya və birinci instansiya məhkəmələrinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təklifləri toplanaraq müvafiq işçi qrupunda təhlil edilib, xarici dövlətlərin və beynəlxalq məhkəmələrin qabaqcıl təcrübəsi, habelə Dünya Bankının “Doing Business” layihəsi üzrə tövsiyələri nəzərə alınaraq mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi üçün mütərəqqi müddəalar işlənib hazırlanıb.

    Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş müzakirələrdə işçi qrupun üzvləri olan Ali Məhkəmənin hakimləri iştirak edərək Milli Məclisin deputatlarının suallarını cavablandırıblar. Qeyd edilib ki, layihə Mülki Prosessual Məcəllənin fəlsəfəsini əhəmiyyətli dərəcədə dəyişən, konseptual yenilikləri nəzərdə tutur.

    Belə ki, məhkəmələrdə işin baxılmağa hazırlanması mərhələsi yenidən işlənmiş, dəyişikliklər işlərə məhkəmə iclasında daha səmərəli şəkildə baxılmasının təmin edilməsinə yönəlib. Tərəflərin tələblərinin və sübutların qabaqcadan bəlli olan müddətlərdə bir-birinə və məhkəməyə verməsi, öz arqumentlərini daha əsaslı surətdə hazırlayaraq təqdim etməsi məhkəməyə tərəflərin mövqeyini daha dəqiq öyrənməyə imkan verəcəkdir ki, bu da son nəticədə məhkəmə qərarlarının keyfiyyətinin artırılmasına səbəb olacaq.

    Bundan əlavə, layihəyə əsasən bir sıra hallarda məhkəmələrdə işlərə yazılı icraat qaydasında baxılması qaydaları müəyyən edilib. Yazılı icraatın tətbiqi tərəflərin məhkəməyə təqdim etdiyi prosessual sənədlərin keyfiyyətinə tələbkarlığı artırmaqla yanaşı məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alacaq.

    Layihədə nəzərdə tutulmuş növbəti yenilik proses iştirakçılarına məhkəməyə gəlmədən videokonfrans əlaqə sistemindən istifadə edilməklə mülki işlər üzrə icraatda iştirak etmək imkanını nəzərdə tutur. Həmçinin layihəyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişlənməsinin növbəti mərhələsi onun istifadəçiləri üçün sənədlərin daha sürətli və rahat mübadiləsini və digər üstünlükləri təmin edəcək.

    Qanun layihəsi mülki proses zamanı tətbiq edilən təminat tədbirlərinin tətbiqi qaydalarını daha müfəssəl tənzimləməklə, belə tədbirlərin tətbiqində çevikliyin artırılmasına, eyni zamanda daha əsaslandırılmış qərarların qəbul olunmasına, bu tədbirlərdən sui-istifadə edilməsi imkanlarının azaldılmasına səbəb olacaq.

    Hüquq ictimaiyyəti arasında geniş müzakirəyə səbəb olmuş məhkəmə cərimələri ilə bağlı müddəalara da iclas zamanı aydınlıq gətirilib.

    Belə ki, Mülki-Prosessual Məcəllənin mövcud redaksiyasında məhkəmə prosesini ləngitməyə yönəlmiş etirazın verilməsinə görə məhkəmə prosesi iştirakçılarının cərimələnməsi nəzərdə tutulur. Həmçinin, Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən müəyyən məbləğ tuta bilər.

    Məcəlləyə təklif edilən redaksiyada isə nəzərdə tutulur ki, nəinki əsassız iddia, həmçinin açıq-aşkar əsassız vəsatət və ya şikayət verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəf, onun nümayəndəsi və ya vəkili 500 manatadək cərimə edilə bilsin.

    Göründüyü kimi, təklif edilən bu dəyişiklik qüvvədə olan normanı dəqiqləşdirir, hətta vəsatətin əsassız hesab edilməsi üçün mövcud olan tələbi, standartı sərtləşdirir. Bununla yanaşı, vəsatət vermək hüququndan sui-istifadə edən subyektdən tutula biləcək məbləğin yuxarı həddi müəyyən edilir. Dəyişikliyin məqsədi məhz məhkəmə prosesinin süni surətdə yubadılması hallarını aradan qaldırmaq, bununla da ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir.

    Bəzi hüquqşünasların yuxarıda sadalanan konseptual dəyişiklikləri diqqətdən kənar qoyulmaqla, cərimə ilə bağlı dəqiqləşdirmə xarakterli dəyişikliyə həddindən artıq kəskin reaksiya verilməsi təəccüb doğurur.

    Ali Məhkəmə mütəmadi olaraq hüququn inkişafına xidmət edən məsələləri hüquq ictimaiyyətinin müzakirəsinə çıxararaq qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş təklifləri təqdim etməyə dəvət edir. Təəssüflə qeyd edilməlidir ki, bəzi hüquqşünaslar hüququn inkişafına əsl töhfə vermək əvəzinə, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən çıxışlar etməyə üstünlük verirlər.

  • Fransada futbol oyunu zamanı silahlı insident: Ölən və yaralanan var

    Marseldə futbol oyunu zamanı oyunçulara atəş açılıb. Nəticədə oyunçulardan biri ölüb, biri isə ağır yaralanıb.

    Bu barədə Fransanın “Bleu” radiostansiyası xəbər verib.

    Silahlıların bir neçə nəfər olduğu vurğulanıb. Onlar avtomobil ilə stadiona yaxınlaşaraq, iki futbolçuya atəş açıblar.

    İlkin məlumatlara görə, söhbət “Malpassa” komandasının futbolçularından gedir. Onlar bölgələrarası “H Cup” futbol turnirində mübarizə aparırdılar.

    Hadisədən sonra stadionda təşviş düşüb. Stadionun yaxınlığında yandırılmış maşın aşkarlanıb.

    Baş verənlərlə əlaqədar istintaq başladılıb.

  • Goranboy sakininin güllələnməsi ilə bağlı cinayət işi açıldı – RƏSMİ

    Ötən gün Goranboyda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.

    Bu barədə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

    Belə ki, iyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.

    Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.

  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyəti ilə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söyləyib.

  • UEFA-dan yeni qərar: Pivə şüşələri masadan yığışdırılacaq

    2020 Avropa Futbol Çempionatının (EURO 2020) təşkilatçıları sponsorluq müqavilələri çərçivəsində mətbuat konfranslarında masaya qoyulan alkoqolsuz “Heineken” pivə şüşələrinin müsəlman oyunçuların tələbi ilə yığışdırılacağını açıqlayıb.

    Bu barədə “Haber Global” xəbər verib.

    Qərara görə, oyunçular və məşqçilər dini səbəblərdən sponsorların alkoqollu içki şüşələrini mətbuat konfranslarına daxil etməməyi istəyə biləcəklər.

    Bununla belə UEFA dini inanclarla şəxsi sağlamlıq arasında fərq olduğunu nəzərə alaraq, qazlı içkilərlə bağlı oxşar bir qərar verməyib.

    Xatırladaq ki, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında masanın üzərindəki “Coca-Cola” şüşələrini adi su şüşəsilə əvəz edərək bunun daha faydalı olduğuna diqqət çəkmişdi. Ronaldudan sonra Fransa millisinin ulduzu Paul Poqbada da analoji addım atmışdı. O, Almaniya ilə oyundan sonra keçirilən mətbuat konfransı zamanı masanın üstündə olan pivə şüşəsini döşəmənin üstünə qoymuşdu.

    Qeyd edək ki, Poqba müsəlmandır. Çox güman ki, bununla əlaqədar olaraq “Manchester United”in yarımmüdafiəçisi AVRO-2020-nin sponsorunu dəstəkləmək istəməmişdi.

  • İlham Əliyevdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin və ona tabe olan qurumların strukturunda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

    Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilir.

    Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilir.

    Eyni zamanda, Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında Nazirliyin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılır.

    Həmçinin, Nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.