Month: June 2021

  • Gürcüstanda qeydiyyatsız məscidlər sənədləşdiriləcək

    “Mənim müsəlman icması ilə dostluq münasibətlərim var”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

    O, müsəlmanlara göstərdiyi dəstəyin sayəsində konkret nəticələrin əldə olunduğunu bildirib: “İlk dəfə baş nazir olduğum dövrdə müsəlman icmasına yalnız sözdə deyil, əməldə də maksimal dəstək göstərmişəm. Onlar üçün çox işlər görmüşəm və bunu davam etdirəcəm”.

    Baş nazir onun hökumətə ilk dəfə başçılıq etdiyi illərdə yaradılmış Dini Məsələlər üzrə Agentliyin əsas dini konfessiyalarla səmərəli iş apardığını qeyd edib.

    İ.Qaribaşvilinin sözlərinə görə, illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər aradan qaldırılacaq: “Biz qeydiyyatsız məscidləri qanuniləşdirməyi planlaşdırırıq. İcmanı narahat edən digər cari məsələlərin də həlli nəzərdə tutulub”.

  • Türkiyədə ikinci dəfə zəlzələ oldu

    Türkiyədə 5,2 bal gücündə zəlzələ olub.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar Bingöl əyalətində yerli vaxtla saat 21:28-də qeydə alınıb.

    Zəlzələ ocağı yerin 14,5 kilometr dərinliyində yerləşib.

    Dağıntı və tələfat qeydə alınmayıb.

    Daha əvvəl Muğla şəhərinin Datça rayonunda da yerli vaxtla saat 12:21-də də zəlzələ qeydə alınıb.

  • Gəncədə yol nəqliyyat hadisəsi baş verib

    Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

    “Toyota” markalı avtomobil yol kənarında dayanmış “NIVA” markalı avtomobilə çırpıılıb.

    Hadisə zamanı Toyota markalı avtomobilin sürücüsü xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Avropa İttifaqı Suriya qaçqınlarının dəstəklənməsinə 5,2 milyard avro ayıracaq

    Avropa İttifaqı Türkiyə, Livan və İordaniya düşərgələrində yerləşən Suriya qaçqınlarına dəstək üçün öz büdcəsindən 2024-cü ilədək 5,2 milyard avro ayıracaq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

    Onun sözlərinə görə, bu məbləğdən 3 milyard avro Türkiyədə, 2,2 milyard avro isə Livan və İordaniyada olan Suriya qaçqınlarına dəstək üçün nəzərdə tutulur.

    Avropa İttifaqının miqrasiya üzrə sammitinin yekun bəyanatında son illər dünyada miqrant axınının güclənməsindən narahatlıq ifadə olunur. Aİ liderləri miqrasiyanın çevik və hər bir ölkəyə uyğunlaşdırılmış surətdə qaydaya salınması üçün konkret addımlar atmaq niyyətlərini elan ediblər.

  • “Bu şəxslər toyda iştirak etsə, cəzalandırıla bilər“ – Hüquqşünas

    Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı qəbul etdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Səhhətində problem olan (allergik xəstəlik daşıyıcıları, kimyoterapiya qəbul edənlər, hamilə qadınlar-red.), bu səbəbdən peyvənd vurdura bilməyən vətəndaşların qərarda nəzərə alınmaması ciddi narazılıq doğurub. Əksəriyyət bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib.

    Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev diqqətə çatdırıb ki, ümumi ictimai mənafe ilə fərdi mənafe arasında balanslaşma aparılmalıdır:

    “İctimai və fərdi mənafe var. Hökumət bununla bağlı balanslaşdırma siyasəti aparmalıdır. Məhdudlaşdırılan qrupun mənafeyinə ciddi ziyan dəyməməlidir. Ancaq bütün ölkələrdə olduğu kimi, bizdə də ictimai mənafe daha üstün tutulur. Ona görə də hökumət bəzən elə qərarlar qəbul etməyə məcbur olur ki, orada ictimai mənafe ilə fərdi mənafe arasında mütənasiblik pozulur”.

    Hüquqşünas bildirib ki, ictimai mənafeyə görə bəzi fərdilərin hüquqları pozula bilər:

    “Hazırkı qərar da ona yol açır. Biz bilirik ki, həmin şəxslər əks effektə görə peyvənd oluna bilmirlər. Lakin buna baxmayaraq, onların müəyyən fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Bu, kütləvi tədbirlərdə iştirakla da bağlıdır. Çünki onlar həssas qrupa daxildir. Yəni daha tez xəstələnib, xəstəliyi ağır keçirə bilərlər. Nəticədə həm özlərinə, həm ətrafdakılara ciddi təhlükə yaradarlar. Bu insanların xəstələnməsi böyük faizlə onların ölümü deməkdir. Bu, artıq bütün dünyada sübut olunub. Ona görə hesab edirəm ki, hökumətin belə qərar qəbul etməsi-həmin şəxslərin toylarda və digər tədbirlərdə iştirak etməməsi həm də onların öz mənafeyinə uyğundur. Bəzən şəxs deyir ki, “Nə olur olsun, mən yaxınımın toyunda iştirak etməliyəm”. Ancaq bu, təkcə onun seçimi deyil. Hökumətin hüququdur ki, ictimaiyyətin təhlükəsizliyini qorumaq üçün belə məhdudlaşdırıcı tədbirlər həyata keçirsin”.

    Həmsöhbətimiz hesab edir ki, hökumət şəxslərə bu məhdudiyyəti qoymaqla insan hüquqlarının pozulmasına yol vermir:

    “Ona görə də vaksin pasportu olmayan bu şəxslər toyda iştirak etsə, cəzalandırıla bilərlər. Görünür, bu qrupa aid olan şəxslərin toyda iştirakının qarşısını almaq üçün təşkilatçılar müəyyən məsuliyyət daşıyırlar. Onlar əvvəldən kimdə belə pasportun olduğunu bilməli, həmin şəxsləri toya dəvət etməlidir. Digər şəxslər dəvət olunmamalıdır ki, sonra onlar hər hansı hüquqi təqibə məruz qalmasınlar. İnsanların özünü hərəkətindən çox şey asılıdır, biz hamımız bu məsələdə məsuliyyətli olmalıyıq”.

  • Azərbaycan karantinlə bağlı cərimələri ləğv edəcəkmi?-Deputat

    “Gələcəkdə Azərbaycanda da belə bir qərar verilə bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstan hökumətinin karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Deputat qeyd edib ki, gələcəkdə vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün bu addımı atmaq olar:

    “İndiki vəziyyətdə toyların keçirilməsi ilə bağlı verilən qərarda cərimələr nəzərdə tutulur. İndi cərimələrlə bağlı qərar ləgv olunsa, onda heç kim qaydalara əməl etməyəcək və yoluxma sürətlə artacaq. Ona görə də bunun müəyyən detallarına baxıb həll eləmək lazımdır”.

    Qeyd edək ki, Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Qərar 245 mindən çox sakini və 344 hüquqi şəxsi əhatə edəcək. Ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu bildirilib.

  • Qənirə Paşayeva AZAL-ı tənqid etdi: Qiymətlər çox bahadır

    Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir, amma biletlər baha olduğundan hələ bilmirlər.

    Median.Az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva məsələ qaldırıb. Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır:

    “Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurulmara da müraciət edirəm ki, məsələyə baxılsın”.

    //Ölke.az

  • “Ağdam mənim vətənim deyil, bunu daha açıq necə demək olar?” – Sarkisyan

    “Biz bu gün kapitulyantı azərbaycanlılar Şuşanı fəth edərək Xankəndinə çox az məsafədə yerləşirdiyi bir zamanda üçtərəfli sənədi imzaladığına görə ittiham etmirik, onu məhz yaratdığı şəraitə ittiham edirik”.

    Median.Az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan BBC-yə müsahibəsində deyib.

    Onun fikrincə, 2020-ci ilin yayında həyata keçirilən hərbi əməliyyatları dağıdıcı hərəkət idi.

    Sarkisyan onu da əlavə edib ki, o, heç zaman torpaqların geri qaytarılmayacağı fikrini deməyib: “Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən son aqibətimizin belə acı sonluqla bitməməsi üçün bir xain damğasını daşımağa hazır idim. Öz reytinqimi düşünmürdüm ki, tarixdə qalım. Mən problemin həllini istəyirdim… Amma təəssüflər olsun ki, bunu bacarmadım”./Ölkə.az

  • Moskvada QR kodu olmayanlar avtobuslara buraxılmaya bilər

    1 iyuldan etibarən Rusiyanın Moskva vilayətində ictimai nəqliyyatın istifadəsinə məhdudiyyətlər qoyula bilər.

    Gazeta.ru-nun məlumatına görə, bu barədə Moskva vilayətinin səhiyyə naziri Svetlana Strigunkova bildirib.

    Bu addım koronavirusla bağlı vəziyyət düzəlməyəcəyi təqdirdə atılacaq.

    “Gözlənilən effekt əldə edilməyəcəyi təqdirdə Moskva vilayətinin Səhiyyə Nazirliyi 1 iyuldan etibarən əlavə məhdudlaşdırıcı tədbirlər təklif edəcək. Belə ki, ancaq QR koduna sahib olan Moskva vilayəti sakinləri ictimai nəqliyyata buraxılacaq”, – deyə o, bildirib.

    Qeyd edək ki, son günlər Moskva vilayətində koronavirusa yoluxmada kəskin artım müşahidə edilib. Təkcə son bir gündə 2,3 mindən çox yoluxma qeydə alınıb. Bununla əlaqədar olaraq bu gündən etibarən Moskva vilayətində məhdudiyyətlər artırılıb: Oyun və idman meydançaları, çardaqlar və digər bu kimi obyektlərdən istifadə edilməsi qadağan olunub, 50 nəfərdən çox adamın olduğu otaqlarda tədbirlər dayandırılır.

    28 iyun tarixindən etibarən isə gecə klublarına, barlara və diskotekalara giriş ancaq QR kodlarından istifadə edilərək həyata keçiriləcək.

  • Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik – leytenanta qarşı haqsızlıq

    Azərbaycan Ordusunun polkovnik-leytenantı, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində əvvəldən sona qədər rəşadət göstərmiş, bir neçə dəfə yaralansa da, israrla cəbhə xəttinə qayıdaraq, düşmənlə savaşmış Elşən Umarov bankların haqsızlığı ilə üzləşib.

    Zabitimiz Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib, Ali Baş Komandan tərəfindən təltif edilib. Peşəkar zabit E.Umarov hazırda Vətən qarşısında xidmətini Qubadlıda davam etdirir.

    Median.Az xəbər verir ki, onun yaxınları “AzPolitika.info”-ya bildiriblər ki, E.Umarov hazırda banklardan kredit ala bilmir. Çünki döyüşlərdə olduğu zaman “Unibank”-a kredit borcunu gecikdirib, buna görə onun adını Mərkəzi Bankın “qara siyahısı”-na salıblar.

    Baxmayaraq ki, müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib.

    Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən müharibəsi iştirakçılarının döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma adıçəkilən bank dövlət başçısının bu tövsiyəsini Elşən Umarova aid etməyib.

    “Elşən Umarov zabit kimi yüksək əməkhaqqı alıb, müharibədən əvvəl kredit borclarını vaxtında ödəyib. Ona görə kredit almaq onun üçün problem olmayıb. Amma müharibə günlərində, zabitlərin nəinki kredit ödəmək, həftələrlə ailəsi ilə telefonda danışmaq imkanı olmayıb.

    Bu şəraitdə E.Umarov kreditin borcunu necə ödəyə bilərdi? O, döyüşlərdən qayıdan kimi gecikmiş borclarını qaytarıb və hazırda qrafik üzrə ödənişini davam etdirir. Amma ona yenidən kredit vəsaiti lazımdır, çünki övladının xeyir işi yaxınlaşır, onun xərclərini qarşılamalıdır. Hazırki şəraitdə bu vəsaiti ancaq banklardan almaq olar, çünki Azərbaycan Ordusununun zabitləri, onların çevrələri varlı insanlar deyillər. Müharibədən sonra şəhidlərin, qazilərin milyonlarla manat borcları bağlanıb.

    Elə bu fakt göstərir ki, zabitlər daim ehtiyac içində olublar və bankların ən çox müştəriləri elə bu təbəqədəndir. “Unibank” ASC-dən Elşən Umarova bildiriblər ki, adı Mərkəzi Bankın reyestrində problemli müştəri kateqoriyasına salınıb. Ona görə istədiyi kredit məbləğini ona verə bilməzlər”, – deyə zabitin qohumları bildiriblər.

    E. Umarov hazırda üzləşdiyi haqsızlığa görə çıxılmaz vəziyyətdədir. Onu daha çox incidən isə işi-gücü rahat otaqlarda, fırlanan kreslolarda əyləşib pul satmaq olan bankirlərin ona pul satmamasıdır. O, sadəcə aylıq 25-27 fazilə, daha doğrusu sələmçi şərtləri ilə borc vəsaiti istəyir ki, problemini yoluna qoya bilsin. Amma problemli kreditlər içində itib-batan banklar Azərbaycan zabitinin özünü “problemli” elan ediblər.