Month: June 2021

  • “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyununun hakimləri bilindi

    UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının hakimləri açıqlanıb.

    Oyun İsraildən olan hakimlər briqadasına tapşırılıb.

    Baş hakim David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcək. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.

    UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Vilyam Yanq (Şotlandiya) olacaq.

    Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

  • Qaxda şirkətdə ölümlə nəticələnən partlayış barədə RƏSMİ MƏLUMAT

    İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Qax rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunub. Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Hər kəsin gözü qarşısında kassadan oğurluq edən şəxs saxlanılıb

    Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu açıq şəkildə talayaraq soyğunçuluq etməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib. Polis əməkdaşlarının M.Bayramovun ətrafında keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət hadisəsini də aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində yerləşən yaşayış olmayan mənzillərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 1 200 manat dəyərində kondisioneri oğurlayıb.

    RPİ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

    Qeyd edilən faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

  • Günün qoroskopu: təklifləriniz yetərincə dəyərləndirilməyəcək

    Median.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

    Qoç – çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.

    Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.

    Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.

    Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.
    İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın.

    Buğa – aktiv, enerjili iş günüdür. Nəzərdə tutulmamış situasiya yarana bilər. Avantürizmə varmayın. Ekstrimsiz çalışın, təmir işlərini təxirə salın.

    Sizi həyəcanlandıracaq informasiya ala bilərsiniz. Bu məlumat fəaliyyət planınızı və ya kiminsə barədə fikrinizi dəyişə bilər.

    Sizə əziz insanla münasibətlərini qoruyun. Anlaşılmazlıq və ya mübahisə yaranarsa, barışın, güzəştə gedin.

    Ev işləri ilə məşğul olun.
    Elektron əşyalarla “eksperiment” aparmayın, kompüteri qoruyun.

    Səfər və ya aviauçuşlar məsləhət deyil.

    Əkizlər – təşəbbüs, aktivliyin izharı, danışıqlar aparılması üçün uğurlu gün deyil. Xoşagəlməz təfərrüatlar, intriqalarla qarşılaşacaqsınız. Diqqəti cari işlərə yönəldin. Maliyyə və pul ilə bağlı məsələlərdə səhvə yol verməyin.

    İndi görüləcək işi və ya başa vurulacaq bərpanı, təmiri təxirə salmayın.
    Axşam saatlarında münasib ortamda istirahət edin.

    Xərçəng – kursun dəyişməsi zamanıdır. Hesablamadığınız işlər, gözləmədiyiniz hadisələr yaşanacaq. Təşəbbüskar olmayın, cari işlərlə sakit şəkildə məşğul olun.

    Önəmli heç nə baş verməsə belə, yeni təmayüllərə hazır olun. İdeyalar və niyyətləri gerçəkləşdirməyin yollarını arayın.

    Risk etməyin. Səfər və səyahəti, evdə təmiri təxirə salın, kompüteri qoruyun. Yeni təəssüratlardan qaçmayın. Bu günün ideyaları çox maraqlı təsir bağışlasa da, onları gerçəkləşdirməyə tələsməyin.

    Şir – gərgin və qarışıq gün olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qəfil məqamlar, istənməyən münaqişələr yarana bilər. İstənilən məsələdə mütləq şəkildə sizin fikrinizin apriorluğu şərt deyil. Eqoizm və təşəxxüs əleyhinizə işləyəcək.

    Problemlərə reaksiyada ifrat dərəcədə emosional olmayın.
    Günün ikinci yarısında aktivliyi bir qədər azaldın, təşəbbüsləri təxirə salın. Cari məsələlərin həlli ilə məşğul olun.

    İş məhsuldarlığınız yüksək olsa da, özünüzü yormayın. Səhhətlə bağlı problemlər istisna deyil. Yardım və ya qayğı təklifi olarsa, inad etməyin. Əlavə işə razılaşmayın. İşinizin zəif məqamlarını nəzarətdə saxlayın.

    Evdə təmir işlərini təxirə salın.

    Qız – əməkdaşlıq və ya tərəfdaşlıqda çevriliş ola bilər. Olayların ciddilik və önəm səviyyəsi əvvəllər formalaşmış şərtlərdən asılıdır. Yeni təkliflər alsanız, düşünün, perspektivlərinizi dəyərləndirin.

    İnadkarlıq etsəniz və absolyut həqiqət daşıyıcısı olduğunu düşünsəniz şəxsi münasibətlərinizdə ciddi problemlərin yaranması, sərinləşmə istisna deyil. Mürəkkəb intellektual məsələlərin həlli üçün əlverişli gündür.

    Təşəbbüs zamanı deyil. Cari işlərlə məşğul olun. Səfər və səyahətə aludə olmayın.

    Tərəzi – qəza riskinin az olmadığı gündür. Yaxın ətrafınızdakı insansanlarla münasibətlərdə gərginlik hiss olunacaq. Karmik düyünlər üzə çıxacaq, hadisələr sürətlənəcək. Sizə əhəmiyyətli münasibətlərin batininin bəzi nüansları aşkarlanacaq.

    Qərar verərkən tərəfdaşın reaksiyasını diqqətlə izləyin. Bədbin və hirsli olmayın, impulsiv addımlar atmayın.

    Yeni mövzu başlanacaq, yeni tədqiqatlara maraq oyanacaq. Səfər və ya səyahətdə ehtiyatlı olun.

    Evdə təmiri, xüsusilə də elektriklə bağlı işləri təxirə salın.

    Əqrəb – hadisələrdə proqnozlaşdırılmamış dönüşlər, qəfil xəbərlər, maraq dairəsinin yenilənməsi günüdür. Səfər, aviauçuş, səyahət məsləhət deyil. Tərəfdaşla əlaqələr və təmaslar aqressiya, stresə səbəb ola bilər.

    İntellektual fəaliyyət, çətin problemlərin həlli üçün əlverişli gündür. Riskin olduğu sahələrdə ehtiyatlı davranın və arzuolunmaz nəticələri istisna edin. Hiyləgərlik etməyin, başqalarının həssas nöqtələrinə toxunmayın, səbrli olun.

    Sevdiyiniz işlə məşğul olun, problemlərin sayını artırmayın.

    Oxatan – işbirliyinə dəyər verdiyiniz tərəfdaşlarınıza qarşı iradların sayını azaldın. Problemlərin işinizə ciddi maneələr yaratdığı müstəvilərdə radikal addımlar ata bilərsiniz. Bu gün nəyinsə dağılması və ya arxada qalması istisna deyil.

    İşlərdə və şəxsi münasibətlərdə eksperimentlərə can atmayın.
    Təhlükəsizliyinizi təmin edin, təlimatları və qaydaları pozmayın. Axşam saatlarında tanımadığınız yerə yollanmayın, ətrafdakı insanlara öz fikirlərinizi təlqin etməyin.

    Sərt və aqressiv davranmayın.
    İşlərin rəvan məcrasına yenilik və dəyişikliklər etməyə tələsməyin. Emosiyaların təsiri altında hərəkət etməyin. Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın.

    Tərəfdaşın səhvlərini bağışlamağı bacarın.

    Oğlaq – yenildənqurma, gələcəklə bağlı yeni planların formalaşması sərt, rəqabətin kəskinləşdiyi şəraitdə gedir.

    İntuisiyanın dediklərinə diqqətli olun. Fəaliyyət və hərəkət istiqamətlərinizi dəyişə biləcək olaylara diqqətli olun, zərurət yaranarsa, onların məcrasını dəyişməyə cəhd göstərin. Tərəfdaşlıqda, işgüzar və şəxsi münasibətlərdə yeniliklər istisna deyil.

    Fəaliyyətinizlə belə dəyişikliklərə zəmin yaradın.
    İşlər və şəxsi məsələlərdəki uğurlarınız indi qəfil situsiyalar, dəyişikliklər sınağından keçir.

    Yaşamınıza daxil olan nəsnənin qarşısını almayın. Ətalətdə olan işi aktivləşdirmək, perspektivləri müəyyənləşdirmək zamanıdır.

    Dolça – işdə aktivlik səviyyəsini bir qədər aşağı salın. İnformasiya və texnika ilə işdə yolverilməz dərəcədə sərbəst davranmayın. Kollektivdə münaqişə yaranan kimi onun qarşısını alın, böyüməsinə imkan verməyin.

    Ambisioz insanın işlərinizə müdaxilə və sizə təsir cəhdləri ilə üzləşsəniz dərhal cavab verməyə tələsməyin. Təfərrüatları, bu insanın niyyətini və planlarını öyrənməyə çalışın.

    Ətrafınızdakı insanları açıqlama, qərar və ya tələbinizlə heyrətləndirməyin.
    İlkin etiraz impulslarını cilovlaya bilsəniz, böyük üstünlük qazanacaq, enerjinizi konstruktiv məcraya yönəldəcəksiniz.

    Balıqlar – təklifləriniz yetərincə dəyərləndirilməyəcək. Çətin gündür. Məşğul olduğunuz məsələlərdən birində nəzərdə tutulmamamış çətinlik yarana bilər.

    Yaxın insanlar sizi tam anlamır, əlavə yük və qayğılar “hədiyyə” etmək istəyirlər. Əsəblərin tarıma çəkildiyi bir dönəmdə təmkinli davranın, səbrli olun.

    Fiziki iş və ya gəzinti əsəblərinizi normallaşdırmağa yardım edəcək.
    Səfər və ya səyahətləri minimuma endirin.

    Şəxsi münasibətlər üçün uğurlu gün deyil. Hadisələri tələsdirməyin. Ailə üzvləri ilə münasibətləri aydınlaşdırmağa çalışmayın.

  • Yasamalda yanğın baş verib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

    “Report”un nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • Президент Кыргызстана назначил нового посла в Азербайджан

    Президент Кыргызской Республики Садыр Жапаров назначил нового посла страны в Азербайджане.

    Как передает Report, об этом сообщает официальный сайт Президента Кыргызской Республики.

    Согласно подписанному указу Осмоналиев Кайрат Медербекович назначен чрезвычайным и полномочным послом Кыргызской Республики в Азербайджанской Республике.

    Отметим, что К.Осмоналиев является Президентом Кыргызского клуба друзей Азербайджана, доктором юридических наук и профессором.

  • Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib

    Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı yeni səfiri barədə fərman imzalayıb.

    “Report” xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

    Fərmana əsasən, Kayrat Mederbekoviç Osmonaliyev Qırğız Respublikasının Azərbaycandakı yeni səfiri təyin edilib.

    Qeyd edək ki, K.Osmonaliyev “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professordur.

  • Məleykə Əsədovanın yeni görüntüləri müzakirlərə səbəb oldu – FOTO

    Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yeni paylaşım edib.

    Sənətçi şəxsi “Instagram” hesabında yeni fotolarını yayımlayıb.

    Xalq artisti firuzəyi rəngli kostyumu ilə diqqət çəkib. 55 yaşlı sənətçi, qüsursuz gözəlliyi ilə müzakirələrə səbəb olub. Onun bu fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

    Əsədovanın paylaşımına çoxsaylı “like” gəlib, şərhlər yazılıb.

    Sözügedən foto “Bizimləsən” proqramında lentə alınıb.

  • Safurə qayıdır: “Həyat yoldaşım dəstəkləyir”

    “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva sənətə qayıdır.

    Axşam.az xəbər verir ki, müğənni bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O bildirib ki, yeni klip, albom hazırlayıb:

    “Ailə qurdum, səhnədən getdim. Yeni idim, uşaqlar, ailə, çətin idi. Klip gün tələb edir, uşaqlarla çətin olurdu. İndi övladlarım böyüyüb, rahat gedib gəlirəm.

    Yoldaşım da dəstəklədi. Dəstəkləməsəydi, davam etməzdim. Onun dəstəyi ilə qərara gəldim və qayıtdım”.

    Safudə bildirib ki, albomunda yer alan “Ağla” adlı lirik mahnısını ekranlaşdırır. İfaçı Türkiyuədə də mahnılar təqdim edəcəyini deyib.