Month: June 2021

  • Rusiyada helikopter qəzası nəticəsində üç nəfər ölüb

    Rusiya Qvardiyasına məxsus Mi-8 helikopteri qəzaya uğrayıb.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Hadisə Leninqrad vilayəti yaxınlığında baş verib. İlkin məlumatara görə, qəza nəticəsində üç nəfər həlak olub.

    Helikopterin təlim uçuşu həyata keçirdiyi bildirlib.

  • Fransada koronavirusun “Delta” variantı sürətlə yayılır

    Fransada koronavirusun “Delta” variantı keçən həftəyə nisbətən sürətlə artaraq 9-10 faiz təşkil edib.

    Bunu Fransa hökumətinin sözçüsü Qabriel Attal Nazirlər Kabinetinin iclasından sonra etdiyi açıqlamada deyib.

    Fransa Xalq Sağlamlığı Agentliyinin dünənki məlumatlarına görə, epidemiyada ölənlərin sayı 110 891-ə çatıb.

    Virus aşkarlanan insan sayı 2 320 nəfər artıb və 5 762 322 nəfər olub.

  • Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub – FOTO

    Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

    APA xəbər verir ki, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.

    Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi “Chevrolet” markalı maşın ilə Qalib İmanovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə “Chevrolet”in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.

    Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

    Fakt araşdırılır.

  • Министры иностранных дел Австрии, Литвы и Румынии прибывают этим вечером в Баку – ФОТО

    Министры иностранных дел Австрии, Литвы и Румынии Александр Шалленберг, Габриэлюс Ландсбергис и Богдан Ауреску прибудут в Баку сегодня вечером в рамках турне по Южному Кавказу.

    Об этом сообщил в своем Twitter-аккаунте глава МИД Румынии Богдан Ауреску.

    По его словам, после этого министры посетят Ереван и Тбилиси.

    Отметим, что визит глав внешнеполитических ведомств на Южный Кавказ состоится по поручению верховного представителя ЕС по иностранным делам и политике безопасности Джозефа Боррелла.

  • Avstriya, Litva və Rumıniya XİN başçıları bu gecə Bakıya gələcəklər – FOTO

    Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər.

    Bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” səhifəsində yazıb.

    O, bildirib ki, Bakından sonra nazirlər Yerevan və Tbilisiyə səfər edəcəklər.

    Qeyd edək ki, nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.

  • Bakıda intiharın qarşısı alındı

    Bakıda intihara cəhd hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

    1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şeyma Subaşı körpəsini itirdi

    Misirli sevgilisindən hamilə olduğunu açıqlayan türkiyəli sosial media fenomeni Şeyma Subaşının körpəsi bətnində ölüb.

    O “Instagram” hesabından paylaşımında bildirib ki, stress səbəbindən övladını itirib:

    “Bundan əvvəl stressə görə toyu təxirə saldığımı yazmışdım. Təəsüf ki, bu stressin körpəmi məhv etməsini də deməyə məcburam… Duyğuların öhdəsindən gəlmək üçün zamana ehtiyacım var”.

  • В Гейгеле молодая девушка отравилась уксусной кислотой

    В селе Учтепе Гейгельского района молодая девушка была госпитализирована с отравлением.

    Об этом сообщает Report.

    Согласно информации, жительница района 19-летняя Р.Алиева отравилась уксусной кислотой. В больницу девушку доставили ее родственники.

    По данному факту ведется расследование.

  • Göygöldə gənc qız sirkə turşusundan zəhərlənib

    Göygöl rayonunda gənc sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

    “Report” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Göygöl rayon sakini, 19 yaşlı R.Əliyeva içdiyi sirkə turşusundan zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İddia: Şahzadə Harri və Meqan Markl II Yelizavetanı aldadıblar

    Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl kraliça II Yelizavetanı aldadıb.

    “Mirror”un məlumatına görə, belə iddia ilə jurnalist və yazar Penni Junor çıxış edib.

    Penni hesab edir ki, bu, şahzadə və həyat yoldaşının 4 iyun tarixində dünyaya gələn qızlarına ad seçərkən baş verib. Məsələ burasındadır ki, şahzadə Harri və Markl qızları üçün yeni domen əldə ediblər.

    Onlar internet ünvanını insanların gələcəkdə övladlarının adından qazanc götürməməsi üçün aldıqlarını bildiriblər. Məlumata görə, Lilibetdiana.com domen adı II Yelizavetaya zəng edilən gün alınıb, lakin jurnalist oxşar internet ünvanı lilidiana.com-un daha erkən – mayın 31-də qeydiyyatdan keçdiyini bildirib. Yəni qərar valideynlər tərəfindən qızın doğulmasından əvvəl verilib. Beləliklə, Junor əmindir ki, kraliçanı uşağın adı ilə bağlı fakt qarşısında qoyublar.

    Şahzadə Harri və Meqan Markl ikinci dəfə valideyn olublar. Onların qızına şahzadənin nənəsi, Kraliça II Yelizaveta və mərhum anası Şahzadə Diananın şərəfinə Lilibet Diana adı verilib.