Month: June 2021

  • İranda jurnalistləri daşıyan avtobus aşıb: Üç ölü, 21 yaralı

    İranda jurnalistləri daşıyan avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

    Bu barədə IRIB teleradioyayım şirkəti məlumat yayıb.

    Hadisə Qərbi Azərbaycan ostanının Nəqədə şəhəri yaxınlığında baş verib. Urmiya gölündə çəkilişlər aparmaq üçün Tehrandan gələn jurnalistlərlə dolu avtobus geri qayıdarkən qəzaya uğrayıb.

  • İsti hava Avropada mavi qazın qiymətini kəskin artırıb

    Avropa İttifaqı ölkələrində havanın temperaturunun 30 dərəcədən yuxarı qalxması “mavi yanacağın” qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

    Bu barədə Vesti.ru Avropa Qaz İnfrastrukturu (Gas Infrastructure Europe) təşkilatına istinadən məlumat yayıb.

    Məlumata görə, Avropada isti hava şəraitində kondisinerlərdən istifadənin artması fonunda elektrik enerjisinə tələbat çoxalıb. İttifaq ölkələrinin bir çoxunda isə elektrik stansiyaları məhz təbii qazla çalışır.

    Hazırda köhnə qitənin ticarət meydançalarında “mavi yanacağın” bir kubmetrinin qiyməti 363 dollara qalxıb ki, bu da fevralda qeydə alınan maksimumdan az qala 100 dollar daha çoxdur.

    Bu azmış kimi, ötən ayın sonlarında Avropa anbarlarındakı qaz ehtiyatları tarixdə ən aşağı səviyyəyə – 30%-ə düşüb. Müvafiq qurumlar nə qədər çalışsalar da, ehtiyatları lazımi 60% səviyyəsinə qaldıra bilməyib və beləliklə də, Avropa yay fəslini tarix ərzində ən aşağı qaz ehtiyatı ilə – 44.3%-lə qarşılayıb.

  • Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək – Deputat

    Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək.

    Median.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

    Deputat bildirib ki, Azərbaycanda iyulun 1-dən toy, nişan və ad günü mərasimlərinin müəyyən sayda insanın iştirakı ilə keçirilməsinə icazə verilməsi ölkədə koronavirus infeksiyasının qarşısının alınmasında müsbət dinamikanın əldə olunmasının təzahürüdür. Eyni zamanda, ölkədə vaksinasiya prosesinin davamlı şəkildə həyata keçirilməsi yoluxma sayında azalmaya səbəb olub: “Azərbaycanda yoluxma sayında azalmaların müşahidə edilməsi iyulun 1-dən yeni yumşalmalara getməyə imkan verdi. Hazırda Azərbaycanda ümumilikdə 3 milyondan çox insan vaksin olunub, 335 mindən artıq insan isə xəstələnərək müalicə olunub və immunitet qazanıb. Bildiyiniz kimi, cəmiyyətin 60-70 faizində bu xəstəliyə qarşı immunitet olarsa, cəmiyyət olaraq bu xəstəliyə qalib gəlmiş hesab olunuruq. İnanıram ki, yaxın zamanda bu rəqəmə nail olacağıq.

    Lakin düşünürəm ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində əldə etdiyimiz bu müsbət dinamika, yoluxma sayında azalma heç bir halda bizi arxayın salmamalıdır. Pandemiya ilə əlaqədar mövcud qaydalara riayət etməliyik ki, əldə edilən bu müsbət nəticəni uğurlu sonluğa çatdıra bilək”.

    Deputat vurğulayıb ki, toy, nişan və ad günü mərasimlərinə COVİD pasportu olan insanların buraxılması ilə bağlı qərar bir daha onu göstrərir ki, insanlar vaksinasiya olmalıdır: “Bizi istəyən, sevən doğmalarımızın, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olmalıyıq. Yəni virusun aradan qalxması, gərəkli olan rəqəmin əldə olunması üçün hamımız vaksinasiya prosesində aktiv iştirak etməliyik. Dövlətimiz bunun üçün lazımi səyləri göstərir və ölkəmizdə 4 növ vaksin var ki, insanlar könüllü şəkildə həmin vaksinlərdən istədiyini seçib vurdura bilər. Məlum olduğu kimi, vaksin olunan insanlar virusa yoluxsalar da bunu yüngül şəkildə keçirirlər. Ona görə də biz cəmiyyət olaraq vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək”.

  • Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib

    Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natavan-2 qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Bu barədə “Report”un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Belə ki, ümumi çəkisi 1320 kiloqramdan artıq olan 2676 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Rusiyada ildırım yaşayış binasını alovlara bürüdü – VİDEO

    Rusiyada yaşayış binasını ildırım vurub, nəticədə bina alovlara bürünüb.

    MK-nın məlumatına görə, hadisə Çelyabinsk şəhərində yaşanıb.

    Güclü külək yanğının söndürülməsinə mane olub və bina tamamilə yanıb. Ancaq sakinlər vaxtında təxliyə olunmağa imkan tapıblar.

  • AVRO-2020: İsveçli hücumçu yeni rekorda imza atdı

    İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekord müəyyənləşdirib.

    “Report”un məlumatına görə, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.

    1 dəqiqə 22-ci saniyədə hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb. O, II turda fərqlənən danimarkalı Yussuf Poulsenin nəticəsini də geridə qoyub.

    Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.

  • Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

    Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

  • AŞPA qadınlarla bağlı qətnamə qəbul edib

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Siyasi və ictimai qərar qəbuletmədə az təmsil olunan qruplara məxsus olan qadınların iştiraklarının yaxşılaşdırılması” adlı qətnamə qəbul edib.

    “Report”un Fransa bürosu xəbər verir ki, sənəddə son on ildə siyasi və ictimai qərar qəbuletmədə qadınların sayının artdığı bildirilir: “Bununla belə, gənc, əlil qadınların və müxtəlif digər az təmsil olunan qruplara məxsus olan qadınların idarəetmədə iştirakları üçün imkanlar məhdud olaraq qalıb. Onlar ayrı-seçkilik, zorakılıq riski, siyasi partiyaların tərkibində məhdudiyyətlər, cəmiyyətdəki təzyiqlər, səhiyyə sistemində olan ayrı-seçkilik və digər bu kimi maneələrlə qarşılaşırlar. Kvotalar, təkmilləşdirmə kursları, müxtəlif investisiyalar, namizədlərin seçilməsi zamanı görülən tədbirlər və digər bu kimi tədbirlər görməklə qadınların iştirakını artırmaq mümkündür”.

    Qətnamədə az təmsil olunan qadınların siyasi və ictimai qərar qəbuletmədə iştiraklarının artırılmasının davamlı müsbət nəticələrinə də toxunulur: “Onların yaxından iştirakları əhali ilə qərar qəbuletmədəki şəxsləri bir-birinə yaxınlaşdıra bilər. Avropa siyasətinin Avropa cəmiyyətindəki müxtəlifliyi əks etdirməsinin və bərabərlik naminə daha qəti addımlar atmağın vaxtı yetişib”.

  • Mahir Emreli “Legiya”da daha bir qol vurdu

    Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

    Median.Az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.

    Görüş bərabərliklə başa çatıb – 1:1. Mahir Emreli start heyətində meydana çıxdığı oyunda komandasının yeganə qoluna imza atıb.

    O, 39-cu dəqiqədə fərqlənib və 70-ci dəqiqədə əvəzlənib.

    Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.

  • Emin heç vaxt olmadığı yerlərdə klip çəkdirdi – “mənim vətənim necə gözəldir”

    Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib.

    Müğənni “Отпусти и lети” mahnısını Azərbaycanda ekranlaşdırıb. Bunun üçün ifaçı heç vaxt olmadığı yerlərə gedib. Emin bildirib ki, ideya özünə məxsus olub.

    Üç gün davam edən çəkilişlər İsmayıllıda aparılıb. Daha sonra isə Xızıda davam etdirilib.

    “Hekayəni özüm düşünmüşəm. çünki mənimlə bağlıdır. Hələ belə bir iş ərsəyə gətirmək qismət olmamışdı. Bütün işlə özüm maraqlanmışam. Rejissor, montaj və aktyorluğu belə diqqətdə saxlamışam. Bu kliplə çox şey demək istəmişəm. Hər kəs burada öz simvolunu tapa, bir nəticə çıxara biləcək. Eyni zamanda vurğulamaq istədim ki, mənim vətənim necə gözəldir” deyə, Emin söyləyib.