Month: June 2021

  • Prokurorluq Bakıda intihar edən gənclə bağlı məlumat yaydı

    İyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

    Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

    Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

  • Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülüb

    Lənkəranda silahlı insident olub.

    “Report” xəbər verir ki, hadisə Havzava kəndində baş verib.

    İlkin məlumata görə, silahlı insident qohumlar arasında yaşanıb. Hadisə nəticəsində iki nəfər öldürülüb. İnsidentin təfərrüatları hələ ki məlum deyil.

    Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda dəhşətli qadın cinayəti: Qonşusu tərəfindən 29 bıçaq zərbəsi ilə qətlə yetirildi

    Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

    APA xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

    Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva kişi qonşusu tərəfindən 29 bıçaq zərbəsi ilə qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rektorun vəzifədən çıxarılma səbəbi: yalan məlumat və rüşvət…

    Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın ötən gün vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı önəmli məlumat yayılıb.

    Bakupost.az -a daxil olan məlumatda bildirilir ki, rektorluq etdiyi müddətdə bir neçə dəfə qalmaqallarla gündəmə gələn Nurlana Əliyevanın yüksək səviyyədə ciddi narazılıq yaradan ən son addımı bir meddət öncə BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı ictimaiyyətə yalan məlumat verməsi olub.

    Belə ki, 29 aprel tarixində Baş Prokurorluq rəsmi açıqlama yayaraq, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlandığını bildirmişdi. Lakin BSU mətbuat xidməti məlumatı birbaşa təkzib edərək, guya dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etdiyini, məhz bu müraciət nəticəsində də onun həbs edildiyini rəsmən bəyan etdi.

    Bu isə dolayısı ilə ictimaiyyətdə D.Əliyevanın bu özbaşnalığı təkbaşına törətmədiyi, rüşvəti öz istəyi ilə almadığı barədə hallanan fikirlərə cavab, eyni zamanda, Baş Prokurorluğun əməliyyatının “səl səbəbinə” guya aydınlıq gətirmək istəyi idi.

    Lakin məlumat yayılandan dərhal sonra Baş Prokurorluq ikinci rəsmi açıqlama yayaraq, BSU-nun yalanını məhz bu sözlərlə ifşa etdi:

    “Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub”.
    Baş Prokurorluq ictimaiyyətdə çaşqınlıq yaradan bu cür məlumata görə sərt xəbərdarlıq da etmişdi.
    Beləliklə, Baş Prokurorluğun cinayət işi açdıqdan sonra rektor Nurlana Əliyevanın Təhsil Nazirliyi vasitəsilə tam 10 gündən sonra daxil olan müraciətinin əslində “özünü qorumaq üçün düşünülmüş gediş” olduğunu açıqlamaqla, rektorun ən azı mənəvi məsuliyyətdən yayınma cəhdlərinin üstündən xətt çəkmişdi.
    N.Əliyeva bundan əvvəl ən ciddi siyasi səhvi 20 Yanvar qatillərindən olan Primakovla bağlı yazı müsabiqəsinin keçirilməsi idi. Bu müsabiqənin yalnız BSU tələbələri arasında keçirilməsi çox böyük sensasiya yaratmışdı və pis o idi ki, həmin vaxt universitet rəhbərliyi üzr istəmək əvəzinə sona qədər doğru qərar verdiyini isbatlamağa çalışmışdı. Halbuki eyni təklif Rusiya səfirliyindən ilk dəfə Azərbaycan Dillər Universitetinə edilmiş və rədd cavabı verilmişdi. Bununla bağlı mediaya danışan ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bildirmişdi ki, Primakov nəinki azərbaycanlıların yaddaşında 20 Yanvar qatillərindən biri kimi qalır, eyni zamanda onun 1970-ci illərdə yazdığı elmi məqalələrdə də islama nifrət etdiyini açıq-aşkar göstərir.

    Bu böyük siyasi qalmaqaldan sonra BSU-da növbəti rüşvət qalmaqalı, D.Əliyevanın ən azı 100 tələbənin 1000-7000 manat arasında olan vəsaitini mənimsəməsi olduqca ciddi hadisədir və bu da N.Əliyevanın karyerasına son qoyub.

    Qeyd edək ki, D.Əliyevanın barəsində araşdırma aparıldığı və onun külli miqdarda vəsait mənimsəməsi faktı hələ 28 yanvar 2021-ci ildə prokurorluq tərəfindən rəsmən təsdiqlənmişdi.

  • Rektor beş müəllimi işdən çıxardığı üçün cərimələndi

    Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) işləyən 5 nəfər müəllimin rəhbərlik tərəfindən əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat yayılıb.

    Median.Az “Axar.az”a istinadən xəbər verir ki, universitetə qarşı sürülən əsaslı iddialardan sonra məhkəmədən əvvəl müəllimlərin 4-ü ilə razılıq əldə olunub.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ADMİU rəhbərliyi 40 ildən çox elmi təcrübəsi olan digər müəllimi işinə geri qaytarmağa məcbur olub. Nəticədə, Dövlət Əmək Müfəttişliyinin və məhkəmənin qərarı ilə universitet rəhbərliyi əmək müqaviləsinə xitam verərkən yol verdiyi qanun pozuntusuna görə 1500 manat məbləğində cərimə olunub.

    Məsələ ilə bağlı ADMİU suallara cavab verilməyib.

  • İran parlamentinə ABŞ-la danışıqların qadağası haqqında qətnamə layihəsi daxil olub

    ABŞ hakimiyyəti ilə istənilən danışıqlara qanunverici qadağa haqqında qətnamənin layihəsi çərşənbə günü İran Məclisinə (parlament-red) daxil olub.

    “Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi bildirib. Layihənin təfərrüatları hələ açqlanmır.

    Bazar ertəsi İranın yeni prezidenti İbrahim Raisi bildirib ki, ABŞ prezidenti Cozef Baydenlə görüşmək niyyətində deyil və əgər onlar ölkənin maraqlarını təmin etməsələr, İran Birləşmiş Ştatlarla Birgə Hərtərəfli İş Planı üzrə danışıqlar aparmayacaq. Bu halda Raisi vurğulayıb ki, İran ABŞ-ı iş planı üzrə öhdəliklərinin icrasına qayıtmağa çağırır.

    Birgə Hərtərəfli İş Planı 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurası üzvləri və Almaniya arasında qəbul edilib.

  • Ağ Ev ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması müddətinə aydınlıq gətirib

    Amerika hərbi qulluqçularının Əfqanıstandan çıxarılmasının müddəti dəyişməyəcək.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün brifinqdə bildirib.

    Media nümayəndələri Ağ Ev rəsmisindən iyunun 25-də ABŞ prezidenti Cozef Baydenin Əfqanıstan prezidenti Əşrəf Qani və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla ilə görüşməsi fonunda Birləşmiş Ştatların Hərbi Qüvvələrinin Əfqanıstandan çıxarılması müddətinin dəyişilib-dəyişilmədiyi soruşulub.

    “Sentyabrda qoşunların çıxarılması müddətinin dəyişəcəyi gözlənilmir. Ona (müddətə-red) əlbəttə bizim Müdafiə Nazirliyimiz tərəfindən nəzarət edilir”, – Psaki qeyd edib.

  • Bakıda qadın sərnişinlər yol qəzasında xəsarət aldı

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər – 1960-cı il təvəllüdlü Çiçək Əzizova və 1962-ci təvəllüdlü Valya Hüseynova xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların hər ikisinə sağ qolun sınığı diaqnozu qoyulub.

    Fakt araşdırılır.

  • Обеспечены работой 42 члена семей шехидов и участников Отечественной войны

    ЗАО «Азербайджанское Каспийское морское пароходство» (ASCO) обеспечило работой членов семей шехидов и участников Отечественной войны, получивших ранения в ходе боевых действий. Об этом сообщает ASCO.

    По информации, в поствоенный период в компании были обеспечены работой 42 человека. Из них пятеро – члены семей шехидов, 37 – участники Отечественной войны.

    Кроме того, ASCO присоединилась к «Марафону занятости», инициированному Министерством труда и социальной защиты с целью трудоустройства граждан данной категории, разместив в электронной системе ведомства вакансии на различные должност.

  • В Баку концентрация пыли превышает норму в 5,1 раза

    По данным автоматических станций на 17:00 часов 23 июня в Баку концентрация пыли в воздухе превышала норму в 5,1 раза, сообщает в среду Trend со ссылкой на Национальную службу гидрометеорологии Азербайджана.

    Отметим, что сегодня в Баку и на Абшеронском полуострове сохраняется пыльный туман.