Month: July 2021

  • UFC-də döyüşən yeganə azərbaycanlı haqqında film çəkilib

    ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov UFC-də (Ultimate Fighting Championship) döyüşən yeganə Azərbaycan əsilli döyüşçü Rəfael Fiziyev haqqında sənədli film çəkib.

    “Report”un yerli bürosu xəbər verir ki, “Çempionla bir gün” adı altında çəkilən filmdə R.Fiziyevin həyatı və peşəkar döyüş karyerasından bəhs olunub. Atası azərbaycanlı olan dünya şöhrətli idmançı Qazaxıstanda dünyaya gəlib və hazırda Taylandda fəaliyyətini davam etdirir. Rejisssor E. Bayramov hazırda ABŞ-ın Florida ştatının Deerfield şəhərində Sanford döyüş mərkəzində təlimlər keçən döyüşçü haqqında hazırladığı sənədli filmdə onun Azərbaycana bağlılığından və büyük sevgisindən bəhs edib.

    E.Bayramov “Report”a müsahibəsində deyib ki, R.Fiziyevin həyatını ekranlaşdırmaqda məqsəd uğurlu azərbaycanlı kimliyi ilə tanınan peşəkar bir döyüşçünün dünya ictimayyətinə təqdim etmək olub: “ Rəfael müxtəlif döyüş növləri üzrə yüzlərlə mükafata layiq görülüb. Mən Rəfaellə tanış olanda onun Azərbaycanda heç vaxt olmamasına baxmayaraq, ölkəmizə olan dərin sevgisini hiss etdim. Döyüşçünün atası azərbaycanlı, anası isə isə rusdur. Vətən müharibəsi dövründə sosial media üzərindən müxtəlif dillərdə ölkəmizə dəstək mesajları paylaşan idmançının ürəyi Azərbaycanla döyünür. Onun həyat hekayəsindən və peşəkar idman fəaliyyətindən bəhs edən ekran işində əsas mövzu elə Azərbaycandır. O, atasının ölkəmizlə bağlı xatirələrindən, Azərbaycan yeməklərindən, milli atributlarımızdan və yetişdiyi ailədə ona aşılanan Azərbaycanın milli və mənəvi dəyərlərindən bəhs edib. Rəfael yarışlara xalqımızın adət ənənəsində xüsusi yer tutan qədim, milli papaqdan istifadə edərək çıxır”.

    Filmdə günümüzün dünyaca məşhur döyüşçüləri Gilbert Burns, Nikahla Lentz və Raymond Daniels və məşqçiləri Henri Huft, Kami Barzini Rəfael haqqında fikirlərini bölüşüblər. İngilis və rus dillərində ərsəyə gələn film hazır olduqdan sonra sənədli film festivallarında iştirak üçün nəzərdə tutulub”.

    Rejissor ekranlaşdırdığı sənədli film vasitəsi ilə uğurlu bir azərbaycanlını və ölkəmizi sadəcə ABŞ ictimayyətinə deyil, eyni zamanda dünyaya tanıdacağını deyir: “Film “Old Stone Pictures” media prodakşın tərəfindən istehsal olunub. Filmi sentyabr ayında yekunlaşdırmağı planlaşdırırıq. Ümid edirəm ki, ölkəmizdə də, Rəfaeli tanıyacaqlar və onu dəstəkləyəcəklər”.

  • Спасатели извлекли из воды тело подростка, утонувшего в водохранилище в Бейлагане – ОБНОВЛЕНО

    Обнаружено тело 16-летнего подростка, утонувшего в водохранилище, в селе Амирзеидли Бейлаганского района.

    Как сообщили в МЧС, завершены поиски Али Бабирова (2005 г.р.)

    Его труп был передан в соответствующие органы.

    ***

    На горячую линию “112” МЧС поступила информация о том, что в селе Амирзеидли Бейлаганского района в канале утонул Али Бабиров (2005 г.р.).

    На место происшествия были привлечены сотрудники соответствующих служб ведомства.

  • Ermənilər Qazaxla sərhəd ərazidə yanğın törədib

    Azərbaycan- Ermənistan sərhədində yanğın başlayıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ermənistanla Qazax rayon sərhədində düşmən quru ot sahələrinə alov vurub. Qaymaqlı kəndinlə sərhəd olan ərazidə baş verən yanğının kənd ərazisinə keçməməsi üçün 3 yanğınsöndürən maşınlar cəlb olunub.

    Qeyd edək ki, Azərbaycan tərəfdəki əraziyə yaxın yaşayış evləri yoxdur.

  • Bakıda məşhur fotoqraf süpürgəçilərə pul payladı – VİDEO

    Azərbaycada fotoqraf küçədə təmizlik işçilərinə yardım paylayıb.

    Median.Az xəbər verir ki, o, süpürgəçilərlə yumruqla salamlaşaraq, hər birinə 20 manat təqdim edib. Gəncin bu addımından təəccüblənən süpürgəcilər ona təşəkkür ediblər.

  • Новый имидж Айгюн Кязимовой – ВИДЕО

    Народная артистка Азербайджана Айгюн Кязимова опубликовала в соцсети видео о посещении визажиста.

    Поп-звезда, позирующая в платье изумрудного цвета, к радости своих фанатов, выглядит красивой и посвежевшей.

    Отметим, Instagram-аккаунт певицы имеет более миллиона подписчиков.

  • Həkimdən bədbin proqnoz: IV dalğanın başlaması istisna deyil-Video

    Koronavirusun IV dalğasının bütün dünyada başlaması istisna deyil.

    Median.Az xəbər verir ki, Bunu “ARB Xəbər”ə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, mütəxəssislər bu dalğanın ağır, hətta yeni növ pandemiyanın başlanğıcı kimi qiymətləndirirlər.

    Həmçinin həkim onu da qeyd edib ki, peyvənddən 6 ay sonra immunitet zəiflədiyi üçün dəstək məqsədilə III dozanın vurulması məqsədəuyğundur:

    “III doza tam doza vurulmalıdır və onun eyni şirkətə məxsus olması daha yaxşı hal olardı.

    Daha ətraflı linkdə:

  • Kolumbiya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.

    “Report” xəbər verir ki, Videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Kolumbiya prezidenti də öz növbəsində onun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

    Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini qeyd edib.

    Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyən səfir, ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

    Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.

  • В Шабране задержан мужчина, занимавшийся культивацией наркосодержащих растений – ФОТО

    В результате оперативно-разыскных и профилактических мероприятий под условным названием “Хаш-хаш-2021”, осуществленных сотрудниками Шабранского РОП, обнаружены наркосодержащие растения, выращенные путем культивации.

    Как сообщили в пресс-службе Ширванской региональной группы МВД, был задержан житель села Девечи Тельман Балагедешов, подозреваемый в их выращивании.

    Во время осмотра приусадебного участка его дома были обнаружены 34 куста конопли.

    По факту в Шабранском РОП возбуждено уголовное дело, ведется следствие.

  • AAAF Park çökür? – VİDEO

    Xırdalan şəhər AAAF Park yaşayış kompleksi təhlükə ilə üz-üzədir.

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşının sözlərinə görə, vətəndaşların şikayəti ilə əlaqədar hadisə yerinə baxış keçirildikdə məlum olub ki, binanın zirzəmisində pəncərə oyuqları qapı oyuqları ilə əvəz edilib.

    Daha ətraflı Baku Tv-nin süjetində:

  • Şabranda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

    Ölkə.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Telman Balaqədəşov saxlanılıb.

    Ona məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.