Month: July 2021

  • FHN xilasediciləri kanalda boğulan şəxsi axtarır

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batıb.

    Ölkə.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

    Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • В одном из мусорных баков Сумгайыта обнаружена новорожденная девочка

    В Сумгайыте, в жилом массиве “Яшил Дере”, в одном из мусорных баков обнаружена новорожденная девочка.

    Об этом сообщает АПА.

    Так, жительница комплекса услышала писк из контейнера, когда выбрасывала мусор, и обнаружила там новорожденную девочку. Она обратилась в полицию и малышка с помощью врачей Сумгайытской станции скорой медицинской помощи была помещена в перинатальный центр. Состояние ребенка на данный момент удовлетворительное.

    По данному факту ведется расследование.

  • Məşhur amerikalı aktrisa Kann Film Festivalında 9-cu yüksək mükafatını qazandı

    Amerikalı aktrisa Codi Foster Kann Film Festivalında “Qızıl Palma budağı” fəxri mükafatını qazanıb.

    “Report” “TASS”a istinadən xəbər verir ki, aktrisaya bu mükafatı İspaniyalı rejissor Pedro Almodovar təqdim edib.

    Festivalın baş direktoru Tyerri Fremo bildirib ki, bu Fosterin Kann Film Festivalında qazandığı 9-cu mükafatıdır.

  • Tövlədə böyüyən uşaqlar – VİDEO

    39 yaşlı İlahə Sultanova 3 azyaşlı övladı ilə birlikdə xeyirxah bir insanın onlara müvəqqəti yaşamaq üçün verdiyi daxmada qalır.

    Onun sözlərinə görə, uşaqlar qeyri-rəsmi nikahdan doğulub və ata övladlarına sahib çıxmır.11 yaşlı əkiz qardaşlar pul qazanmaq üçün müxtəlif ərazilərdən boş su qablarını toplayıb satırlar.

    Ana isə evində qaldıqları insanın mal-qarasına baxaraq ailənin ehtiyaclarını ödəməyə çalışır. Şəraitsiz vəziyyətdə yaşayan ailənin daimi yaşaya biləcəkləri evə, ananın isə işə ehtiyacı var.

    Daha ətraflı Baku Tv-nin süjetində:

  • Bu qan qrupunda xərçəng olma riski YÜKSƏKDİR

    İçveç alimləri maraqlı araşdırma aparıb. Belə ki, xərçənglə ən az üzləşən qan qrupunu təyin olunub.

    Median.Az medicina.az-a istinadən bildirir ki,1-ci qan qrupu olanlar arasında bu xəstəliyə digər qruplarla müqayisədə qat-qat az rast gəlinir.
    Tətqiqat karolina instutunun almiləri tətərfindən 35 il ərzində, 1 milyondan çox adam üzərində aparılıb. Nəzarət ərəfəsində digər qan qruplarından isə fərqli nəticələr əldə edilib. Məlum olub ki, 2-ci qan qrupu olanlarda mədə xərçəngi, 3 və 4-cü qan qruplarında isə mədəaltı vəzi xərçənginə daha çox təsadüf edilir.

  • Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Fərzəliyev Mətin Vahid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda “şüşə, “patı” istifadə edən uşaqların sayı artır – Həkimdən SOS

    “Son vaxtlar Azərbaycanda ölkədə “patı”, “şüşə”, “metamfetamin” kimi süni narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr də bu şəbəkəyə cəlb olunur”.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. Həkim hüquq mühafizə orqanlarını təcili tədbir görməyə səsləyib:

    “Patı”nın məktəblərdə istifadəsi başlanılsa durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, hüquq mühafizə orqanları üçün bu istehsal şəbəkəsini aşkar etmək çətin olmamalıdır. Bu günə qarşısı alınmayıbsa, deməli, kimlərsə himayə edir bu “ölüm istehsalçıları”nı. Biz cəmiyyət olaraq balalarımızı qorumaq üçün ayıq-sayıq olmalıyıq, şübhə yaranarsa, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq”.

    Vaqif Qarayev hesab edir ki, narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşılmalıdır:

    “Onların doğmalarına dəstək olub bu bəladan xilas olunmasına çalışmalıyıq. Bütövlükdə, vəziyyət pisdir, uşaqlarımızı necə qoruyaq?”.

  • Sumqayıtda yeni doğulmuş qızı zibilliyə atdılar – YENİLƏNİB

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

    Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Sumqayıtda yeni doğulmuş qız uşağını zibil qabına atıblar.
    Milli.Az bildirir ki, körpənin vəziyyəti kafidir.
    Faktla bağlı araşdırma aparılır.

  • Qarabağda atəşə tutulan texnikamızın FOTOları

    İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

    Median.Az bildirir ki, Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

  • Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır

    Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılır.

    Pakistanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimi iyulun 7-də baş tutacaq.

    Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq daxildir.

    Səfirlikdən bildiriblər ki, İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq.

    Palatanın açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri, eləcə də Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri Orxan Məmmədov və AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev iştirak edəcək. Tədbirə Azərbaycanın işgüzar dairələrinin yüksək səviyyəli nümayəndələri də qatılacaqlar.