Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.
Bu barədə Lent.az-a mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-19-a yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .
Qeyd edək ki, E.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.
Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə kompleks işlər həyata keçirilir.
“Azərenerji” ASC-dən verilən məlumata əsasən, Ağdam rayonunda 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.
“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir.
“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional idarətmə mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.
Завершено расследование по уголовному делу о незаконных действиях директора юридического лица публичного права Yeni Klinika Парвиза Аббасова и других сотрудников медучреждения.
Об этом сообщает пресс-служба Генеральной прокуратуры Азербайджана.
В ходе следствия возникли обоснованные подозрения в том, что П.Аббасов при помощи своих сообщников Галиба Наджафова, Вюсали Алиевой, Аваза Гусейнова и Самира Мирзоева присваивал у граждан по 3 000 – 4 500 манатов за госпитализацию в клинику их родственников, заболевших COVID-19. Полученные средства директор и сотрудники Yeni Klinika делили между собой.
На основании собранных по делу доказательств П.Аббасову и остальным были предъявлены обвинения по статьям 311.3.2 (повторное получение взятки) и 32.5, 311.3.2 (содействие повторному получению взятки) Уголовного кодекса АР.
30 июня материалы дела направлены на рассмотрение в Бакинский суд по тяжким преступлениям.
“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Baş Prokurorluqda aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
30 iyun 2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Сегодня в административном здании Бакинского апелляционного суда продолжился процесс по уголовному делу Айказа Ованесяна, Вараздата Манукяна, Давида Степаняна, Левана Тосуняна, Артура Багдасаряна, Серопа Авакяна, Вараздата Арутюняна, Жоры Манукяна, Грайра Герабяна, Нарека Госпаряна, Григора Курегяна, Ашота Геворкяна и Мартина Аграманяна, обвиняемых в участии в боях в Карабахе в составе армянского террористического вооруженного формирования, передает Report.
На заседании под председательством судьи Бакинского суда по тяжким преступлениям Эльдара Исмаилова было объявлено, что адвокат одного из обвиняемых Алов Сафаралиев направил в суд заявление. В нем правозащитник указал, что не может участвовать в процессе по состоянию здоровья, попросив отложить процесс.
Судебное заседание было перенесено на 16 июля.
Отметим, что Главное следственное управление Службы государственной безопасности (СГБ) Азербайджана завершило предварительное следствие по уголовному делу членов вооруженных формирований Армении, захваченных и разоруженных в результате антитеррористической операции СГБ 13 декабря 2020 года.
Следствием было установлено, что группа вооруженных армянских граждан 26-27 ноября 2020 года незаконно пересекла госграницу с Азербайджаном, заняла позицию в лесном массиве в северо-западной части поселка Гадрут Ходжавендского района и совершила террористические, подрывные и другие преступные действия против военнослужащих и мирных жителей АР.
За период до 13 декабря они нападали на предприятия, учреждения и организации либо на отдельных лиц, организовали взрывы, пожары и другие действия, представляющие угрозу жизни и здоровью людей, способные причинить значительный имущественный ущерб или привести к другим общественно опасным последствиям, с целью нарушения общественной безопасности, сеяния паники среди населения или оказания давления на принятие решений органами государственной власти Азербайджана или международными организациями.
В связи с вышеуказанными фактами в отношении 53 членов незаконного вооруженного формирования, в том числе Егиша Астаняна, Карена Арамяна, Тиграна Авакяна, Айказа Ованесяна, Давида Степаняна и других, выдвинуты обвинения по статьям 214.2.1, 214.2.3 (терроризм, совершенный группой лиц по предварительному сговору, организованной группой или преступным объединением (преступной организацией) с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 228.3 (незаконное приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств, совершенные организованной группой), 279.2 (нападение на предприятия, учреждения, организации либо на отдельных лиц в составе не предусмотренных законодательством вооруженных формирований или групп) и 318.2 (незаконное пересечение государственной границы Азербайджана группой лиц по предварительному сговору или организованной группой) УК АР.
Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Report”un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi keçirilən məhkəmə prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Alov Səfərəliyev məhkəməyə ərizə göndərdiyi elan olunub. Vəkil ərizədə səhhəti ilə bağlı prosesdə iştirak edə bilmədiyini göstərib və prosesin təxirə salınmasını istəyib.
Hakim növbəti iclasın iyulun 16-da keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.
Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, baş idarənin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Baş idarənin əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı psixotrop tərkibli satışı qadağan olunan həblərin satışı ilə məşğul olan paytaxt sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, doqquz ədəd “Metadon” həbləri aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Anar Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbi, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və bir ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib.
Baş idarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışında şübhəli bilinən daha iki nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıblar. Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1 295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, bir ədəd elektron tərəzi və narkotik vasitələrin sosial şəbəkələrə satışı zamani nağdsız pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı baş idarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və iki ədəd elektron tərəzi aşkar edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən şəxslərlə mübarizə istiqamətində həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəlcə vətəndaş İlqar Bayramov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan yeddi qrama yaxın olduqca təhlükəli narkotik vasitələr qrupuna aid “Kokain”, 117 qram “Bonzai”, 60 qram “Metamfetamin” 1 124 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və bir ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.
Baş idarə əməkdaşlarının onlayn yolla narkotik vasitələr satan şəxslərə qarşı paytaxtın Sabunçu rayonunda həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə vətəndaş Raib Hüseynov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı baş idarənin əməkdaşları tərəfindən ümumilikdə 30 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 4 778 ədəd psixotrop tərkibli “Ekstazi”, “Pregabalin”, “Metadon” və “Tramadol” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.