Month: July 2021

  • DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının düşdüyü qəza ilə bağlı AÇIQLAMA

    Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

    “Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

    Qeyd edək ki, APA-nın məlumatına görə, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

  • Krediti olanlara güzəşt ediləcək – TƏFƏRRÜAT – VİDEO

    Pandemiya səbəbindən bank kreditlərini ödəyə bilməyən vətəndaşların cərimə faizi hesablanmayacaq və onların adları “qara siyahı” ya salınmayacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.

    Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən, pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır.

    Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank tərəfindən sözügedən qərar tövsiyə xarakteri daşısa belə, bu məsələ Banklar Assosiasiyası və bütün banklarla razılaşdırılıb.Vətəndaşlar problemlə qarşıladıqda aidiyyəti dövlət qurumuna müraciət edərək hüququnu tələb edə bilər.

    Bu tələbin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • ÜST-dən vaksinin iki dozası ilə peyvəndlənənləri sevindirəcək XƏBƏR

    Koronavirisun “delta” ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək təhlükəli ştammlardan yüksək müdafiəni təmin edir.

    Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosundan bildiriblər.

    Azərbaycanda vaksinasiya prosesinin sürətlənməsi və ümumi sağlamlığın qorunması ilə bağlı tövsiyələri şərh edərkən bürodan bildiriblər ki, insanlar virusun yayılmasına nəzarəti gücləndirən sosial tədbirlərə əməl etməlidiri:

    “Yəni, respirator gigiyenaya əməl etmək, o cümlədən qapalı və çox insan olan yerlərdə maska taxmaq, fiziki məsafə, əllərin gigiyenası və ventilyasiya olunan açıq məkanlara üstünlük vermək lazımdır”.

    Qeyd olunub ki, bütün dünyada insanlar peyvəndlənməni davam etdirməlidir:

    “Məlumatlar onu göstərir ki, “delta” ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək bu ştammdan yüksək müdafiəni təmin edir. Tibb işçiləri vaksinin təhlükəsizliyi və səmərəliliyi barədə təbliğatdda vacib rol oynaya bilər”.

    Bürodan onu da bildiriblər ki, ÜST-ün əsas tövsiyələri səfər etmək və ya evdə qalmaqdan asılı olmayaraq peyvənd olunmaq, səfər etməzdən qabaq onun vacibliyini qiymətləndirmək və səfər edərkən ehtiyatlı olmaq, evdən çıxandan evə qayıdanadək müddət ərzində yoluxma riskini nəzərə almaq və bütün zəruri tədbirləri görməkdən ibarətdir:

    “Unutmayın, vacib olan səfərin özü deyil, həm də səfərin yeridir. Qapalı, məhdud və dolu məkanlar COVID-19-a yoluxma riskini artırır. Açıq, ventilyasiya olunan məkanları seçin, bir-birinizdən bir metrdən az olmayan məsafədə dayanın və maska taxın”.

  • İran-Azərbaycan sərhədində silahlı insident: Ölən var – FOTO

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində bir qrup şəxsin dövlət sərhəddini pozması cəhdinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    İyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində beş nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən bir ədəd çanta müşahidə edilib.

    Sərhəd zastavası “silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqa­vimət göstəib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

    Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar.

    Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirdilkəri bir ədəd çantada təxmini çəkisi 6 895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb.

    Bu barədə İİR tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

    Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.



  • DİN və Baş Prokurorluq altı il öncə törədilən qətlin üstünü açıb

    Daxili İşlər Nazirliyi və Baş Prorkurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, onların fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

    Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18.06.2015-ci il tarixdə, saat 21:00 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısının evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olarkən, ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb. Onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə iki dəfə şillə vurub yerə yıxıb. Sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürüb, sonrakı günlərdə isə meyiti sellofana bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.

    Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.

    İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Neftçalada ötən gün dənizdə batan üçüncü şəxsin meyiti tapılıb

    Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.

    “Report”un məlumatına görə, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyiti dəniz sahilində aşkarlanıb. Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şəhər sakinləri, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu, 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu dənizdə çimərkən boğulub. Şükür Mənəfov onları xilas etmək istəyən zaman o da dənizdə boğularaq batıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Neftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi – MƏHKƏMƏ

    Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

    Daha sonra prosesdə prokuror ittiham aktını elan edib.

    Sabiq icra başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və bu mərhələdə ifadə verməkdən imtina edib.

    Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

    Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.

    Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

    Toplanmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

    Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

    İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

    Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

    İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

    Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.

  • Abituriyentlərin NƏZƏRİNƏ: DİM bəzi imtahanların vaxtını dəyişdirdi

    Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

    Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

    Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci il tarixində nəzərdə tutulmuş imtahanlar 17 iyul tarixinə keçirilib.

    Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər.

    Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.

    https://eservices.dim.gov.az/qabiliyyet

  • Ağdamın işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib

    Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirir. Belə tədbirlər rayonun işğaldan azad olunmuş ərazilərində də keçirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində baş tutan növbəti tədbir zamanı meşə zolağı və göl ətrafında narkotik tərkibli bitkilər aşkar edilib. Polis əməkdaşları tərəfindən çəkisi 1,2 tondan artıq olan 2682 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

  • Минздрав: Никакие ограничения не смогут помешать штамму “дельта” проникнуть в Азербайджан – ВИДЕО

    Никакие ограничения не смогут стопроцентно предотвратить проникновение штамма коронавируса “дельта” в Азербайджан.

    Об этом в эфире передачи İşgüzar səhər (“Деловое утро”) на телеканале ARB 24 заявил руководитель отдела Центра общественного здравоохранения и реформ Министерства здравоохранения Набиль Сеидов.

    Он отметил, что пока в нашей стране не зарегистрировано ни одного случая заражения этим штаммом.

    “Он выявлен уже примерно в 100 государствах, а вариант “дельта плюс” в более 11-ти. Подтвержден факт заражения им и в некоторых соседних странах. В Азербайджане пока нет подтвержденной информации о подобных случаях. Но это не значит, что этого не произойдет. Границы открылись, началось сообщение с ближним и дальним зарубежьем. Поэтому серьезных препятствий для проникновения штамма “дельта” к нам нет. И ни одно ограничение не сможет предотвратить это на 100%”, – сказал Н.Сеидов.