Month: July 2021

  • Представитель TƏBİB сделал заявление в связи с поддельными COVID-паспортами – ВИДЕО

    Представитель Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Фаррух Садиров был гостем передачи Üzbəüz.

    Он прокомментировал вопрос в связи с поддельными COVID-паспортами.

    По его словам, несмотря на слухи, официально поддельные паспорта не были выявлены.

    Подробнее – в видео Baku Tv:

  • Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirilib

    Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

    İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

    Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.

    Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

  • Belarus Ukrayna ilə sərhədi bağlayır

    Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə dövlət sərhədinin bağlanması barədə göstəriş verib.

    Bu barədə BELTA məlumat yayıb.

    Məlumata əsasən, dövlət başçısı müvafiq açıqlama ilə Müstəqillik günü münasibətilə təşkil edilmiş təntənəli mərasim zamanı çıxış edib.

    “Ukraynadan Belarusa külli miqdarda silah gəlir. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam”, – deyə Lukaşenko bildirib.

  • Вынесен приговор группе армян, обвиняемых в терроризме

    В Бакинском суде по тяжким преступлениям прошло очередное заседание по рассмотрению уголовного дела членов армянских вооруженных формирований, обвиняемых в совершении диверсий, актов терроризма и других преступлений на территории Азербайджана, а именно Гегама Серобяна, Грача Авакяна, Армена Багасяна, Гора Гаспаряна, Камо Сефиляна, Володи Акобяна, Геворга Асетряна, Сисака Енгояна, Альберта Петросяна, Ромика Седракяна, Арама Миносяна, Мкртча Миносяна, Эдгара Матесяна и Юрия Карапетяна.

    Как сообщает АПА, на процессе в Бакинском суде по тяжким преступлениям под председательством судьи Афгана Гаджиева двое человек были допрошены в качестве свидетелей.

    Прокурор потребовал приговорить Грача Авакяна и Гегама Серобяна к 5 годам лишения свободы, а остальных – к 2 годам лишения свободы по статье 318 (незаконное пересечение границы) Уголовного кодекса АР.

    В своем выступлении государственный обвинитель просил снять с подсудимых другие обвинения.

    Суд удалился на совещание.

    После этого председательствующий в судебном заседании огласил приговор, согласно которому, Грач Авакян и Гегам Серобян были приговорены к 4 годам, а остальные – к 6 месяцам лишения свободы.

    На этом судебный процесс завершился.

  • Ermənistanda Sibir xorası yayılır

    Ermənistanda Sibir xorası yayılır. Təkcə bu gün ərzində 5 yeni xəstəlik daşıyıcısı aşkarlanıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, xəstəliyə Şirak vilayətinin İsaakyan kənd sakinlərində rast gəlinib.

    Qeyd edək ki, iyunun 30-da Geğarkunik vilayətinin 3 sakinində də analoji xəstəlik tapılıb. Bütün xəstələr Gümrü İnfeksion Xəstəlikləri Mərkəzinə yerləşdirilib.

  • Azərbaycanda vəzifəli şəxs iş başında bıçaqlandı

    İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.

    Araşdırmalarla müəyyən edilib ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nin “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə edib, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərib.

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Cinayət işi üzrə istintaq davam edir.

  • Ожидается ли локдаун в сентябре? – ВИДЕО

    Представитель Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Фаррух Садиров стал гостем передачи Üzbəüz.

    Он внес ясность в вопрос, ожидается ли локдаун из-за коронавирусной инфекции в ближайшие месяцы.

    Ф.Садиров сказал, что решения TƏBİB и Оперативного штаба принимаются с учетом последней санитарно-эпидемиологической ситуации и если лимит заражения превысит определенные границы, они должны будут принять меры по предотвращению дальнейшего распространения инфекции.

    Подробнее – в видео:

  • Azərbaycanda polis bölməsinin yeni inzibati binası istifadəyə verildi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binaları istifadəyə verilib.

    DİN-dən verilən məlumata görə, hər iki tədbirdə belə müasir tikililərin ümumən vətəndaşlara, eyni zamanda daxili işlər orqanlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu məmnunluqla qeyd edilib.

    Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən vətəndaşların məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və onlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə inşa edilən yeni inzibati bina zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunub. Geniş dəhlizlərə və otaqlara malik iki mərtəbəli bu binada sənədlərin qəbulu və verilməsinin operativ qaydada təşkili üçün lazımi şərait yaradılıb.

    Abşeron RPİ-nin Saray Polis Bölməsinin yeni istifadəyə verilən iki mərtəbəli inzibati binası da bura müraciət edəcək vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilib.

    Yeni inzibati binada xidmət edəcək polis əməkdaşları da Saray qəsəbəsində sabitliyin, sakinlərin əmin-amanlığının qorunmasına, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmininə, vətəndaşların təhlükəsizliyinin, əmlaklarının cinayətkar qəsdlərdən qorunmasına öz töhfələrini verəcəklər.

  • UEFA Bakıdakı 1/4 finalda göy qurşağı rəngli reklamların istifadəsini qadağan etdi

    UEFA Sankt-Peterburq və Bakıda keçiriləcək AVRO 2020-nin 1\4 final matçlarında göy qurşağı rəngli reklamların istifadəsini qadağan edib.

    Bu barədə Sports.ru məlumat yayıb.

    Bildirilib ki, turnirin sponsoru “Volkswagen” öz reklamında göy qurşağı rənglərindən istifadə edir. Lakin Sankt-Peterburq və Bakıdakı matçlarda belə bannerlər görünməyəcək. Belçika və İtaliya oyununun baş tutacağı Münhendə, eləcə də Ukrayna ilə İngiltərə milli komandaları arasındakı matçın keçiriləcəyi Romada isə analoji pankartlardan istifadə ediləcək.

    Artıq “Volkswagen” şirkəti məsələ ilə bağlı açıqlama yayıb: “UEFA bizə məlumat verdi ki, Rusiya və Azərbaycan qanunlarına riayət olunmasına dair mövcud tələblər üzündən Sankt-Peterburq və Bakıdakı stadion reklamlarında göy qurşağı rənglərindən istifadə edə bilməyəcəyik. Bu qərara görə təəssüf edirik”, -deyə şirkətdən bildirilib.

    Xatırladaq ki, keçən həftə UEFA Almaniya ilə Macarıstan matçı zamanı Münhendəki “Allianz Arena”da göy qurşağı rəngli işıqlandırılmanı da qadağan etmişdi.

  • Агентство по развитию медиа о выдаче удостоверений журналистам – ЗАЯВЛЕНИЕ

    В законопроекте “О медиа”, подготовленном в соответствии с Указом Президента Ильхама Алиева “Об углублении реформ в сфере медиа в Азербайджанской Республике”, предусмотрено положение о выдаче удостоверений журналистам.

    Как сообщает Report, об этом заявил исполнительный директор Агентства по развитию медиа Ахмед Исмаилов.

    По его словам, данное положение не является обязательным:

    “Получение журналистами удостоверений будет добровольным. Наряду с этим, будут установлены требования в связи с выдачей указанных документов. Агентство будет предоставлять удостоверения только соответствующим им журналистам”.