Month: July 2021

  • ÜST rəsmisi: “Ermənistanda vaksinasiyada məyusedici mənzərə yaranıb”

    “Ermənistanda əhalinin koronavirusa qarşı peyvənd olunmasında məyusedici mənzərə yaranıb”.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ermənistandakı ofisinin müşaviri Anjela Kjdryan feysbuk səhifəsində yazıb.

    Bildirilib ki, Ermənistanda əhalinin 2 faizi peyvənd olunub.

    “Biz özümüzü inkişaf etmiş ölkələrlə müqayisə etməyi xoşlayırıq. Müqayisə edin. Əfqanıstan və Qırğız Respublikasında da 2 faiz, Tacikistan və Türkmənistanda isə 1 faizdir ”, – o qeyd edib.

    Məlumata görə, Kanadada əhalinin 67, Macarıstanda 56, ABŞ-da 53, Almaniyada 52, Çində isə 43 faizi vaksinasiya edilib. Keçmiş sovet respublikalarından ən yüksək göstərici Azərbaycanda (20 faiz) və Qazaxıstandadır (15 faiz). İranda bu göstərici 5 faizdir.

    ///Report

  • Azərbaycanda talassemiya xəstələrinin əsas problemi AÇIQLANDI

    Bu gün talassemiya xəstələrinin ən böyük problemi donorların tapılmamasıdır.

    Bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

    Onun sözlərinə görə, ailələrdə uşaq sayının az olması və ya ikinci uşaqların xəstəliklə doğulması donor problemlərini daha da artırır:

    “Talassemiyalı xəstələrdən cəmi 10 faizinin bacı-qardaşlarından donorları tapıla bilir. Bu isə çox az göstəricidir. Talassemiya pasiyentlərinin böyük bir hissəsinin donoru yoxdur. Biz bununla bağlı beynəlxalq reyestrlərə müraciət edirik. Ölkəmizdə bu reyesterin qurulması iki ildir davam edir.

    Reyesterin qurulması üçün xüsusi proqramlar və göstəricilər var. İlk növbədə ölkədə kök hüceyrəsini və ya iliyini verə biləcək insanların sayının çox olmasıdır. Bu say müəyyən həddə çatdıqda infrastrukturunun qurulması ilə tənzimlənəcək. Bizə dövlət qurumlarının ciddi dəstəyi lazımdır. Belə ki, hüceyrələrin sərhəddən keçirilməsi, şüalarla təmasda olmaması, xüsusi personalın hazırlanması və s. işlərdən sonra düşünürəm ki, gələcəkdə bu problemlər öz həllini tapacaq”.

  • Türkiyəli məşhur aktyor vəfat etdi

    Türkiyəli məşhur aktyor, ssenarist və rejissor Kartal Tibet vəfat edib.

    Bu barədə “Hürriyet” yazıb.

    Məşhur aktyor Türkiyədə 200-ə yaxın filmə çəkilib.

  • Eldar Həsənov DTX-nin hospitalına köçürüldü

    Eldar Həsənov stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

    APA-nın xəbərinə görə, bu barədə E. Həsənovun vəkili Cavad Cavadov bildirib.

    Müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğunu qeyd edən vəkil E. Həsənovun əməliyyat oluna biləcəyini söyləyib.

    Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

    Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

    Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.

  • Azərbaycanda immun plazması ilə sağalan koronavirus xəstələrinin sayı AÇIQLANDI

    COVID-19 ilə mübarizəyə ayrılan xəstəxanalarda müalicə alan talassemiya xəstələrində ciddi qan azlığı yaranırdı. Pandemiya dövründə Milli Hematologiya və Transfuziologiya Mərkəzi həmin xəstəxanaları təmannasız qan və qan komponentləri ilə təmin edib.

    Bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

    O bildirib ki, bura trombosit kütləsi, təzə dondurulmuş plazma ilə təmin edilmə daxildir:

    “COVID-19 infeksiyasının müalicəsində vaksindən öncə ən effektiv müalicə metodlarından biri COVID-19 immun plazmasının verilməsidir. Bu araşdırma bizim mərkəzdə aparıldı. Biz immun plazma hazırlayaraq 400-dən çox koronavirusa yoluxan xəstələrin müalicəsinə kömək etdik”.

  • Ərdoğan: “Haqqımızı sökə-sökə alırıq” – VİDEO

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakarya şəhərində tank zavodunun işçiləri ilə görüşdə diqqət çəkən mesajlar verib.

    Türkiyə Prezidentinin çıxışını “Anadolu” agentliyi yayımlayıb.

    R.T.Ərdoğan Türkiyə dövlətinin beynəlxalq fəaliyyətini tənqid edənlərə səslənib:

    “Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Aralıq dənizinin şərqində nə işiniz var? Bunu deyənlər ya dünyadan xəbərsizdir, ya da düşmən qılıncını çəkirlər. Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Aralıq dənizinin şərqində də varıq və olacağıq. Haqqımızı sökə-sökə alırıq və alacağıq”.

  • Jurnalistlərin üçüncü binasında işlər nə yerdədir? – AÇIQLAMA

    Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib.

    Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, binada hələ görüləcək işlər var.

    “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur”.

  • Azərbaycanda talassemiya xəstələrinin əsas problemi AÇIQLANDI

    Bu gün talassemiya xəstələrinin ən böyük problemi donorların tapılmamasıdır.

    Bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

    Onun sözlərinə görə, ailələrdə uşaq sayının az olması və ya ikinci uşaqların xəstəliklə doğulması donor problemlərini daha da artırır:

    “Talassemiyalı xəstələrdən cəmi 10 faizinin bacı-qardaşlarından donorları tapıla bilir. Bu isə çox az göstəricidir. Talassemiya pasiyentlərinin böyük bir hissəsinin donoru yoxdur. Biz bununla bağlı beynəlxalq reyestrlərə müraciət edirik. Ölkəmizdə bu reyesterin qurulması iki ildir davam edir.

    Reyesterin qurulması üçün xüsusi proqramlar və göstəricilər var. İlk növbədə ölkədə kök hüceyrəsini və ya iliyini verə biləcək insanların sayının çox olmasıdır. Bu say müəyyən həddə çatdıqda infrastrukturunun qurulması ilə tənzimlənəcək. Bizə dövlət qurumlarının ciddi dəstəyi lazımdır. Belə ki, hüceyrələrin sərhəddən keçirilməsi, şüalarla təmasda olmaması, xüsusi personalın hazırlanması və s. işlərdən sonra düşünürəm ki, gələcəkdə bu problemlər öz həllini tapacaq”.

  • В Азербайджане за минувшие сутки выявлен 101 новый случай инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 101 новый случай инфицирования коронавирусом, 56 человек вылечились и были выписаны домой.

    Об этом 2 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 336 223 человека, 4 977 – скончались, 330 338 – вылечились, 908 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 767 982 теста на COVID-19 (за последние 24 часа – 9 851).