Month: July 2021

  • Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərildi

    Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Aparılan istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.

  • COVAX dövlətlərə çağırış edib

    COVAX bütün dövlətləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən vaksinləri vurduran insanları tam şəkildə peyvənd olunmuş kimi tanımağa çağırıb.

    “Report” xəbər verir ki, bununla da həmin insanların səyahətə çıxa, tədbirlərdə iştirak edə bilmələri müəyyənləşdiriləcək.

    Qeyd edək ki, indiyədək Çinin “Sinopharm” və “Sinovac” dərmanları, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi “Corminaty”, ABŞ-ın “Janssen” və “Moderna” şirkətlərinin dərmanları, “AstraZeneca” Böyük Britaniya – İsveç şirkətilə Oksford Universitetinin birgə hazırladığı dərmanın iki variantı ÜST tərəfindən koronavirusa qarşı təcili istifadə üçün tövsiyə olunub.

  • Глава МИД Кыргызстана прибыл с официальным визитом в Азербайджан

    Глава МИД Кыргызстана Руслан Казакбаев прибыл с официальным визитом в Азербайджан, сообщает посольство Кыргызстана в Баку.

    Глава МИД Кыргызстана завтра проведет встречи с официальными лицами Азербайджана.

    Ранее Казакбаев принял чрезвычайного и полномочного посла Азербайджана в Кыргызстане Гидаята Оруджева. Стороны отметили высокий уровень двусторонних отношений и констатировали широкую повестку дня.

    Состоялся обмен мнениями по актуальным вопросам кыргызско-азербайджанского сотрудничества, был обсужден график контактов на высоком уровне.

    Стороны выразили твердую приверженность продолжению активного взаимодействия в политико-дипломатической, торгово-экономической, социально-гуманитарной и других сферах.

  • Sumqayıtda 37 yaşlı kişi dənizdə bataraq öldü

    Sumqayıtda 37 yaşlı kişi dənizdə batıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Corat çimərliyində qeydə alınıb.

    1984-cü il təvəllüdlü İslamov Zakir Adil oğlu dənizdə batıb. Onun meyiti dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

    Aparılan araşdırma zamanı Z. Islamovun ötən gün batdığı məlum olub.

  • Britaniya Azərbaycanın plastik qablarla bağlı qərarını alqışlayır

    Böyük Britaniya Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların idxalı, istehsalı və satışının qadağan edilməsini alqışlayır.

    Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    “Əla xəbərdir! Bu gün mühüm gündür. Hər il milyonlarla ton plastik qab okeanlara atılır. Biz plastikdən istifadəni azaltmaq, təkrar istifadə və təkrar emal vasitəsilə birlikdə ətraf mühiti qorumalıyıq. Yalnız birlikdə dəyişikliyə nail ola bilərik”, – Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

  • Havanın temperaturu 39 dərəcəyədək artacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

    İyulun 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Tovuzda yol qəzası olub, xəsarət alanlar var

    Tovuz rayonunda yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Düz Qırıqlı kənd ərazisində qeydə alınıb.

    Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Avstraliyada pişiklər üçün komendant saatı tətbiq edilib

    Avstraliyanın Noks şəhərində pişiklər üçün komendant saatı tətbiq edilib.

    Bu barədə “Daily Mail” xəbər verib.

    Bildirilir ki, quşları, opposumları və sürünənləri qorumaq üçün ev heyvanlarının çölə çıxması qadağan edilib.

    Sahibləri pişiklərin yerini izləməlidirlər. Noks sakinləri heyvanlarını yalnız evdə, tövlədə, qarajda və ya volyerdə saxlaya bilər, küçəyə isə ancaq öz həyətyanı sahələrinə buraxa bilər.

    Lakin ekoloqlar quş və sürünənləri xilas etmək üçün atılan bu addımı qəzəblə qarşılayıblar.

    “Bunlar sadəcə onlara qarşı ədalətsizlikdir. Bir növ pələngi zooparkda saxlamaq kimi bir şeydir”, – deyə yerli sakinlərdən biri bildirib.

    Cari ilin oktyabrın 1-dən etibarən səlahiyyətlilər yeni təşəbbüslə bağlı keçid mərhələsinə başlayacaqlar. Pişikləri ev ərazilərini tərk etdikləri təqdirdə sahiblərinə xəbərdarlıq göndəriləcək. Altı aydan sonra isə bu xəbərdarlıq 500 dollar (təxminən 850 manat) cərimə ilə əvəzlənəcək.

  • В Баку и Абшеронском районе будут организованы ярмарки выходного дня

    3-4 июля в Баку и в Абшеронском районе будут организованы ярмарки выходного дня Kənddən Şəhərə (“Из села в город”), сообщила пресс-служба Министерства сельского хозяйства.

    Они будут работать по следующим адресам:

    – Наримановский район Баку, ул. Фатали хана Хойского, 5 (около входа на станцию метро “Гянджлик”);

    – Бинагадинский район Баку, ул. Сулеймана Сани Ахундова, 5B (около кинотеатра “Ингилаб”);

    – город Хырдалан, проспект Гейдара Алиева, 41.

    В ярмарках примут участие около 100 фермеров из 40 регионов, будет представлено более 60 видов сельскохозяйственной и пищевой продукции.

  • Həftəsonu yarmarkaları təşkil olunacaq

    3-4 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

    Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək.

    Yarmarkalarda fermerlər tərəfindən 60-dan artıq çeşiddə təbii kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.

    “Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

    – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

    – Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

    – Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A