Month: July 2021

  • Qurban bayramı ilə əlaqədar iyul ayında iş və istirahət günlərinin yeri dəyişəcək – QƏRAR

    İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.

    Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

    Beləliklə, 4 gün 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul ardıcıl qeyri iş günləri olacaq.

  • Вагиф Джавадов: Я готов продолжить свою карьеру – ВИДЕО

    Бывший игрок нашей сборной по футболу Вагиф Джавадов стал гостем Baku TV.

    32-летний спортсмен заявил, что он уже больше года не играет ни в одном из клубов.

    По его словам, он хочет вернуться в спорт, и, если будут предложения, готов продолжить карьеру.

    В.Джавадов также отметил, что на Евро-2020 болеет за сборную Италии.

    Подробнее – в сюжете Baku TV:

  • Ərəb ölkələrində anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edildi

    Küveyt, Səudiyyə Ərəbistanı və İraqın bəzi şəhərləri son 24 saat ərzində dünyanın ən yüksək istiliyinə sahib 15 bölgə arasında olub.

    Bu barədə “El Dorado Weather” saytında qeyd edilib.

    İraq, Küveyt, Liviya, Əlcəzair, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ərəb ölkələri vətəndaşları isti havanın mənfi təsirlərindən uzaq durmağa çağırıb.

    Havanın istiliyinin 50 dərəcəyə yaxınlaşdığı ərəb ölkələrində məktəblərdə təhsili dayandırmaq, iş yerlərinə gəlməmələri və vətəndaşların pik saatlarda evdən çıxmamaları barədə xəbərdarlıq edilib.

    Küveytdə havanın tempraturunun 53 dərəcəyə qədər artacağı bildirilib.

  • Badamdarda su xətti partlayıb, həyətləri və marketi su basıb

    Badamdar qəsəbəsində su xətti partlayıb.

    APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.

    “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının APA-ya verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: “Hazırda təmir gedir”.

  • В Сумгайыте 37-летний мужчина утонул в море

    В Сумгайыте Закир Исламов (1984 г.р.) утонул в море.

    Как сообщает АПА, это случилось на пляже в Джорате.

    Его тело было извлечено из воды и передано по назначению.

    Как стало известно, инцидент был зарегистрирован вчера.

  • DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir

    “Yüksək risk qrupuna aid olan şəxslərin toy mərasimlərində iştirakı tövsiyə edilmir”.

    Bunu “report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    DİN rəsmisinin sözlərinə görə, 50 nəfərə qədər şənlik mərasimlərində mütləq qaydada tibbi maska tələbi var:

    “Bu tədbirlərdə iştirak edən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar, səhhətində problem olan, yaxud digər kateqoriyaya aid olan vətəndaşlar diqqətli olmalıdır. Əgər hər hansı şəxsin sağlamlığında təhlükəli hal varsa, onun belə məclislərdə iştirakı tövsiyə edilmir”.

    E.Hacıyev xatırladıb ki, 150 nəfərə qədərlik məclisdə iştirak üçün mütləq qaydada COVID-19 pasportuna sahib olmaq lazımdır:

    “Yəni vətəndaşlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Əks halda həmin şəxslərin toylarda iştirakına icazə verilməyəcək.

    Bu qayda və normaların gözlənilməsi tək iştirakçıların deyil, eləcə də sahibkarlıq subyektlərinin, restoran inzibatçılarının və toy sahiblərinin üzərinə düşən əsas məsuliyyətdir.

    Tərəflər arasında toy mərasimlərinin keçirilməsinə 5 gün qalmış iltizam sənədinə müvafiq olaraq öhdəçilik götürülür. Hüquq pozuntusu olarsa, qanunvericiliyə müvafiq tədbir görüləcək”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib.

  • В Баку вспыхнул пожар в известном супермаркете – ВИДЕО

    В Баку вспыхнул пожар.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям Азербайджана, в результате него сгорели 10 кондиционеров, рекламный щит и камера наблюдения, принадлежащие супермаркету Bazar Store, расположенному на первом этаже многоэтажного здания по улице Нахчивани в Бинагадинском районе столицы.

    Новостройка и близлежащие объекты были защищены от огня.

    Пожар потушен подразделениями Государственной противопожарной службы МЧС.

  • Bakının məşhur supermarketində yanğın – VİDEO

    Bakıda yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Bazar Store” supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

    Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 30 детей с ограниченными возможностями возвращены в семьи из учреждений социального обслуживания – ФОТО

    В учреждениях социального обслуживания детей с ограниченными возможностями здоровья организован медиатур.

    Об этом говорится в сообщении Министерства труда и социальной защиты населения Азербайджана.

    Отмечается, что в прошлом и текущем годах в семьи из этих учреждений были возвращены 30 детей.

    Учреждения социального обслуживания детей с ограниченными возможностями при Агентстве соцуслуг функционируют в поселках Шаган (№1) и Сарай (№2). В них находится 278 детей в возрасте от 5 до 18 лет, все они охвачены постоянной государственной опекой и получают реабилитационные социальные услуги.

    Дети, поступающие в учреждения, группируются по возрасту, полу и диагнозу. Для организации социального обслуживания с учетом индивидуальных особенностей разрабатывается индивидуальный план работы путем проведения комплексной оценки каждого ребенка.

    Представители СМИ ознакомились с кружками, созданными в этих учреждениях для получения детьми базовых знаний и профессиональных навыков, выявления врожденных талантов и способностей. В этих клубах дети делают различные поделки (живопись, резьба по дереву, вышивка бисером и др.), играют на музыкальных инструментах, танцуют, поют, а также занимаются легкой атлетикой, теннисом и футболом.

  • Dünyanın ən yaşlı sakini uzun yaşamağın sirrini açıqlayıb

    Puerto Rikonun sakini Emilio Flores Markes dünyanın hazırda yaşayan ən yaşlı kişisi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

    “Report” “Guinness World Records”a istinadən xəbər verir ki, 1908-ci ilin 8 avqust tarixində dünyaya gələn Markes ailədə 10 uşağın böyüyü olub, ailənin şəkər qamışı fermasında çalışıb. 75 illik evlilikdən sonra həyat yoldaşını 2010-cu ildə itirən Markes dörd övlad, beş nəvə, beş nəticə sahibidir. Övladlarının ikisi hələ də sağdır.

    Uzun yaşamağın sirrini bölüşən Markes həmişə sevgini kin-küdurətdən üstün tutduğunu deyib: “Atam məni sevgi ilə böyüdüb, hamını sevməyi öyrədib. Mənə də, bacı-qardaşlarıma da yaxşılıq etməyi, əl tutmağı, bölüşməyi nəsihət edib”.

    Bundan əvvəl dünyanın ən yaşlı sakini olmuş rumıniyalı Dumitru Komenesku 2020-ci il 27 iyun tarixində, 112 yaşında dünyasını dəyişib.