Month: July 2021

  • “Neftçi” üçün Bakıda dünyanın məşhur komandasına qarşı həlledici oyun – AFİŞA

    Bu gün Azərbaycanın “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

    Rəqib 46 dəfə Yunanıstan çempionu olmuş və 28 dəfə həmin ölkənin kubokunu qazanmış məşhur “Olimpiakos” klubudur.

    Afinanın Pirey qəsəbəsində keçirilmiş ilk görüşdə Yunanıstan çempionu 1:0 qalib gəlib. Komandamız güclü rəqibi ilə vəziyyəti eyniləşdirmək üçün istənilən minimal hesablı qələbə qazanmalı və matçı penaltilərə aparmalıdır. Minimum iki qol fərqi ilə qələbə isə “Neftçi”ni III təsnifat mərhələsinə adladacaq. Məğlubiyyət isə komandamızın yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etməsi anlamına gələcək.

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi

    21:00 “Neftçi” – “Olimpiakos” (Yunanıstan)

    Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Xon Nunyes, Adrian Kordero (hamısı İspaniya)

    Bakı. “Bakcell Arena”

  • В Азербайджане для малообеспеченной молодежи созданы пчеловодческие хозяйства

    В Азербайджане успешно продолжается реализация проекта “Содействие экопредпринимательству среди азербайджанской молодежи”, инициированного вице-президентом Фонда Гейдара Алиева, основателем и руководителем Общественного объединения IDEA Лейлой Алиевой.

    Как сообщили в IDEA, в рамках проекта 21 волонтер, прошедший теоретическую и практическую подготовку по созданию и развитию пчеловодческого хозяйства, успешно прошел двухнедельный курс обучения, получил все необходимые ресурсы и оборудование для данной деятельности. Для молодых пчеловодов созданы необходимые условия с целью эффективного производства.

    Целями проекта, который реализуется при организации Общественного объединения IDEA, Молодежного фонда Азербайджана, Госагентства занятости и юридического лица публичного права ABAD, являются: расширение ареала обитания пчел, содействие распространению пчеловодства как экопредпринимательства в регионах Азербайджана, поддержка производства натурального меда, повышение благосостояния малообеспеченных семей и обеспечение занятости молодежи.

    Чтобы молодые экопредприниматели смогли увеличить количество ульев в течение двух лет, в их хозяйствах будут регулярно проводиться мониторинги.

    Известно, что пчелы и другие опылители играют важную роль в сохранении биоразнообразия, а пчеловодство с экологической точки зрения считается наиболее безопасным и в то же время полезным видом сельского хозяйства. Медоносные пчелы, активно участвуя в опылении растений, повышают их урожайность и жизнеспособность. С учетом этого Общественное объединение IDEA совместно с Министерством экологии и природных ресурсов провело несколько массовых кампаний по посадке нектароносных деревьев для поддержки пчеловодства.

    Каждый из нас должен участвовать в защите пчел, которые играют важную роль в экосистеме.

  • Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradıldı

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsi uğurla davam edir.

    Layihə çərçivəsində arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri və praktiki təlimlərə cəlb olunan 21 nəfər könüllü gənc iki həftəlik kursu müvəffəqiyyətlə tamamlayaraq arıçılıq təsərrüfatı üçün lazım olan bütün resurs və ləvazimatlarla tam təchiz olunublar.

    Gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.

    IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.

    Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara “ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.

    Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə bir neçə kütləvi ağacəkmə aksiyaları keçirilib.

    Ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizin iştirakına ehtiyac var!

    Sadaladığımız kiçik addımlar bu zəhmətkeş canlıların varlığı üçün böyük dəyişikliklərə gətirib çıxara bilər, məs.:
    – Ərzaq təhlükəsizliyinin əsas şərti olan ekoloji təmiz məhsul istehsalını dəstəkləməliyik.
    – Heç bir arı ölmək istəmir və sancmaq onların təhlükə anlarındakı son, məcburi seçimləridir. Bu səbəbdən, arı gördükdə təşvişə düşməməli və onu öldürməyə çalışmamalıyıq, sakitcə və zərər vermədən uzaqlaşdırmağa çalışmalıyıq.
    – Eyvan və bağçamıza lavanda, akasiya, payızgülü, kəklikotu, yonca, cökə, nanə, günəbaxan, süpürgə otu və s. kimi arıların sevdikləri bitkiləri əkərək onları dəstəkləyə bilərik.
    – Suya düşən arını dərhal və ehtiyatla çıxarıb quru səthə qoymaqla, onu xilas edə bilərik. Bir müddət sonra arı özünə gələrək uçub gedəcək.
    – Yaşayış mühitinin itirilməsi arılara mənfi təsir edən ən vacib amillərdən biridir. Yaşıllıq ərazilərini artırmaq və qorumaqla bütün canlıları, o cümlədən arıları xilas edə bilərik.
    – Arıların planetimiz üçün əhəmiyyəti haqda maarifləndirmə fəaliyyətlərinə qoşulmaqla onların qorunmasına böyük töhfə verə bilərik.

    Təbiətin arılara, bizim isə təbiətə ehtiyacımız var. Gəlin, arılara qayğımızı artıraq və onları birgə yaşadaq. Arılar varsa, həyat var!

  • Belarus millisi DÇ-2022-nin seçmə oyunlarını Rusiyada keçirə bilər

    Belarus yığması futbol üzrə 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ev oyunlarını Rusiyanın Kazan şəhərinin mərkəzi stadionunda keçirə bilər.

    Sports.ru xəbər verir ki, bunu Tatarıstan Respublikasının idman naziri Vladimir Leonov bəyan edib.

    O, Belarus tərəfinin arenadan razı qalacağı təqdirdə, bu ölkənin seçmə komandasını qəbul etməyə hazır olduqlarını bildirib.

    Qeyd edək ki, Belarus millisi yaxın aylarda Uels (5 sentyabr), Belçika (8 oktyabr) və Çexiya (11 oktyabr) yığmalarıyla qarşılaşmalıdır.

    Xatırladaq ki, Minsk hava limanında “Ryanair” şirkətinə məxsus təyyarə ilə bağlı məlum insidentdən sonra bir sıra Avropa ölkələri Belarusla hava əlaqəsini kəsib.

  • “Instagram”da yeniliklər edilib

    “Instagram” sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.

    Bu barədə şəbəkənin sahibi olan “Facebook” şirkətinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, “Reels” qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.

    Həmçinin, “Instagram”dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.

    Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.

  • Çeçenistanda koronavirusa qarşı kollektiv immunitet formalaşıb

    Çeçenistanda yaşı 18-dən yuxarı olan əhalinin hamısı vaksinasiyadan keçib.

    Bu barədə mətbuata açıqlamasında respublikanın səhiyyə naziri Elxan Süleymanov bildirib.

    O, Çeçenistanın Rusiya Federasiyasının subyektləri arasında vaksinasiyanı başa vuran ilk region olduğunu da vurğulayıb.

    Nazirin sözlərinə görə, bugünədək 910 min əhalisi olan respublikada yetkinlik yaşına çatmış 568 min nəfərə iki doza peyvənd vurulub. Bununla da Çeçenistan əhalisi arasında COVID-19-a qarşı kollektiv immunitet formalaşdırılıb.

  • Estoniya İraqda cəmi bir hərbçi saxlayacaq

    Estoniya İraqda cəmi bir hərbçi saxlayacaq.

    Bu barədə “Baltnews” xəbər yayıb.

    Qərargah zabiti NATO missiyasının tərkibində iraqlı hərbçilərə təlim verəcək.

    Hazırda İraqda 37 eston hərbçi var.

  • Sel iki mərtəbəli yaşayış evini tamamilə yuyub apardı – VİDEO

    Türkiyənin Amasya vilayətində leysan yağışları nəticəsində sel fəlakəti meydana gəlib.

    “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, sel suları çayın kənarında olan bir evi tamamilə yuyub aparıb.

    Qeyd olunur ki, evin sahibi seldən təxminən 10 dəqiqə əvvəl oranı tərk edib.

    Hadisənin görüntüsü təbii fəlakət zamanı ərazidə olan şəxslərdən biri tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.

  • Позиции ВС Азербайджана в Кельбаджарском районе в очередной раз подверглись интенсивному обстрелу

    Подразделения вооруженных сил Армении продолжают совершать провокации на Кельбаджарском участке армяно-азербайджанской государственной границы.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    28 июля, примерно с 00:50, подразделения вооруженных сил Армении с боевых позиций, расположенных на различных направлениях на территории Басаркечарского района, из стрелкового оружия и гранатометов в очередной раз подвергли интенсивному обстрелу позиции азербайджанской армии на территории Кельбаджарского района.

    В результате обстрела ранены двое военнослужащих ВС Азербайджана – Садиг Низами оглу Алиев и Имран Дильгам оглу Имранлы. Раненым была немедленно оказана первая медицинская помощь. Жизни наших военнослужащих ничего не угрожает.

    Подразделения азербайджанской армии, дислоцированные на этом направлении, принимают адекватные меры.

    Мы еще раз заявляем, что Армения несет полную ответственность за эскалацию напряженности вдоль государственной границы между двумя странами.

  • Kəlbəcərdə mövqelərimiz növbəti dəfə intensiv atəşə tutuldu: İki hərbçimiz yaralandı – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

    Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

    Azərbaycan ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

    Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.