Month: July 2021

  • В США стрелявшего на вечеринке по людям мужчину забили кирпичами

    Участники вечеринки в США кирпичами забили до смерти вооруженного мужчину, открывшего огонь по собравшимся, сообщает телеканал NBC со ссылкой на полицию, пишет РИА Новости.

    Инцидент произошел в понедельник в городе Форт-Уэрт в Техасе. По данным полиции, на мероприятии завязалась ссора, после чего один из участников открыл огонь и ранил одного человека. Гости начали преследовать стрелявшего.

    Как сообщает телеканал, во время погони вооруженный мужчина начал стрелять по бежавшим за ним людям, по меньшей мере двое человек получили ранения, позднее один из них скончался. Преследователи начали кидать в стрелявшего кирпичи. Когда его удалось остановить, мужчине нанесли несколько ударов как минимум одним кирпичом, в результате полученных травм он скончался на месте.

    Позднее в медучреждения были доставлены трое пострадавших с легкими ранениями, их жизни ничего не угрожает. Полиция расследует обстоятельства случившегося.

  • ABŞ-da insanlara atəş açan şəxsi kərpiclə döyüb öldürdülər

    ABŞ-da şənlik məclisində iştirak edən şəxslər insanlara atəş açan kişini kərpiclə döyərək öldürüblər.

    Bu barədə NBC telekanalı məlumat verib.

    Qeyd olunur ki, insident Texas ştatının Fort-Uort şəhərində baş verib.

    Belə ki, ziyafətdə dava düşüb, bundan sonra iştirakçılardan biri atəş açaraq bir nəfəri yaralayıb. Qonaqlar atəş açan şəxsi təqib etməyə başlayıblar.

    Təqib zamanı silahlı şəxs arxasınca qaçan şəxslərə də atəş açmağa başlayıb. Nəticədə azı iki nəfər yaralanıb, onlardan biri daha sonra xəstəxanada ölüb.

    Nəhayət silahlı şəxsi yaxalayan bir neçə kişi ona kərpiclə zərbələr endirməyə başlayıb. Nəticədə silahlı şəxs hadisə yerində ölüb. Polis hadisənin təfərrüatını araşdırır.

  • Fransada koronavirusa görə ictimai yerlərdə spirtli içkiyə qadağa qoyuldu

    Fransada koronavirusa yoluxmada artım səbəbi ilə Aşağı Reyn (Bas-Rhin) departamentində ictimai yerlərdə spirtli içki satışı və istifadəsi qadağan edilib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Hər 100 min nəfərə 147 yoluxma düşən vilayətdə qaldırılan maska taxmaq məcburiyyəti 17 iyun tarixindən yenidən bərpa edilib.

    Vilayət rəhbərliyindən bildirilib ki, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə bar və restoranlar 23.00-da bağlana bilər.

    Daha əvvəl Dənizkənarı Alplar departamentində (Alpes-Maritimes) də ictimai yerlərdə spirtli içki satışı və qəbulu qadağan edilib.

    Qeyd edək ki, son 24 saatda Fransada 5 307 yoluxma aşkarlanıb.

  • Haiti prezidentinin qətlini araşdıran istintaqçılar eyni aqibətlə təhdid olundu

    Haitinin öldürülən prezidenti Jovenel Moizin ölümünü araşdıran istintaq orqanları əməkdaşları təhdid olunub.

    Bu barədə CNN məlumat yayıb.

    Qeyd olunur ki, istintaqa cəlb olunan bir neçə əməkdaşın ünvanına naməlum şəxslər zəng edib, bəzilərinə isə təhdid mesajları daxil olub, ölümlə hədələnib.

    İstintaqın gedişinə mane olan isə təkcə təhdidlər deyil. Belə ki, kənar şəxslərin də istintaqın gedişinə əngəl yaratdıqları, hətta onların istintaq prosesinin aparılmasından xəbərdar olduqları qeyd olunur.

    Xatırladaq ki, Jovenel Moiz iyulun 7-də prezident iqamətgahına hücum zamanı öldürülüb.

  • Rəqəmsal məlumatları varislərə ötürmək üçün “zaman kapsulu” yaradılır

    Rusiyalı alimlər rəqəmsal məlumatları varislərinə ötürmək üçün blok zənciri texnologiyasından istifadə edəcək “zaman kapsulu” xidməti hazırlayırlar.

    Bu barədə Mk.ru Milli Texnologiya Təşəbbüsü Platformasına istinadən xəbər yayır.

    Qeyd edilir ki, “Zaman kapsulu” xidməti rəqəmsal məlumatların və varlıqların təhlükəsiz saxlanmasına imkan verəcək.

    Bunlar insanların varislərinə ötürmək istədikləri “bitcoin” pulqabıların açarları, sosial şəbəkə şifrələri ola bilər.

    Layihə meneceri Dmitri İzvekov əlavə edib ki, indi istifadəçilərin məlumatları müəyyən bir müddətdən sonra müəyyən şəxslərə ötürülməsi şərti ilə bütün lazımi məlumatları şifrəli formada saxlaya biləcəkləri bir layihə saytı yaradılır.

    Saytda fotoşəkilləri, video mesajları, dəyərli əşyaların yerləşmə koordinatlarını və miras üçün digər müxtəlif mesajları “gizlətmək” mümkündür.

  • Britaniya ordusuna qarşı iddia qaldırıldı

    Keniyanın Nanyuki şəhərində bir qrup lobbiçi və minə yaxın yerli sakin Britaniya ordusuna qarşı iddia qaldırıb.

    Onlar iddia edir ki, Britaniya ordusunun hərbi manevri əsnasında qoruqda dağıdıcı yanğın meydana gəlib.

    Bu barədə BBC xəbər yayıb.

    Mart ayında britaniyalıların təlimləri Keniya qoruğunda genişmiqyaslı yanğınla başa çatmış, ixtisaslaşmış xidmət orqanları isə uzun müddət yanğının öhdəsindən gələ bilməmişdi. Yanğının rəsmi səbəbi isə açıqlanmayıb. Bir ay əvvəl Nanyukidən səkkiz kilometr məsafədə, Britaniya hava bazasında yeni qərargahın və təlim mərkəzinin açılışı olub.

    Televiziya və radio şirkətinin verdiyi məlumata görə, yerli sakinlər yanğının azı dörd gün davam etdiyini və indiyədək görünməmiş hadisə olduğunu deyiblər.

    Məhkəmədə iddiaçı tərəf bildirib ki, təlimlər həm insanların təmiz və sağlam ətraf mühitini, həm də təhlükəsiz hərbi təlim standartlarını pozub. Eyni zamanda, səs-küydən və yanğından qaçan vəhşi heyvanlar evləri zəbt edib, məhsulu məhv ediblər. Onlar Britaniya ordusunun və ətraf mühiti mühafizə orqanlarının məsuliyyətə cəlb edilməsini istəyirlər.

  • Южная Корея и КНДР восстановили разорванные линии связи

    Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında rabitə xətti bərpa edilib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezident administrasiyası məlumat yayıb.

    Qeyd olunur ki, rabitə xəttinin bərpası iki ölkə liderlərinin razılaşmasından sonra baş verib.

    Məlumat üçün qeyd edək ki, iki ölkə arasında rabitə əlaqəsinin kəsilməsi 2020-ci ildə Cənubi Koreya fəallarının Şimali Koreyaya təbliğat materiallarının göndərməsindən sonra baş verib.

  • Cənubi və Şimali Koreya arasında rabitə əlaqəsi bərpa olundu

    Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında rabitə xətti bərpa edilib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezident administrasiyası məlumat yayıb.

    Qeyd olunur ki, rabitə xəttinin bərpası iki ölkə liderlərinin razılaşmasından sonra baş verib.

    Məlumat üçün qeyd edək ki, iki ölkə arasında rabitə əlaqəsinin kəsilməsi 2020-ci ildə Cənubi Koreya fəallarının Şimali Koreyaya təbliğat materiallarının göndərməsindən sonra baş verib.

  • Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

    Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, rayon ərazisində “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobilləri toqquşub.

    Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri – 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте мужчина получил смертельное ножевое ранение

    На улице Черкассы в городе Сумгайыте 40-летний мужчина получил ножевые ранения.

    Как сообщает АПА, в ходе конфликта неизвестный ударил ножом Нуреддина Гулиева (1981 г.р.).

    Мужчина скончался на месте.

    Подозреваемый в убийстве был задержан сотрудниками полиции.

    По данному факту ведется расследование.