Month: July 2021

  • В Азербайджане число инфицированных COVID-19 превысило 400 человек, случаев смерти не зарегистрировано – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 412 новых случаев инфицирования коронавирусом (23 июля – 371), 125 человек вылечились и были выписаны домой.

    Об этом 24 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа скончавшихся от COVID-19 не зарегистрировано.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 340 057 человек, 5 002 – скончались, 331 907 – вылечились, 3 148 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 965 397 тестов на COVID-19 (за последние 24 часа – 11 381).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

    Qeyd edək ki, dünən koronovirusa 371 yoluxma qeydə alınıb.

  • Təbrizdə etirazçılar hökumət tərəfindən PUA-larla izlənir – VİDEO

    İran hökuməti Təbrizdə etirazçıları pilotsuz uçuş aparatları (PUA) ilə nəzarətə götürüb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Güney Azərbaycanın Təbriz şəhərində hazırda etiraz mitinqləri davam edir.

    Etirazlarla bağlı yayılan görüntülərdə İran rejiminin təhlükəsizlik orqanlarının etirazçılara havadan PUA-larla nəzarət etdiyi görünür.

  • Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb

    Cənubi Afrikanın mərkəzi hissəsində dünən gecə ən aşağı temperatur üzrə rekord qeydə alınıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SABC radiostansiyası Cənubi Afrika Meteorologiya Xidmətinə istinadən məlumat verib.

    Sinoptiklərin bildirdiyinə görə, iyulun 24-nə keçən gecə ölkənin 19 bölgəsində minimal temperatur üzrə tarixi rekordlar qırılıb. Belə ki, Kimberli şəhərində və ətraf bölgələrdə şaxta mənfi 9,9 dərəcə Selsiyə çatıb. Bütün meteoroloji müşahidələr dövründə orada heç vaxt belə kəskin soyuq hava olmayıb. Yohannesburqda dünən gecə havanın temperaturu mənfi 7 dərəcəyə düşüb. Burada əvvəlki soyuq hava rekordu (-6,3 dərəcə) 1995-ci il iyulun 19-da qeydə alınmışdı.

    Uzun illərdən bəri ilk dəfə Cənubi Afrikanın müxtəlif bölgələrinə qar yağıb. SABC qeyd edir ki, uşaqlar və yeniyetmələr bu ərazilərdə qar yağışını ilk dəfə görüblər. Yerlərin buz bağlaması səbəbindən çox sayda magistral yol bağlanıb.

    Cari şaxtalar Afrikanın cənubuna Antarktidadan gəlib. “Buzlu qitə” Afrika qitəsinin cənub nöqtəsindən təxminən 4 min km məsafədə yerləşir. Soyuq havanın Cənubi Afrikada bir həftə də davam edəcəyi gözlənilir.

  • Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”

    Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi tərəfindən əvvəllər irəli sürülən tezisi dilə gətirib: Ermənistanın KTMT-də iştirakı İrəvana hərbi yardım göstərməyə imkan vermir.

    Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski Caliber.Az-a verdiyi açıqlamada bildirib ki, hazırda Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşdirilib və Qərb ümumiyyətlə prosesdən kənarda qalıb.

    Ekspert hesab edir ki, Qərb Ermənistanın qarşısına onun yerinə yetirə bilməyəcəyi şərtlər qoyur:

    “İrəvana kömək edəcəklərinə söz verirlər, bəs hansı köməkdən söhbət gedir? Əgər silahlarla ediləcəksə, bu silahları verən ölkələrin təlimatçılarını, hərbçilərini gətirmək lazımdır. Bunlar sadəcə Qərbin münaqişənin həllində iştirak etdiyini göstərmək üçün hazırlanmış oyunlardır. Ancaq Qərb bu məsələlərdə səriştəsizdir”.

    Siyasi analitik Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun “Ermənistan Rusiyanın deyil, Rusiya Ermənistanın müttəfiqidir” açıqlamasına da münasibət bildirib.

    Aleksandr Tixanski qeyd edib ki, Ermənistan KTMT-də Rusiyanın müttəfiqidir, lakin hazırda bu iki ölkə arasında siyası ziddiyyətlər çox böyükdür:

    “Ən azından Ermənistanda kimin hakimiyyətdə olduğuna, KTMT-yə və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlərə nə qədər ziyan dəydiyinə baxmaq kifayətdir”.

    Müsahibimiz Fransanın Ermənistandakı səfiri tərəfindən status məsələsinin qaldırılmasını, Fransa diplomatlarının, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrin diplomatlarının Qarabağa təşkil ediləcək səfərlərə qatılmayacaqları barədə dediklərinə də münasibətini açıqlayıb:

    “Mən yenidən təkrar edirəm: Qərb güclü bir zərbə alıb. Orada Qarabağla bağlı bütün təsir imkanlarından və veriləcək qərarlardan kənar qaldıqlarını başa düşüblər. Bu, onları özlərindən çıxarır. Fransa prezidenti Emmanuel Makrona isə əlavə olaraq erməni lobbisi təzyiq göstərir”.

    “Bəlkə bütün məsələlər iqtisadiyyatla əlaqəlidir. Fransız şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində iştirak etmirlər…” sualına cavab verən ekspert bu məqamı şərh edərkən deyib:

    “…Mən düşünürəm ki, Azərbaycan Fransa şirkətlərindən onların erməni lobbisi ilə olan bağlılığından dolayı imtina edə bilər. Daxildə belə şirkətlərin olması öz ayağını basdalamaq deməkdir”.

  • “Yeni Klinika” Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib

    “74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında “Yeni Klinikanın” reanimasiya şöbəsinə çox ağır – tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub”.

    Bunu “Report”a açıqlamasında klinikanın reanimatoloqu Emil Qasımov deyib.

    Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: “Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sepsis və septik şok diaqnozu idi”.

  • Çində yanğın nəticəsində 14 nəfər ölüb

    Çinin şimal-şərqində yerləşən Tszilin vilayətindəki Çançun şəhərində logistika anbarında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

    Məlumata görə, yanğın günün ikinci yarısında yüksək texnoloji sənaye zonasının ərazisində yerləşən anbarda baş verib.

    Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

    Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

  • Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb

    Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Həsənsu kənd yolunda qeydə alınıb.

    Köçəsgər kənd sakini, 1976-cı il təvəllüdlü Sahib Vəliyevin idarə etdiyi motosikletin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb.

    O, təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Əfqanıstanda komendant saatı tətbiq ediləcək

    Əfqanıstan hökuməti ölkə ərazisində, üç vilayət xaric, gecə saatlarında komendant saatının tətbiq olunacağını bəyan edib.

    “Agence France-Presse” bu barədə Əfqanıstan daxili işlər nazirliyinin açıqlamasına istinadən xəbər verib.

    Rəsmi açıqlamada qeyd olunur ki, komendant saatının tətbiq edilməsinin əsas məqsədi ölkə ərazisində “Taliban” hərəkatının fəaliyyətinin qarşısını almağa xidmət edir.

    Qeyd olunur ki, komendant saatı ölkənin 31 əyalətini əhatə edəcək və yerli vaxtla saat 22:00-04:00 aralığında tətbiq olunacaq.

    Tətbiq ediləcək məhdudiyyətlərin nə qədər qüvvədə saxlanılacağı barədə məlumat verilməyib.

  • Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı

    Ukraynadan Azərbaycana ali təhsil arxasınca gələn tələbələrin statistikası açıqlanıb.

    Bu barədə “Report”a Ukrayna Ali Radasının “Xalqa xidmət” (“Sluqa naroda”) fraksiyasından olan deputatı, parlamentin Qanunvericilik alt komitəsinin sədri, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Lyudmila Marçenko məlumat verib.

    “Son 5 ildə Ukraynadan Azərbaycana gedən tələbə sayında artım dinamikası müşahidə edirik. Bu dinamika açıq şəkildə artacaq. Bu gün Təhsil Nazirliyinin mənə verdiyi məlumata görə, 1200 ukraynalı tələbə Azərbaycan universitetlərində təhsil alır. Ukrayna ilə Azərbaycan arasında tətbiq olunan sənədlər var, buna görə artım görürük. Bu gün ukraynalı tələbəyə Azərbaycan maraqlıdır, universitetlərdə səsləndirilən məlumatların formatı maraqlıdır və bu tələbələrə əmək bazarında tələbat var. Bu, Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün doğru istiqamətlərdən biridir. Onlar əsasən mühəndislik ixtisasında oxuyurlar. Çünki Ukraynada bu sahəyə ehtiyac var”, – o qeyd edib.