Month: July 2021

  • Jurnalistlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi ilə bağlı Prezidentə müraciət edilib

    Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

    Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

    Bu Qələbəyə cəmiyyətimiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.

    Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

    Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik.

    Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

    Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.

    Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

    Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.

    1. Qulu Məhərrəmli – BDU-nun professoru

    2. Əflatun Amaşov – Mətbuat Şurasının sədri

    3. Cahangir Məmmədli – BDU-nun professoru

    4. Emin Musəvi – “ASAN Radio”nun rəhbəri

    5. Vüsalə Abışova – “Azəri-Press” informasiya agentliyinin rəhbəri

    6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

    7. Həmid Həmidov – “Global Media Group”un media direktoru

    8. Yeganə Hacıyeva – bloqer

    9. Ədalət Verdiyev – bloqer

    10. Sərraf Orucov – “Beynəlmiləlçi Əlil Döyüşçülər” İctimai Birliyinin sədri

    11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

    12. Şakir Eminbəyli – “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

    13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri

    14. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri

    15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

    16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

    17. Şakir Ağayev – “Novoye vremya” qəzetinin baş redaktoru

    18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

    19. Elçin Alıoğlu – “Milli.az” saytının baş redaktoru

    20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri

    21. Azər Xəlilov – ATV-nin rəhbəri

    22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

    23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

    24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri

    25. Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru

    26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

    27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

    28. Fatma Səttarova – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

    29. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

    30. Mehdi Mehdiyev – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

    31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri

    32. Məhəmməd Vəliyev – Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

    33. Məmmədhüseyn Sarıyev – Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

    34. Xədicə Babayeva – “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri

    35. Maral Zamanova – “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri

    36. Məmmədhəsən Həsənov – “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri

    37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

    38. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri

  • Ağdaş sakinləri “patı” ilə saxlanıldı -VİDEO

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb.

    Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb.

    Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

    Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

  • На бакинском бульваре 20-летняя девушка совершила суицид

    На горячую линию 112 МЧС поступила информация о том, что в Приморском национальном парке в Баку человек бросился в море.

    Об этом сообщили в пресс-службе ведомства.

    Прибывшие на место происшествия сотрудники соответствующего подразделения Госслужбы надзора за маломерными судами и спасения на водах извлекли из воды тело Нигяр Мамедовой (2001 г.р.).

  • Bulvarda gənc qız intihar edib

    Bakıda 20 yaşlı qız intihar edib.

    Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

    Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Nazirlər Kabinetinin qərarını heçə sayan toy təşkilatçısı 4 min manat cərimələndi

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pirsaat ərazisində yerləşən “Baxçalı” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şadlıq sarayının icarədarı İ.Huseynov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə 120 nəfər qonağın iştirak etməsini təşkil edib.

    Yol verilən qayda pozuntusu ilə bağlı obyektin icarədarı 4 000 manat məbləğində cərimə olunub.

    Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Padar qəsəbəsində, Kolanı və Talış kəndlərində yerləşən dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də pandemiya qaydalarının pozulduğu və müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi müəyyən edilib.

    Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

  • В Ходжавендском районе на заминированной территории произошел пожар – ВИДЕО

    Близ села Шахйери Ходжавендского района на заминированной армянами горной местности со сложным рельефом и частично в лесной полосе произошел пожар, сообщает МЧС Азербайджана.

    К тушению огня были незамедлительно привлечены два вертолета авиационного отряда ведомства.

    В результате принятия оперативных и неотложных мер пожар был локализован и потушен.

  • Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu – VİDEO

    Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

    Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

  • Токио-2020: Азербайджанский боксер прошел в 1/8 финала – ОБНОВЛЕНО

    Магомед Абдуллаев (+ 91 кг) победил Дениса Латипова (Бахрейн) со счетом 3:1.

    Соперником азербайджанского спортсмена в 1/8 финала станет Баходир Жалолов (Узбекистан). Встреча состоится 29 июля.

    – – – – –

    Еще один азербайджанский боксер выбыл из Олимпиады в Токио.

    Победителю I Европейских игр – кубинцу Лоренцо Сотомайору пришлось покинуть соревнования после того, как он проиграл представителю Грузии Эскерхану Мадиеву в третьем раунде. Точнее, ему не разрешили участвовать в дальнейших состязаниях из-за открывшегося из брови кровотечения.

    Отметим, что Сотомайор стал седьмым спортсменом, который досрочно покинул Олимпиаду, наряду с боксером Тайфуром Алиевым, дзюдоистами Караматом Гусейновым и Аишей Гурбанлы, пловцами Максимом Шемберевым и Марьям Шейхализадехангах, а также велосипедистом Эльчином Асадовым.

    – – – – –

    Сегодня на летних Олимпийских играх в Токио стартовали соревнования по боксу.

    Первым из азербайджанских боксеров на ринг вышел Тайфур Алиев (57 кг). Его соперником в 1/16 финала был Ван Дуонг Нгуен из Вьетнама. Наш спортсмен уступил со счетом 2:3.

    Сегодня на ринг также выйдут спортсмены национальной сборной Азербайджана Лоренцо Сотомайор (69 кг) и Магомед Абдуллаев (+ 91 кг). Лоренцо встретится с грузинским боксером Эскерханом Мадиевым (начало встречи: 14:54), а Магомед – с Денисом Латиповым из Бахрейна (начало встречи: 15:27).

    Отметим, в Олимпиаде Азербайджан представляют пять боксеров. Соревнования по этому виду спорта завершатся 8 августа.

    //oxu.az

  • Azərbaycanın Olimpiada ilə erkən vidalaşan idmançılarının sayı yeddiyə çatdı – YENİLƏNİB

    Məhəmməd Abdullayev (+91 kq) Denis Lətifova (Bəhreyn) 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, ən ağır çəkili boksçumuz ilk döyüşündən qalib ayrılan yeganə idmançımız olub. Onun 1/8 finaldakı rəqibi Bahadur Cəlalov olacaq. Bu döyüş iyulun 29-da Bakı vaxtı ilə səhər saatlarına keçiriləcək.

    – – – – –

    Azərbaycanın daha bir boksçusu Olimpiada ilə vidalaşıb.

    I Avropa Oyunlarının qalibi Lorenso Sotomayor gözlənilmədən Olimpiadadan erkən ayrılıb.

    Kuba əsilli boksçu Gürcüstanı təmsil edən Əsgərxan Madiyevə üçüncü raundda uduzub. Daha doğrusu, qaşından qan açılması sayəsində onun yarışmasına icazə verilməyib.

    Qeyd edək ki, Lorenso Sotomayor Olimpiada ilə erkən vidalaşan yeddinci idmançımız olub. Daha əvvəl boksçularımızdan Tayfur Əliyev, cüdoçularımızdan Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülərimizdən Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah və velosipedçimiz Elçin Əsədov Olimpiada ilə vidalaşıb.

    – — – – –

    Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.

    Artıq bir boksçumuz mübarizə aparıb.

    Olimpiadaya Azərbaycandan ilk lisenziya qazanmış Tayfur Əliyev (-57 kq) gözlənilmədən mübarizəni erkən başa vurub. O, 1/16 finalda Nquyen van Duonqa (Vyetnam) 2:3 hesabı ilə uduzub.

    Bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq. Bakı vaxtı ilə saat 14:54-də Lorenso Sotomayor (-69 kq) Əsgərxan Madiyevlə (Gürcüstan), 15:27-də isə Məhəmməd Abdullayev (+91 kq) Denis Lətifovla (Bəhreyn) ilk görüşünə çıxacaq.

    Qeyd edək ki, yığmamız Olimpiadaya beş boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək.

    Xatırladaq ki, daha əvvəl iki cüdoçumuz və bir velosipedçimiz Tokio Olimpiadası ilə erkən vidalaşıb.

    //oxu.az

  • Britaniyada koronavirusun yeni ştammı tapıldı

    Böyük Britaniyada koronavirusun yeni – B.1.621 ştammı tapılıb.

    RBC bu barədə ölkənin ictimai səhiyyə xidmətinin (PHE) məlumatına istinadən xəbər yayır.

    Qeyd edilir ki, Britaniyana 16 nəfərdə virusun yeni variantı aşkarlanıb. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.

    Mütəxəssislərin yeni ştammın daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlı olub-olmaması barədə məlumatları yoxdur. Həkimlər mutasiyanın virusun fəaliyyətinə necə təsir etdiyini anlamaq üçün laboratoriya testləri aparırlar.