Month: August 2021

  • Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

    Ceyhun Bayramov iranlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

    Nazir Ceyhun Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

    Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

  • Ağstafada 38 yaşlı kişini ilan sancıb

    Qazax sakinini Ağstafa rayonunda ilan sancıb, vəziyyəti orta-ağırdır.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Ceyrançöl ərazisində Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Amil İbrahimovu ayağından ilan sancıb.

    O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydə bir ailənin 3 üzvü döyülüb

    Gədəbəy rayonunda bir ailənin 3 üzvünə xəsarət yetiriblər.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Slavyanka kəndinə qeydə alınıb.

    Kənd ərazisində, 1967-ci il təvəllüdlü Niyazi Quliyev, onun həyat yoldaşı və oğlu, 1997-ci il təvəllüdlü Nemət Quliyev və müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

    Onlar tanıdıqları şəxs tərəfindən otlaq sahəsi üzrə düşən mübahisə zəminində döyüldüyü bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Əfqanıstanda ABŞ ordusunun ölkədən çıxması qeyd edilir

    ABŞ ordusunun Əfqanıstanı tərk etməsi münasibətilə Qəndaharda yüzlərlə insan küçələrə axışıb.

    “Taliban”ın bayrağını əllərində daşıyan kütlə, müvafiq şüarlar səsləndirib.

    Qeyd edək ki, hərəkat liderlərinin bir çoxu əslən məhz Qəndahardandır.

    Analoji tədbirlər ölkənin digər bölgələrində də baş tutub.

  • Daşkəsəndə 72 yaşlı kişi güllələnib

    Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

    Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

    Bu gün “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

    Xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.

  • Səudiyyə Ərəbistanında dron hava limanına hücum etdi: Yaralananlar var

    Səudiyyə Ərəbistanının Abha şəhər aeroportu kamikadze-dronun hücumuna məruz qalıb.

    Aparat hava hücumundan müdafiə sistemləri tərəfindən vurulsa da, onun hissələri sərnişin təyyarə üzərinə düşüb.

    Hücum nəticəsində təyyarəyə zərər dəyib. 8 nəfər sərnişin isə yaralanıb.

    Bildirilib ki, partlayıcı maddə ilə doldurulmuş dron Yəmən ərazisindən havaya qalxıb. Onun husilər tərəfindən buraxıldığı qeyd edilib.

    Mənbə: “Al-Arabiya”

  • Kaliforniyada meşə yanğınlarının miqyası açıqlanıb

    ABŞ-ın qərbindəki Kaliforniya ştatında avqustun 14-dən bəri davam edən meşə yanğını 756 kvadrat kilometr ərazini yararsız hala salıb.

    Yanğın nəticəsində azı 600 obyekt yararsız hala düşüb, 20 mindən çox obyekt təhlükə altındadır.

    Yanğının söndürülməsinə 15 mindən çox yanğınsöndürən cəlb olunub.

    Bu arada, Kaliforniyanın bütün milli qoruqlarına girişə sentyabrın 17-dək qadağa qoyulub.

  • Rusiya “Akkuyu” AES üçün Türkiyəyə avadanlıqlar göndərdi

    Rusiyanın “Atommaş” zavodu “Akkuyu” atom elektrik stansiyasının ikinci enerji bloku üçün buxar generatorlarını Türkiyəyə göndərib.

    Bu avadanlıqların reaktorun birinci konturu üçün vacib olduğu, elektrik enerjisi hasil edən turbinləri işə salan buxarın məhz orada əmələ gəldiyi bildirilib.

    Bütövlükdə, Türkiyəyə hər birinin çəkisi 355 ton olan 4 buxar generatoru göndərilib.

    Qeyd edək ki, Rusiya və Türkiyə arasında “Akkuyu” AES-in inşası üzrə saziş 2010-cu ildə imzalanıb.

  • Ərdoğan azərbaycanlı zabiti mükafatlandırdı (FOTO)

    Azərbaycan Ordusunun zabiti Cavidan İsmayılzadə Türkiyə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Quru Qoşunları Akademiyasından birinciliklə məzun olub.

    Zabitimiz Türkiyə komando kursunu dərəcə ilə bitirib.

    Beynəlxalq kursant kimi “Səmti Müəyyən Etmə” idman növündə Türkiyə ikincisi və Ordu birincisi medallarına layiq görülüb.

    Cavidan İsmayılzadə ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

    //modern.az