Month: August 2021

  • “Qarabağ”ın rəqibi Portuqaliyadan 2 futbolçu transfer edib

    “Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə “Bazel”i heyətini iki yeni futbolçu ilə gücləndirib.

    Bazel şəhərinin eyniadlı təmsilçisi Portuqaliya “Benfika”sından müdafiəçi Tomaş Tavarişi və “Sportinq”dən hücumameylli yarımmüdafiəçi Joelson Fernandeşi icarəyə götürüb.

    20 yaşlı arxa xətt oyunçusu ilə 1, 18 yaşlı vingerlə isə 2 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, “Bazel” ilk görüşünü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcək. H qrupunda Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” komandaları da yer alıb.

  • İnstaqramda yeni istifadəçilərin doğum tarixi tələb ediləcək

    “İnstaqram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək.

    Bu barədə “İnstaqram”ın rəsmi saytında məlumat dərc edilib.

    Yeni qərarını açıqlayan sosial media platforması istifadəçilərdən doğum günlərini profillərinə daxil etmələrini tələb edəcək. Doğum gününü qeyd etməyən istifadəçi üçün hesab açmaq mümkün olmayacaq.

    Qərara səbəb daha çox şəxsi təcrübə təmin etmək, istifadəçilərə yaş qrupuna uyğun reklamlar göndərməkdir.

    Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.

  • Талибы заявили о захвате трех районов в Панджшере

    Боевики радикального движения “Талибан” захватили три района афганской провинции Панджшер, где укрепились противники их режима.

    Об этом передает Median.Az со ссылкой на ТАСС.

    Ранее во вторник телеканал CNN сообщил, что в Панджшере происходят столкновения между талибами и силами сопротивления, а “сотни” талибов ранены и убиты. Представитель фронта сопротивления Али Майсам Назари отмечал, что талибы нарушили “джентльменское соглашение” и попытались атаковать Панджшер в понедельник. Сопротивлению удалось отразить нападение, талибы отступили в город Чарикар, административный центр провинции Парван.

  • “Taliban” Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan edib

    “Taliban” silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

    Bu barədə özünü “Əfqanıstan İslam Əmirliyinin rəsmi hesabı” adlandıran “Talib Times” tviter hesabında məlumat verilib.

    Məlumatda deyilir: “Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik”.

    Bundan əvvəl CNN telekanalı Pəncşirdə “Taliban” və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə “talib”in yaralandığını və öldürüldüyünü bildirmişdi.

  • В одной из провинций Турции произошло землетрясение

    В провинции Кютахья на западе Турции произошло землетрясение магнитудой 5.

    Об этом сообщает Median.Az со ссылкой на Anadolu.

    Толчки зафиксированы в 14:04 по местному времени (15:04 по бакинскому времени).

    Эпицентр располагался в районе Алтынташ. Очаг землетрясения находился на глубине 7,16 км.

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin qərbində 5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Median.Az Anadolu agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, zəlzələnin episentri Kütahya vilayətinin Altıntaş bölgəsində olub.

    Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin mənbəyi 7.16 km dərinlikdə olub.

  • Названа дата выхода Windows 11

    Операционная система Windows 11 станет доступна для пользователей с 5 октября.

    Об этом передает Median.Az со ссылкой на сообщение Microsoft.

    В этот день начнется как развертывание бесплатного обновления, так и продажа компьютеров с предустановленной Windows 11.

    В компании ожидают, что пользователи устройств, которые будут поддерживать новую ОС, обновятся до середины 2022 года.

    Текущая версия – Windows 10 – будет получать обновления до 14 октября 2025 года. В этот день выйдет очередное обновление операционной системы.

    Напомним, что впервые Windows 11 был представлен в июне. Одним из главных нововведений, на которое обратили внимание пользователи, является новая позиция меню “Пуск” – теперь она располагается в центральной части панели задач. В числе других изменений можно отметить доработанный дизайн и улучшенную систему поддержки двух мониторов.

  • “Windows 11” oktyabrın 5-də istifadəyə veriləcək

    “Windows 11” əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq.

    Bu barədə “Microsoft Corporation” məlumat yayıb.

    Məlumatda deyilir ki, artıq göstərilən tarixdən etibarən “Windows 11” quraşdırılmış kompüterlər satışa çıxarılacaq.

    Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. “Microsoft” 14 oktyabr 2025-ci il tarixinə qədər “Windows 10″a dəstək verəcək.

    “Windows 11”də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. “Start” menyusu yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.

    Bundan başqa, əməliyyat sistemi iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər əldə edib. Yeni versiya özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq.

  • Xaricilər iyulda Azərbaycanda apardıqları kart əməliyyatlarını 4 dəfə artırıblar

    2021-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 95,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 milyon manat yaxud 4,13 dəfə çoxdur.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı” hesabatının avqust sayında qeyd edilib.

    2021-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 288,2 milyon manatlıq əməliyyat aparıblar. Bu da müvafiq dövrlə müqayisədə 14,5 milyon manat yaxud 4,79 % azdır.

  • Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

    Dövlət İmtahan Mərkəzi əməkdaşların könüllü tibbi sığortasının satınalınması üçün təkliflər sorğusu elan edib.

    Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 16-sı, saat 17:00-da qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 17 ünvanına təqdim edə bilərlər.