Month: August 2021

  • Rusiyada ilk dəfə dənizdə boğulan şəxs dron vasitəsi ilə xilas edilib

    Rusiyada ilk dəfə olaraq pilotsuz uçan aparatının vasitəsi ilə dənizdə boğulan adam xilas edilib.

    Bu barədə Anapa şəhərinin “Xilasetmə Xidməti”nin “Instaqram” səhifəsində məlumat verilib.

    Hadisə bu gün(yeddi avqust) Krasnodar diyarının Anapa şəhərinin mərkəzi çimərliyində baş verib.

    Qeyd olunur ki, xüsusi izləmə sistemi dənizdə boğulmaq təhlükəsi ilə üzləşən adamı qeydə alıb.

    Dərhal onun köməyinə pilotsuz uçan aparat göndərilib.

    Dron bir neçə saniyə ərzində hadisə yerinə çataraq batmaqda olan kişinin düz qarşısına hava ilə doldurulan dairəni atıb.

    Məhz onun sahəsində ölüm təhlükəsi ilə üz-üzə qalan şəxs xilasedicilərin gəlişinə qədər suyun üzərində qala bilib.

  • Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edilib

    Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.

    Bu barədə Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

    Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

  • Messi “Nou Kamp”da böyük mətbuat konfransı keçirəcək

    Argentinalı ulduz futbolçu Lionel Messi “Barselona” klubundan ayrılması ilə əlaqədar böyük mətbuat konfransı keçirəcək.

    Bu barədə idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində məlumat verib.

    Jurnalistin iddiasına görə, L. Messi mətbuat konfransında Kataloniya klubundan ayrılmasının səbəblərini izah edəcək və gələcək karyerasına dair suallara aydınlıq gətirəcək.

    Mətbuat konfransı “Barselona”nın “Nou Kamp” stadionunda keçiriləcək.

    Qeyd edək ki, Fransa mediasının bu gün yaydığı xəbərə əsasən, 16 ildən sonra “Barselona” ilə yollarını ayıran Lionel Messi PSJ ilə anlaşıb.

  • Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

    Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 500-2500 manatlıq avtomobil nömrələrinin “qara bazar”da qiyməti

    Xəbər verdiyimiz kimi, avtomobil qeydiyyat nişanlarının satışı ilə bağlı qanunsuzluq ciddi narazılıq doğurur. Sosial şəbəkələrdə nömrələrin qanundan kənar, müəyyən məbləğ qarşılığında satılması geniş müzakirə edilir. Əsasən, qiyməti baha olan xüsusi nömrələrin satışı ilə bağlı belə hallar çoxdur.

    Bəs xüsusi nömrələrin satışı necə həyata keçirilməlidir? Bu prosesdə şəffaflığı qorumaq üçün hansı addımlar atılmalıdır? Qanun bu məsələdə necə tənzimlənməlidir və ona niyə əməl edilmir?

    Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Zaur Quliyev sözügedən nömrələrin satışı ilə bağlı qanunsuz halların olduğunu bildirib:

    “Nömrələrin satılması ilə bağlı konkret rüsumlar var və satış qiyməti bu rüsumlara əsasən müəyyən edilir. İndiki halda ərizə yazmaqla nömrəni sifariş etmək və rüsumu ödəməklə mövcud nömrəni almaq olar. Rüsumlar isə avtomobil qeydiyyat nişanındakı müəyyən rəqəmlərə və rəqəmlərin kombinasiyasına görə dəyişilir. Rəqəmlər eyni olsa, yaxud nömrədəki hərflər eyni olacağı halda rüsum artır. Rüsumlar 500-2500 manat arasında dəyişir. Amma “qara bazar”da 90 min manata satılan nömrələr də var. Bu, qanunla qadağandır, amma bunun qarşısını almaq üçün icra mexanizmi yoxdur”.

  • Китай удерживает лидерство в медальном зачете Олимпиады-2020

    Азербайджан занимает 67-е место в медальном зачете Олимпиады-2020 по итогам 15-го дня Игр в Токио (Япония). В копилке сборной Азербайджана семь медалей – три «серебра» и четыре «бронзы».

    В субботу борец вольного стиля Гаджи Алиев (65 кг) и каратистка Ирина Зарецкая удостоился серебряных наград, борец Мария Стадник (50 кг) – бронзовой медали.

    Лидерство в медальном зачете удерживает Китай, в активе которой 38 золотых, 31 серебряная и 18 бронзовых медалей. На втором месте располагается сборная США (36-39-33), на третьем – Япония (27-12-17).

  • Biləsuvarda avtomobillər toqquşdu, xəsarət alan var

    Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ 2107” markalı minik avtomobili ilə “Mercedes Benz” markalı minik avtomobili toqquşub.

    Qəza nəticəsində sürücülərdən biri yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Meşə yanğınları ilə mübarizə aparan bələdiyyə sədri xəstəxanaya yerləşdirilib

    Türkiyənin Antalya şəhərinin bələdiyyə sədri Muhittin Böcek yerli xəstəxanalardan birinə yerləşdirilib.

    Bu barədə “Sabah” nəşri məlumat yayıb.

    İlkin məlumata görə, Muhittin Böcek kəskin öskürək şikayəti ilə xəstəxanaya müraciət edib.

    Bələdiyyə sədrinin oğlu Gökhan Böcek isə jurnalistlərə açıqlamasında bildirib ki, 10 gün davam edən meşə yanğından sonra atası özündə zəiflik hiss edib və müalicə üçün Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasına müraciət edib.

    Hazırda Muhittin Böceyin həkimlərin nəzarəti altında müalicə aldığı qeyd olunur.

  • Bakıda qaz sayğaclarını oğurlayan şəxs tutuldu (VİDEO)

    Bakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Bir neçə nəfər polisə məlumat verib ki, mənzillərinin qaz sayğacı naməlum şəraitdə oğurlanıb. 27-ci polis bölməsinin əməkdaşları əməliyyatla sayğacları oğurlamaqda şübhəli bilinən Fariz Abıyevi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməlini etiraf edir.

    27-ci polis bölməsindən verilən məlumata görə, Fariz Abıyev 20-ə yaxın mənzilin sayğaclarını oğurlayıb və dəyərindən ucuz qiymətə satıb.

    Faktla bağlı bölmədə araşdırma aparılır.

    Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • İranda daha 387 nəfər koronavirusdan öldü

    İranda ötən sutka ərzində 26 439 nəfər koronavirusa yoluxub, 387 nəfər ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

    Bununla da İranda bu virusdan ölənlərin sayı 93 473 nəfərə, yoluxanların sayı 4 119 110 nəfərə çatıb.

    Ölkədə indiyədək 26,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

    Ümumilikdə, İranda 15,1 milyon vaksin vurulub.

    Koronavirusa yoluxma üzrə 336 rayon qırmızı, 84 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 28 rayon sarı zona hesab olunur.