Month: August 2021

  • Narkotiki həyətində yetişdirən şəxs saxlanıldı

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin,eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Binələr kənd sakini Ramil Ağammədov saxlanılıb.
    Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.

    Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
    Faktlarla bağlı araşdırma aparılır.

  • İstirahətə çıxan işçilərin nəzərinə: Məzuniyyət pulu necə hesablanır?

    Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

    Dövlət Əmək Müfəttişliyi Xidmətindən Qaynarinfo-ya bildirilib ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.

    Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

    Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

  • Məktəbəhazırlıq qruplarına qəbulun tarixi AÇIQLANDI

    Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.
    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
    Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

    Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

    2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz.

  • Bakıda fərdi yaşayış evində yanğın oldu

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

    Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • Keçmiş məhkumdan silah götürülüb

    Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məcnuni şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” tipli tapança, 1 ədəd həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşkar edilərək götürülüb.

    Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

  • Ucarda intihar edən qadının məktubu: “Əziz və hörmətli polis işçiləri…” – DETALLAR

    “Fatma özünü uşaqlarının yürüyünü asdığı dəmir halqadan asıb”.

    Bunu Yuxarı Şilyan kəndnin icra nümayəndəsi Sabir Hacıyev Fatma Mikayılovanın intiharından danışarkən deyib. Sabir Hacıyev faciəli hadisənin detallarını açıqlayıb:

    “Qadın evdə tək olub. 15 il əvvəl həyat yoldaşı dünyasını dəyişib. İki oğlu, bir qızı var. Ondan sonra Fatma uşaqlarnı da götürüb Bakıya köçdü. İki gün əvvəl rayona gəlib – qaynı toy edirdi, ora dəvət olunmuşdu. Amma kəndə gəldiyini yaxın qohumlarının heç birinə deməyib. Dünən Bakıdan qızı zəng edib, telefonu götürməyib. Qızı narahat olub, əmisi arvadına zəng edib ki, “anam telefonu götürmür, narahatam”. Əmisi arvadı gəlib görüb ki, Fatma özünü eyvandan asıb. Uşaqların yürüyünü asmaq üçün dəmir halqa varmış, baş dəsmalını keçirdib həmin halqaya, özünü asıb. Ayağının altına balaca stol qoyub, görüb ki, əli çatmır stolun üstünə balaca bir qazan da qoyub. Bir də məktub yazıb. Məktubda “əziz və hörmətli polis işçiləri, mənim ölümümlə bağlı yaxınlarımı narahat etməyin. Öz əməlimdir. Səhhətimdəki problemlə bağlı bu işi törətdim, mənim də böyük arzularım vardı, təəssüf ki, belə oldu”, – deyə yazıb. Məktubun da üstünə daş qoyub ki, külək aparmasın”.

    Sabir Hacıyev Fatma Mikayılovanın səhhətində hər hansı bir problemin olmadığını da vurğulayıb: “Onun heç vaxt xəstəliyi olmayıb”.

    Qeyd edək ki, ötən gün Ucarda intihar hadisəsi qeydə alınıb. Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Fatma Qasım qızı Mikayılova Ucarda ona məxsus evdə özünü asıb. // Qaynarinfo

  • Tokio Olimpiadası: Hacı Əliyev Azərbaycana ikinci gümüş medalı qazandırdı

    Azərbaycan Tokio Olimpiadasında gümüş medal qazanıb.

    65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb.

    Gərgin keçən görüşdə meydan sahibi 5:4 hesabı ilə qalib gəlib.

    Bu, Azərbaycanın ikinci gümüş medalıdır.

  • 3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır

    Azərbaycanda 3-cü doza peyvəndin yüksək risk qrupuna daxil olan şəxslərə vurulması zəruridir.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə bildirilib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

    Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

  • İranın yeni prezidentindən Azərbaycanla bağlı açıqlama

    “Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq”.

    AZƏRTAC xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.

    Onun sözlərinə görə, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.

    Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdır.

    Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalı və əlaqələr davamlı xarakter almalıdır.

  • Кто он – новоназначенный посол Азербайджана в Иране? – ДОСЬЕ

    Президент Ильхам Алиев 7 августа подписал распоряжение о назначении Али Фикрет оглу Ализаде на должность чрезвычайного и полномочного посла Азербайджана в Иране и постоянного представителя при Организации экономического сотрудничества.

    Median.Az представляет биографию новоназначенного посла.

    Али Ализаде родился 21 июня 1978 года.

    В 1998 окончил бакалавриат Азербайджанского института языков по специальности “Переводчик”, в 2005-2008 годах учился в магистратуре Академии государственного управления по специальности “Государственное и муниципальное управление”.

    В 2002-2003 годах работал референтом по вопросам протокола, а также ведущим консультантом-бухгалтером в консульском отделе Министерства иностранных дел в Нахчыванской Автономной Республике (НАР).

    В 2003-2005 годах занимал различные должности в Консульском управлении НАР.

    В марте 2005 года был назначен замначальника консульского управления НАР, а с апреля – начальником управления. С декабря 2005 года – начальник Управления Министерства иностранных дел в НАР.

    6 июля 2010 года назначен генеральным консулом Азербайджана в городе Тебриз Исламской Республики Иран, одновременно получил дипломатическое звание чрезвычайного и полномочного посла первого класса.

    5 апреля 2016 года был отозван с этой должности и 2 мая 2016 года назначен послом Азербайджана в Пакистане.

    16 июля 2021 года был отозван с указанной должности.

    В 2009 году А.Ализаде был награжден юбилейной медалью “90-летие (1919-2009) органов дипломатических служб Азербайджанской Республики”. В 2014 году был удостоен звания “Почетный сотрудник Министерства иностранных дел АР”.

    В 2019 году награжден орденом “За заслуги перед Отечеством” 3-й степени, в этом же году – юбилейной медалью “100-летие (1919-2019) органов дипломатических служб Азербайджанской Республики”.

    Владеет английским, русским, турецким языками.

    Женат, имеет троих детей.