Month: August 2021

  • Azərbaycanın İrandakı yeni səfiri kimdir? – DOSYE

    Prezident İlham Əliyev Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Səməd oğlu Hüseynovun vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə, Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.

    Median.Az Əli Əlizadənin tərcümeyi-halını təqdim edir.

    Əli Əlizadə 1978-ci il iyunun 21-də anadan olub.

    1994-1998-ci illərdə Azərbaycan Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.

    2002-2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.

    2003-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.

    2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

    2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.

    Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    16 iyul 2021 tarixində vəzifəsindən geri çağırılıb.

    Ə.Əlizadə 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı ilə təltif olunub. 2014-cü ildə isə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı” adına layiq görülüb.

    2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Eyni ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilin.

    İngilis, rus, türk dillərini bilir.

    Ailəlidir, üç övladı var.

  • Koronavirus milyonlarla insanı ac qoyub

    Təxminən 270 milyon insan cari ildə həyat üçün təhlükəli həddə qida çatışmazlığı ilə üzləşəcək (pandemiyadan əvvəl bu rəqəm 150 milyon idi).

    “The New York Times”ın məlumatına görə, bu barədə BMT proqnoz verib.

    Bildirilir ki, ərzaq böhranının ən ciddi mərhələsi sayılan “aclıq həddində” olanların sayı isə 34 milyondan (ötən il) 41 milyona yüksəlib.

    Qeyd edək ki, ötən həftə BMT-nin Dünya Ərzaq Proqramı qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə hesabatında, önümüzdəki dörd ay ərzində dünyanın 23 bölgəsində yüksək aclıq vəziyyətinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Buna səbəb kimi silahlı qarşıdurmalar, pandemiyadan gələn iqtisadi böhran və iqlim böhranı göstərilir. Hesabatda söhbətin xüsusən Afrikadan getdiyini, amma Mərkəzi Amerika, Əfqanıstan və Şimali Koreyanın da təhlükə altında olduğu vurğulanır.

  • Президент Ильхам Алиев назначил нового посла Азербайджана в Иране

    Президент Ильхам Алиев 7 августа подписал распоряжение о назначении Али Фикрет оглу Ализаде на должность чрезвычайного и полномочного посла Азербайджана в Иране и постоянного представителя при Организации экономического сотрудничества (ОЭС).

    Об этом сообщает АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства с должности посла АР в ИРИ и постоянного представителя при ОЭС был отозван Бунияд Самед оглу Гусейнов.

  • İlham Əliyev Azərbaycanın İrandakı səfirini geri çağırdı: YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Səməd oğlu Hüseynovun vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bu barədə məlumatı AZƏRTAC yayıb.

    Prezidentin digər sərəncamı ilə, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.

  • Джейхун Байрамов обсудил лесные пожары со своим турецким коллегой

    Состоялся телефонный разговор между главами МИД Азербайджана и Турции Джейхуном Байрамовым и Мевлютом Чавушоглу.

    Об этом сообщили во внешнеполитическом ведомстве АР.

    Министры оценили текущую ситуацию с лесными пожарами в Турции и обменялись мнениями о проводимых операциях по их ликвидации.

    М.Чавушоглу выразил благодарность в связи с отправкой очередной группы пожарных и технической помощи из Азербайджана по поручению Президента Ильхама Алиева.

    Проинформировав о ходе процесса тушения пожара, турецкий министр отметил, что в Анталье ведутся работы по предотвращению пожаров и восстановлению инфраструктуры. В то же время он отметил, что в ряде других мест операции по предотвращению пожаров все еще продолжаются.

    В свою очередь Дж.Байрамов подчеркнул, что азербайджанская сторона всегда находится рядом с братской Турцией и готова оказать необходимую поддержку.

  • Ceyhun Bayramovla türkiyəli həmkarı yanğınları müzakirə edib

    Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti qiymətləndirib, həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

    Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.

    Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Mövlud Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrastrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda, bir sıra digər yerlərdə isə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.

    Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğumuzu vurğulayıb.

  • Стала известна причина смерти школьника в Азербайджане – ОФИЦИАЛЬНО

    В Исмайыллинской центральной районной больнице прокомментировали внезапную смерть ученика XI класса Хаяла Багиева.

    Как сообщили Oxu.Az в больнице, 5 августа около 22:10 на станцию скорой помощи поступил вызов о необходимости оказания медицинской помощи пациенту Хаялу Багиеву (2005 г.р.).

    “Первоначально у него были такие жалобы, как повышеная температура (выше 40 градусов), тошнота и рвота. До приезда бригады скорой помощи пациенту дома самостоятельно вводили внутримышечные инъекции смеси анальгина, димедрола, новокаина.

    Фельдшер станции скорой помощи ввел инфузионный раствор в вену пациента, он был доставлен в центральную больницу. Х.Багиев был обследован, ему оказали первую помощь.

    6 августа в 01:00, состояние пациента стабилизировалось, он потребовал, чтобы его выписали. Дома его состояние вновь ухудшилось, и в 04:15 он на личном автомобиле был доставлен в тяжелом состоянии в отделение неотложной медицинской помощи.

    Несмотря на усилия врачей, спасти Х.Багиева не удалось, он скончался в 06:30″, – говорится в сообщении.

    Отметим, ранее распространилась информация о смерти ученика средней школы №4 города Исмайыллы Хаяла Багиева.

  • Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı – RƏSMİ

    İsmayıllı Rayon Mərkəzi Xəstəxanası XI sinif şagirdi Xəyal Bağıyevin qəfildən vəfat etməsi ilə bağlı məsələyə münasibət bildirib.

    Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 5-i, gecə saat 22:10 radələrində xəstə 2005-ci il təvəllüdlü Bağıyev Xəyal Vidadi oğlu üçün təcili tibbi yardım stansıyasından evə çağırış verilib:

    “İlkin olaraq xəstədə temperaturum 40.1°C yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstəyə evdə özləri analgin, dimedrol, novokain qarışığı əzələ daxili iynə vurulub.

    Təcili yardım stansiyasının feldşeri infuziya məhlulunu venaya qoşub və xəstəni Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilkin yardım göstərilib”.

    “Avqustun 6-ı, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və xəstə evə buraxılmasını tələb edib. Evdə onun vəziyyəti təkrar pisləşib, şəxsi avtomobil ilə 04:15də təcili tibbi yardım bölməsinə gəlib. Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub.

    Həkim briqadası – reanimatoloq, pediatr növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub, lakin aparılan müalicə tədbirlərinə baxmayaraq, xəstə saat 06:30-da vəfat edib”, – deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyevin vəfat etməsi barədə məlumat yayılıb.

  • На Олимпийских играх в Токио выявлено 22 новых случая заражения коронавирусом

    Коронавирус за последние сутки выявлен по меньшей мере у 22 человек, задействованных в проведении летних Олимпийских игр в Токио. Об этом говорится в отчете, опубликованном в субботу на сайте оргкомитета “Токио-2020”, пишет ТАСС.

    Спортсменов среди новых инфицированных нет. Общее число случаев заражения коронавирусом среди лиц, задействованных в проведении Игр, достигло 409.

    В связи с ухудшением эпидемической обстановки в Токио до 31 августа было продлено действие режима чрезвычайной ситуации из-за коронавируса. Он предполагает, в частности, запрет на продажу алкоголя в заведениях общепита и ограничение по допуску зрителей на массовые мероприятия. По этой причине Олимпиада в столице Японии проходит с 23 июля по 8 августа без зрителей.

  • Tokio Olimpiadasında koronavirusa 22 yeni yoluxma müəyyən edilib

    Son bir gündə Tokioda Yay Olimpiya Oyunlarında iştirak edən azı 22 nəfərdə koronavirus aşkarlanıb.

    TASS-ın məlumatına görə, bu barədə “Tokio 2020” Təşkilat Komitəsinin saytında dərc edilmiş hesabatda deyilir.

    Yeni yoluxanlar arasında idmançı yoxdur. Oyunlarda iştirak edən insanlar arasında koronavirusa yoluxma hallarının ümumi sayı 409-a çatıb.

    Qeyd edək ki, Tokiodakı epidemioloji vəziyyətin pisləşməsi səbəbindən koronavirusa görə fövqəladə vəziyyət avqustun 31-nə qədər uzadılıb. Bu rejimə əsasən, iaşə obyektlərində spirt satışının qadağan edilməsini və tamaşaçıların kütləvi tədbirlərə buraxılmasının məhdudlaşdırılmasını nəzərdə tutulur. Elə bu səbəbdəndir ki, Olimpiada 23 İyuldan 8 Avqusta qədər tamaşaçısız keçirilir.