Month: August 2021

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan neftinin qiyməti artıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,20 ABŞ dolları və ya 0,28 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 71,75 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Армяне признались BBC News в беспомощности: Азербайджан добился своего в вопросе границы – ВИДЕО

    Победоносная азербайджанская армия спустя много лет на поле боя восстановила историческую справедливость и обеспечила свою территориальную целостность. Наши герои уже показали всему миру, что не уступят врагу ни пяди земли. На основании именно этого принципа азербайджанские военнослужащие несут службу на государственной границе между двумя странами.

    И это четко раскрывается в сюжете, подготовленном BBC News о ситуации на армяно-азербайджанской границе и вокруг озера Гарагель.

    Армяне признаются корреспонденту, что 90% территории вокруг озера Гарагель, господствующие высоты находятся под контролем азербайджанской армии, и она имеет возможность в любой момент отрезать противнику доступ к этому водоему.

    В отличие от Еревана, постоянно выступающего с пафосными заявлениями, и выживших остатков позорной армии, непосредственные свидетели текущей ситуации в регионе понимают, что Азербайджан никому не уступит ни пяди своих земель, а в Армении нет и не может быть силы, способной противостоять нашим мощным ВС.

    Поэтому информация о том, что армянские солдаты якобы вынуждают азербайджанских военнослужащих отступить и улучшают свои позиции, – это просто провокация, совершаемая теми, кто сидит в Ереване, и направленная против самих армян и для введения их в заблуждение. А на видео мы слышим горькую правду из уст самих армян, и их признания в собственной беспомощности еще раз доказывают, что сила Азербайджана не вызывает у Еревана ничего, кроме паники и истерики.

  • Ermənilərin “BBC News”a aciz Qaragöl etirafı: Azərbaycan sərhəddə istədiyini alıb – VİDEO

    Müzəffər Azərbaycan ordusu uzun illərdən sonra tarixi ədaləti hərb meydanında bərpa edib və öz ərazi bütövlüyünü təmin edib. Ordumuz artıq düşmənə bir qarış torpağın belə verilməyəcəyini bütün dünyaya göstərib. Azərbaycan hərbçiləri elə iki ölkənin dövlət sərhədi boyu da məhz bu prinsipdən çıxış edir.

    Qəhrəman hərbçilərimizin göstərdiyi bu qətiyyətin nəticəsi isə “BBC News”un regionla bağlı hazırladığı süjetdən sonra daha da aydın olub.

    Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunan materialda ermənilərin özləri bir etirafla çıxış ediblər. Qaragöl ətrafındakı vəziyyətlə bağlı danışan ermənilər bildiriblər ki, ərazinin 90 faizi Azərbaycan ordusunun nəzarətindədir. Ətrafdakı hakim yüksəkliklərin hamısı ordumuzun nəzarətindədir və Azərbaycan ordusu istənilən an düşmənin bu gölə çıxışını kəsmək imkanlarına sahibdir.

    İrəvandan edilən pafoslu çıxışlardan və rüsvayçı ordunun sağ qalan tör-töküntülərinin bəyanatlarından fərqli olaraq regionda mövcud vəziyyəti görənlər başa düşürlər ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə verməyəcək. Onlar anlayıblar ki, Ermənistanda Azərbaycanın qüdrətli ordusuna qarşı dura biləcək bir qüvvə yoxdur, ola da bilməz. Ona görə də hansısa ərazidə Ermənistan ordusunun Azərbaycan hərbçilərini geri çəkilməyə məcbur etməsi, guya mövqelərini yaxşılaşdırması kimi informasiyalar sadəcə İrəvanda oturanların öz xalqının gözünü boyaması, elə ermənilərin özlərinə qarşı törədilən təxribatdır. Həqiqəti isə videoda çıxış edən ermənilər deyir və bu etiraf, aciz çıxışları bir daha Azərbaycanın qüdrətinin İrəvanı sarsıtdığını sübut edir:

    Qaragöl bizə aid olduğu üçün Azərbaycan ordusu da lazımı addımları atıb. Bu məsələdə prioritet Bakının mövqeyidir. İrəvandan gələn saxta təhdid və təhrif olunmuş məlumatlar bizim üçün önəm kəsb etmir. Meydanda söz sahibi Azərbaycandır!

  • Toylarda REYD: Bir nəfər həbs olundu, iki nəfərin işi məhkəməyə göndərildi

    5 августа сотрудники МВД, Агентства продовольственной безопасности и Государственной налоговой службы при Министерстве экономики провели мониторинг 298 свадебных торжеств, организованных в 246 ресторанах и 52 частных дворах в Баку и на территории республики.

    Об этом сообщили в пресс-службе МВД.

    В итоге за нарушение правил особого карантинного режима при проведении свадебных церемоний 83 человека были оштрафованы в административном порядке, один человек подвергся административному аресту по статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках АР, материалы в отношении двух лиц направлены на рассмотрение в суд, 3 200 человек не были допущены на торжества из-за отсутствия COVID-паспортов.

  • Toylarda REYD: Bir nəfər həbs olundu, iki nəfərin işi məhkəməyə göndərildi

    Avqustun 5-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

    DİN-dən verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    – 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

    – 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

    – 3 200 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • МВД провело в столице операцию: задержаны наркоторговцы и подозреваемые в воровстве – ФОТО/ВИДЕО

    Столичные правоохранители провели несколько успешных операций по поимке лиц, занимающихся незаконным оборотом наркотических средств и психотропных веществ, а также подозреваемых в краже.

    Об этом сообщает пресс-служба МВД.

    Сотрудники 26-го отделения полиции Ясамальского района Баку по подозрению в незаконном обороте наркотиков и психотропных веществ задержали жителей столицы Фархада Садыгова, Талеха Бахшалиева и Аждара Мамедова. При них и в их домах были обнаружены героин и метамфетамин в больших количествах, а также электронные весы.

    Задержанные признались, что не только употребляли метамфетамин, но и занимались его сбытом.

    По подозрению в краже сумки, в которой были 890 манатов и 100 долларов, у одной из посетительниц магазина в том же районе правоохранители задержали Егяну Гурбанову и ее знакомого Ниджата Мусаева. В ходе личного досмотра у последнего были обнаружены героин и метамфетамин. Оба задержанных признались, что совершили преступление с целью приобретения наркотиков.

    Данное правонарушение попало на установленную в магазине камеру видеонаблюдения, что облегчило сотрудникам полиции розыск преступников.

    По указанным фактам проводится расследование.

  • DİN-dən Yasamalda əməliyyat: Narkotacirlər və qadın oğru ələ keçdi – FOTO/VİDEO

    Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər tutulub.

    Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

    Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdiklərini etiraf edib.

    Qeyd edək ki, Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

    Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • Ərdoğan yeni nazir təyin etdi – FOTO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təhsil naziri təyin edib.

    Bu barədə “Resmi gazete” məlumat yayıb.

    Qeyd olunub ki, Türkiyənin Təhsil naziri Ziya Səlçuk öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun yerinə Mahmut Özər gətirlib.

  • Цены на нефть снизились

    Цены на нефть демонстрируют падение уже третий день подряд. Фьючерсы остаются под давлением после неожиданного увеличения запасов нефти в США, пишет “Прайм”.

    Сентябрьские фьючерсы на нефть WTI на NYMEX закрылись с понижением на 2,41 доллара США, или на 3,4%, по 68,15 доллара за баррель. Октябрьские контракты на нефть Brent на ICE Futures Europe подешевели на 2,03 доллара, или на 2,8%, до 70,38 доллара за баррель.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri ucuzlaşıb.

    “Bloomberg”in məlumatına görə, WTI markalı neftin sentyabr fyuçersləri 3,4 faiz ucuzlaşıb və bir bareli 68,15 ABŞ dolları olub.

    “Brent” markalı neftin oktyabr fyuçersləri 2,8 faiz ucuzlaşıb və bir bareli 70,38 dollar təşkil edib.